mükafatlar sözü azərbaycan dilində

mükafatlar

Yazılış

  • mükafatlar • 95.0182%
  • Mükafatlar • 4.9515%
  • MÜKAFATLAR • 0.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerikalılar serialının qazandığı mükafatlar və nominasiyaların siyahısı
30 yanvar, 2013-cü ildə ABŞ-inFX kanalında yayımlanmağa başlayan Amerikalılar serialının qazandığı mükafatlar və nominasiyaların siyahısı. Serialın baş aktyorları Keri Rassell, Metyu Ris və Noa Emmeriçdir. Serial ümumilikdə 32 dəfə müxtəlifmükafata namizəd göstərilib, 8 dəfə qalib olub.
"BTS"-in qazandığı mükafatların və namizədliklərin siyahısı
BTS — Big Hit Music etiketi altında yaradılan yeddi nəfərdən ibarət Cənubi Koreyalı oğlan qrupudur, üç repçi (RM, Suga, J-Hope) və dörd vokalçıdan (Jin, Jimin, V və Jungkook) ibarətdir. Qrupun debüt albomu 2 Cool 4 Skool (2013) və sonrakı genişləndirilmiş ifa (EP) O!RUL8,2? (2013), kiçik kommersiya uğuru əldə etməsinə baxmayaraq, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində onlara bir neçə yeni sənətçi mükafatı qazandırdı. Qrup ikinci EP Skool Luv Affair (2014) və ilk studiya albomu Dark & Wild (2014)-ı buraxdı. Skool Luv Affair-in aparıcı sinqlı "Boy in Luv" 2014-cü ildə Mnet Asian Music Awards-da Ən Yaxşı Rəqs Performansı (Kişi) nominasiyasında, Dark & Wild isə 2015 Qızıl Disk Mükafatlarında Disc Bonsang mükafatını qazandı. BTS-in üçüncü EP-si "The Most Beautiful Moment in Life, Pt. 1 ", 2016 Qızıl Disk Mükafatlarında Disc Bonsang qazandı, aparıcı sinqlı "I Need U" isə 2015 Melon Music Awards-da Ən Yaxşı Kişi Rəqsi mükafatını aldı. Qrupun davam edən EP-i, "The Most Beautiful Moment in Life, Pt. 2 ", 2016 Gaon Chart Music Awards-da İlin Albomu nominasiyası aldı. BTS-in ilk Koreya kompilyasiya albomu The Most Beautiful Moment in Life: Young Forever (2016) BTS-ə ilk 2016 Melon Musiqi Mükafatlarında İlin Albomu və 2016 Mnet Asian Music Awards-da İlin Artisti üçün Daesang mükafatını qazandırdı.
"Vebbi" mükafatları
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır. "Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
Adelin həyatı filminin qazandığı mükafatların siyahısı
"Adelin həyatı" — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == Adelin həyatı filminin mükafatları Internet Movie Database-də.
Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı
Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır. "DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı.
Film mükafatları
Film mükafatları və ya Kinopriz — filmlərə, onların yaradıcılarına və müxtəlif nominasiyalar üzrə aktyorlara verilən mükafatlar.
Filmfare Mükafatları
Filmfare Mükafatları hər il Times Group tərəfindən Bollivud mütəxəssislərini həm bədii, həm də texniki cəhətdən təltif etmək üçün verilən film mükafatlarıdır. Filmfare mükafatlarının təqdim olunduğu mərasim Hindistan kinosunda ən qədim və ən mühüm film hadisələrindən biridir. Mükafatların ilk dəfə verildiyi 1954-cü il həm də Milli Film Mükafatlarının verilməyə başladığı il olmuşdur. Əvvəlcə onu “The Times of India” jurnalının və onun naşiri Clare Mandynin şərəfinə Clare Mükafatları (Clare Awards) adlandırılırdı. Tədbirin qaliblərini müəyyən etmək üçün 1956-cı ildən ikiqat səsvermə sistemi tətbiq olunmuşdur. Milli Film Mükafatları tədbirində isə bundan fərqli olaraq, Hindistan hökuməti tərəfindən təyin olunan münsiflər heyəti tərəfindən mükafatın kimə veriləcəyi haqqında qərar verilir. İlk mükafatlandırma mərasimində yalnız beş kateqoriya üzrə mükafatlar verilmişdir. Bu gün bu rəqəm otuza çatıb. Filmfare Mükafatları ictimaiyyət və ekspertlər komitəsi tərəfindən səsə qoyulur. Filmfare Mükafatları ümumiyyətlə Hind kinosunda Oskarların ekvivalenti kimi qəbul edilir.
