* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] köhn. 1. Qatılmış, qatışdırılmış, əlavə edilmiş. Miladdan 322-332 il qabaq İskəndəri-Rumi tamam İran zəmini təsxir edib yunana mülhəq etdi. Ə.Haqverdiyev. 2. Asılı, əlaqədar. Cənabi-həq o bəhri-bigirani-mərhəmətdir kim; Ona mülhəq olan insan şərəfyabi-səadətdir. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / mülhəq2 ə. 1) əlavə edilmiş, artırılmış; 2) tabe, başqasının hökmü altında olan; ilhaq edilmiş; 3) asılı, əlaqəli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mülhəq