FİFA Dünya Kuboku mükafatları
FİFA Dünya Kubokunun hər final turnirinin sonunda oyunun müxtəlif aspektlərində fərqlənən oyunçulara və komandalara bir neçə mükafat təqdim olunur. == Mükafatlar == Hazırda FIFA Texniki Tədqiqat Qrupunun turnirdən sonrakı beş mükafatı var: Ən yaxşı oyunçu üçün Qızıl Top (hazırda kommersiya adı ilə "adidas Qızıl Topu"), ilk dəfə 1982-ci ildə verilmişdir; Ən çox qol vuran oyunçu üçün ilk dəfə 1982-ci ildə verilən Qızıl Buts (hazırda kommersiya olaraq "adidas Qızıl Butsu" adlanır, əvvəllər 1982-2006-cı illərdə "adidas Qızıl Ayaqqabısı" kimi tanınırdı); Ən yaxşı qapıçı üçün ilk dəfə 1994-cü ildə verilən Qızıl Əlcək (hazırda kommersiya adı ilə "adidas Qızıl Əlcək", əvvəllər 1994-2006-cı illərdə " Lev Yaşin Mükafatı" kimi tanınırdı); Təqvim ilinin əvvəlində 21 yaşa qədər ən yaxşı oyunçu üçün ilk dəfə 2006-cı ildə verilən FİFA Gənc Oyunçu Mükafatı (əvvəllər 2006-2010-cu illərdə "Ən yaxşı gənc oyunçu mükafatı" kimi tanınırdı); Ən yaxşı ədalətli oyun rekordu ilə ikinci tura yüksələn komanda üçün FIFA Ədalətli Oyun Kuboku, ilk dəfə 1970 -ci ildə verilmişdir. Turnir zamanı azarkeşlər tərəfindən hazırda bir mükafat səslənir: İlk dəfə 2002 -ci ildə mükafatlandırılan turnirin hər matçında göstərdiyi üstün performansa görə Matçın Oyunçusu (hazırda kommersiya adı ilə " Budweiser Matçın Oyunçusu", əvvəllər 2002-2018-ci illərdə "Matçın Adamı" kimi tanınırdı). Hal-hazırda turnir başa çatdıqdan sonra azarkeşlər tərəfindən səsə qoyulan iki mükafat var: Turnirin qolu, (hazırda kommersiya olaraq " Hyundai Turnirin Qolu" adlandırılır) azarkeşlərin turnir zamanı vurulan ən yaxşı qolu üçün ilk dəfə 2006-cı ildə mükafatlandırılmışdır; Dünya Kuboku final turniri əsnasında xalqı ən çox əyləndirən komanda üçün Ən Əyləncəli Komanda, geniş ictimaiyyət arasında keçirilən sorğuya əsasən müəyyən edilmişdir. Digər bir mükafat 1994 və 2006 arasında verildi: FİFA Texniki Tədqiqat Qrupu tərəfindən seçilmiş turnirin ən yaxşı oyunçularından ibarət All-Star Komandası . 2010-cu ildən etibarən bütün Xəyal Komandaları və ya Statistik Komandalar FİFA-nın özünün bildirdiyi kimi qeyri-rəsmidir. == Qızıl top == “Qızıl top” mükafatı hər FİFA Dünya Kubokunun finalında ən yaxşı oyunçuya təqdim olunur, qısa siyahı FİFA-nın texniki komitəsi (Texniki Tədqiqat Qrupu) tərəfindən tərtib edilir və qalib media nümayəndələri tərəfindən səs verilir. Səsvermədə ikinci yeri tutanlar müvafiq olaraq turnirdə ikinci və üçüncü ən görkəmli oyunçu olaraq Gümüş Top və Bürünc Top mükafatlarını alırlar. Hazırkı mükafat Adidas və France Football-un sponsorluğu ilə 1982-ci ildə FİFA Dünya Çempionatında təqdim edilib. 2022 FİFA Dünya Kubokunda Lionel Messi iki dəfə Qızıl Top qazanan ilk oyunçu oldu.
Haveeru İdman Mükafatları
Haveeru İdman Mükafatları — Maldiv adalarının yeni jurnalı olan Haveeru Magazine tərəfindən verilən idman mükafatlarıdır.
Itzy-nin qazandığı mükafatların və namizədliklərin siyahısı
Bu, JYP Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu Itzy tərəfindən 2019-cu ildə debütündən bəri aldığı mükafatların və nominasiyaların siyahısıdır.
Kamila Kabellonun aldığı mükafatların siyahısı
Kuban-Amerikan müğənni Kamila Kabello bir çox nominasiyalara namizəd göstərilmiş və 56-dan çox mükafat qazanmışdır. Kamila karyerasının başlanğıcında əvvəlcə özünü solo ifaçı kimi təqdim etmiş, az sayda əməkdaşlıq etdiyi sinqllar ("I Know What You Did Last Summer") buraxmışdır. Onun Machine Gun Kelly ilə ərsəyə gələn "Bad Things" mahnısı Billboard Hot 100də ilk 4-ə yüksəlmiş və Radio Disney Music Award mükafatını qazanmış, 2017 Billboard Mahnı Mükafatlarına isə Ən Yaxşı Əməkdaşlıq kateqoriyasına namizəd göstərildi. Həmin ildə Billboard Women in Music mükafatının Ən Yaxşı Artist kateqoriyasını qazanmışdır.
Kerol filminin qazandığı mükafatların siyahısı
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir. Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-da seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır.
Kim Su-Hyonun qazandığı mükafatların siyahısı
Bu, Cənubi Koreya-lı aktyor Kim Soo-hyun-un aldığı mükafat və nominasiyaların siyahısıdır. Kim, karyerası boyunca, "Moon Embracing the Sun" tarixi dram seriyasındakı roluna görə 48-ci Baeksang Sənət Mükafatında Ən Yaxşı Aktyor (TV) də daxil olmaqla çoxsaylı mükafatlar qazandı. "Bu an üçün çox minnətdaram, amma utanıram. Çox ev tapşırığı almaq kimidir. Bu mükafata layiq qalmaq üçün daha yaxşı aktyor olmağa çalışacağam." -Kim, Han Suk-kyu, Shin Ha-kyun və Cha Seung-won kimi ağır çəki qazilərinə qalib gəldikdən sonra 48-ci Baeksang Sənət Mükafatında dedi.
Loebner Mükafatları
Loebner mükafatı (ing. Loebner Prize) — Hugh Loebner (d.t: 1941) tərəfindən maliyələşdirilən Loebner mükafatları hər il Süni İntellekt dialoq sistemi proqramları arasında bölünməkdədir. Bu yarışma Türinq testi kriteriyaları diqqətə alınaraq əslinə uyğun bir şəkildə edilməkdədir. == Mükafatlar == 1. yer 100.000 dollar 2. yer 25.000 dollar 3. yer 5.000 dollar Hugh Loebner yarışmaya qatılan layihələri Cambridge də müəyyən bir mərkəz ilə birlikdə dəyərləndirməkdədir.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.
Nobel Mükafatları
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel Mükafatlarının seçilmə qaydaları
Alfred Nobel (1833-1896) İsveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi. Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı. Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır.
O filminin qazandığı mükafatların siyahısı
O — rejissor və ssenarist Spayk Consun romantik dram və elmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Filmin musiqisi Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılıb. Filmin operatoru Hoyte van Hoytemadır. Film Spayk Consun ssenari müəllifi kimi debüt işidir. Baş rollarında Xoakin Feniks, Skarlet Yohansson, Emi Adams, Runi Mara və Oliviya Vayldın çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir. Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. Film 18 dekabr 2013-cü ildə "Warner Bros Pictures" tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkə ərazisində 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon dollar gəlir gətirib. Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir.
Qara cəngavər filminin qazandığı mükafatların siyahısı
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen: Başlanğıc" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellovin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı
Aşağıda 2018-ci ildə JYP Entertainmnet tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupu Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı verilmişdir. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Know, Changbin, Hyunjin, Han, Felix, Seungmin ve I.N.Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan Woojin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. Qrup eyni adlı 2017 realiti şou olan Stray Kids vasitəsi ilə qurulub. Qrup, 2018-ci ilin yanvarında genişləndirilmiş Mixtape albumu nümayiş etdirdi və 25 Martda rəsmi olaraq I Am Not ilə çıxdı.Dörd EP qrupa 2018-ci ildə və 2019-cu ilin əvvəllərində 2018 Mnet Asiya Musiqi Mükafatlarında Ən Yaxşı Yeni Kişi Sənətçisi, 33-cü Qızıl Disk Mükafatlarında Ən Yaxşı Yeni Sənətçi, 28-ci Seul Musiqi Mükafatlarında Rookie of the Year və 2018 Asia Artist Awards də daxil olmaqla altı yeni sənətçi mükafatı qazandırdı. I Am Who ayrıca, Disk Bonsang üçün Stray Kids-ə 33-cü Golden Disk Awards-da ilk bonsang namizədliyini verdi. Ayrıca, baş sinqlı "My Pace", 2018 Mnet Asya Musiqi Mükafatlarında Global Fan's Choice namizədliyini aldı. 2019-da qrup iki EP daha yayımladı: Clé 1: Martda Miroh və dekabrda Clé: Levanter, İyunda Clé 2: Yellow Wood. Stray Kids ayrıca İlin Artisti adına iki nominasiya aldı: biri Mnet Asian Music Awards-da, digəri Genie Music Awards-da və hər ikisi də 2018-ci ildə. 2019 Asia Artist mükafatlarında Stray Kids Star15 Populyarlıq Mükafatını qazandı.Qrupun ilk populyarlığı təqdir edildi.
Sagopa Kajmerin qazandığı mükafatların və namizədliklərinin siyahısı
Bu siyahı Türkiyə rep sənətçisi, müğənni-bəstəkar Sagopa Kajmerin və əsərlərinin qazandığı və namizəd göstərildiyi mükafatlar barədə məlumatları ehtiva edir. 2006-cı ildə təşkil edilən Kral TV Video Musiqi Mükafatları musiqi müsabiqəsində "Vasiyet" adlı mahnı klipi Ən Yaxşı Video Klip mükafatını qazandı. O, daha sonra 2018-ci ildə verdiyi reportajlardan birində bu mükafatın ona çatmadığını, həmin vaxt əsgərlikdə olduğunu və əlaqəli şəxslərin bir-birini tanıdığını, mükafatlandırmanın anlaşmalı şəkildə olduğunu bildirmişdir. 6 noyabr 2008-ci ildə MTV Türkiyə tərəfindən təşkil olunan MTV Avropa Musiqi Mükafatları 2008 müsabiqəsində Türkiyədə ilin ən yaxşısı olmağa namizəd göstərildi. Kolera ilə 2-ci duet albomu olan Bendeki Sen albomu 2011-ci ildə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində "İlin albomu" kateqoriyasına namizəd göstərildi. 2019-cu ildə Magazin.com Mükafatları-nın təqdim etdiyi Ən Yaxşı Rep Sənətçisi Mükafatını qazandı. Yeditepe Dilek Universiteti tələbələri arasında keçirilən sorğuların nəticəsinə əsasən qalibləri müəyyənləşən Yeditepe Dilek Mükafatları-nda "Avutsun Bahaneler" mahnısı Ən Yaxşı Mahnı mükafatının sahibi oldu.
Milliyet Roman Mükafatları
Milliyet Roman Mükafatları — 1974-1979 və 1990-cı illərdə keçirilən roman müsabiqəsi. Bütün həvəskar və peşəkar türk yazarlarının əvvəllər nəşr olunmamış əsərləri ilə iştirak edə biləcəyi bir yarışmadır. Qalib əsərlər 1990-cı il aprelin 15-də elan edilmişdir. Bəkir Yıldız - Çevriliş (yekdilliklə) Həbib Bektaş - Həmriyanım (Səs çoxluğu ilə) Seçim Komitəsi: Vedat Günyol, Oktay Akbal, Mehmet Başaran, Talip Apaydın, Şükran Kurdakul, İsmayıl Soysal, Hikmət Altınkaynak Qalib əsərlər 29 aprel 1979-cu ildə elan edilmişdir. Mehmet Eroğlu - Viranənin ortasında (Birinci yer) Orxan Pamuk - Cövdət bəy və oğulları adı ilə kitab olaraq nəşr edilmişdir (Birinci yer) Selçuk Baran - Bozkır Çiçəkləri (Təqdirəlayiq) Seçki Komissiyası: Orhan Hançerlioğlu, Oktay Akbal, Hilmi Yavuz, Selim İleri, Ülkü Tamer Qalib əsərlər 4 avqust 1977-ci ildə elan edildi. Mustafa Yeşilova - Kopo (Birinci yer) İkinci və üçüncü yerin mükafatlarını qazanacaq heç bir roman tapılmadı.. Celal Demirtaş - Dilim dilim (tərifəlayiq) İrfan Yalçın - Siçan öldürmək (tərifəlayiq) Aysın Uğur Kezer - Tikişlər açılır (tərifəlayiq) Yusuf Ateş - Yaraya səpilən duz (tərifəlayiq) Seçim Komitəsi: Orhan Hançerlioğlu, Oktay Akbal, Erdal Öz, Hilmi Yavuz, Ülkü Tamer Qalib əsərlər 22 aprel 1976-cı ildə elan edildi. İlk üç dərəcəyə layiq əsər tapılmadı. Levent Ağralı - Göçük (1-ci qeyd) Mehmet Zeki Niksarlı - Türkoğlu Cıbır Salih və Acemoğlu Gafur (2-ci qeyd) Cənub Şöbəsi - Döşləri böyüdən işçi (3-cü qeyd) Seçki Komissiyası: Behçet Necatigil, Oktay Akbal, Tarık Buğra, Tomris Uyar, Rauf Mutluay Qalib əsərlər 3 fevral 1975-ci ildə elan edildi.
İlon Maskın aldığı mükafatların və fəxri adların siyahısı
Biznes maqnatı və texnoloq İlon Mask Tesla avtomobilləri və SpaceX raketləri üzərində dizayn və mühəndislik işləri, eləcə də iqlim dəyişikliyi ilə mübarizə səyləri ilə tanınır. Bərpa olunan enerji ilə bağlı işinə və təbliğatına görə Milli Vəhşi Təbiət Federasiyasının "Konni" mükafatı və "Qlobal yaşıl" mükafatı daxil olmaqla bir sıra ekoloji mükafatlar almışdır. Mask kosmik səyahətə verdiyi töhfələrə görə 2018-ci ildə London Kral Cəmiyyətinin üzvü seçildi. 2010, 2013, 2018 və 2021-ci illərdə "Time 100" siyahısına daxil edildi və "Forbes"in "2019-cu ilin ən innovativ liderləri" siyahısında birinci sırada yer aldı. 13 dekabr 2021-ci ildə "Time" jurnalı tərəfindən "İlin adamı" seçildi. Mask 2006-cı ildə ABŞ Milli Elmlər Akademiyasının Aeronavtika və Kosmik Mühəndislik Heyətinin üzvü idi. Tesla və SpaceX-dəki işlərinə görə 2007-ci ildə "Inc." jurnalı tərəfindən "İlin təşəbbüskarı" laureatı. Tesla Roadster-in dizaynına görə 2007 "Index Design" laureatı. Həmçinin "Global Green" 2006 mükafatı Mixail Qarbaçov tərəfindən təqdim edilmişdir. ABŞ Aeronavtika və Kosmik Elmlər İnstitutu "George Low" mükafatını "2007/2008-ci illərdə kosmik nəqliyyat sahəsində ən töhfə" üçün verdi.
Franklin İnstitutunun mükafatları
Franklin İnstitutunun mükafatları — bu ən qədim, nüfuzlu və sanballı mükafatlar elm və texnologiya sahəsi üzrə təqdim olunur. == Haqqında == 1824-cü ildən yaranan mükafat çoxsaylı alim, ixtiraçı və sahibkarlara müxtəlif kateqoriyalar üzrə verilirdi. Mükafatın məqsədi istedadlı alimləri üzə çıxarmaq və onların tədqiqatlarını dünyaya tanıtmaqdır.

"mükafatlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mükafatlar nədir? #mükafatlar sözünün mənası #mükafatlar nə deməkdir? #mükafatlar sözünün izahı #mükafatlar sözünün yazılışı #mükafatlar necə yazılır? #mükafatlar sözünün düzgün yazılışı #mükafatlar leksik mənası #mükafatlar sözünün sinonimi #mükafatlar sözünün yaxın mənalı sözlər #mükafatlar sözünün əks mənası #mükafatlar sözünün etimologiyası #mükafatlar sözünün orfoqrafiyası #mükafatlar rusca #mükafatlar inglisça #mükafatlar fransızca #mükafatlar sözünün istifadəsi #sözlük