münaqişəsində sözü azərbaycan dilində

münaqişəsində

Yazılış

  • münaqişəsində • 99.8952%
  • Münaqişəsində • 0.1048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Belarus Qarabağ münaqişəsində
Belarus Qarabağ münaqişəsində — Belarusun bir tərəfdə Azərbaycan, digər tərəfdə isə Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası arasında uzun müddətdir davam edən Qarabağ münaqişəsində rolu. Burada mübahisə mövzusu Dağlıq Qarabağ regionudur. Bu məsələdə Belarus Respublikası müstəsna olaraq sülh yolu ilə nizamlanmanın tərəfdarıdır, eyni zamanda mübahisəli regionu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ölkə hökuməti döyüşən tərəflər arasında balans yaratmağa çalışır. == Siyasi və diplomatik tərəfi == === Hökumətin rəsmi mövqeyi === Xarici siyasətdə Belarus ənənəvi olaraq istənilən münaqişənin siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni şey Azərbaycan–Ermənistan qarşıdurmasına da aiddir. 1992-ci ildən Belarus Respublikası Dağlıq Qarabağ problemi üzrə yeganə fəal danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun üzvüdür. 2009-cu ilin noyabrında Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağ böhranı ilə bağlı bir sıra bəyanatlar vermiş və ölkəsinin postsovet məkanında digər münaqişələrin həllində iştirak etməkdə maraqlı olduğunu vurğulamışdır. 2016-cı ilin aprelində regionda baş verən növbəti gərginlik fonunda Belarus Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik bəyanat yaymışdır: Eyni zamanda, dövlət başçısı müdafiə naziri Andrey Ravkov və xarici işlər naziri Vladimir Makeyə erməni və azərbaycanlı həmkarları ilə məsləhətləşmələr aparmağı tapşırmışdır. Bundan başqa, Belarus Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyanla telefon danışığı aparmışdır.
Makedoniya münaqişəsində Ukrayna aviasiyası
Şimali Makedoniya münaqişəsində Ukrayna aviasiyası —2001-ci ildə keçmiş Yuqoslaviya respublikası olan Makedoniya hakimiyyəti ilə alban üsyançıları arasında baş verən hərbi münaqişə zamanı Ukrayna hökumət ordusuna döyüş helikopterləri (Mi-8 və Mi-24) və təyyarələr (Su-25) vermişdi. Bundan əlavə, ukraynalı pilotların birbaşa iştirakı ilə bağlı məlumatlar yayılmışdı. Kiyevin hərbi dəstəyi Qərb ölkələrinin narazılığına səbəb olub. == Tarixi == Hərbi əməliyyatların başlaması ilə NATO ölkələri tərəfindən təmsil olunan Makedoniya hökumətinin müttəfiqləri yalnız hərbi məsləhətçilər ilə məhdudlaşmışdılar. Buna baxmayaraq, hökumət qüvvələrinə silah lazım idi. Hərbi texnika Yunanıstan, Bolqarıstan, Ukrayna tərəfindən verilmişdi. Öz növbəsində, Yuqoslaviya atıcı silahlar və döyüş sursatları vermişdi. 2001-ci ilin martında Makedoniyaya Ukrayna silahları gəlməyə başlamışdı. Bütün texnikalar hərbi-texniki əməkdaşlıq haqqında ikitərəfli sazişə əsasən güzəştli qiymətlərlə təhvil verilmişdi. Silah tədarükü ABŞ və NATO-da narazılığa səbəb olmuşdu.
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı
Ukraynalıların Efiopiya–Eritreya münaqişəsində iştirakı — Efiopiya–Eritreya müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbi məsləhətçilərinin, həm Eritreya Silahlı Qüvvələri, həm də Efiopiya Silahlı Qüvvələrinin tabeliyində olan ukraynalı muzdluların fəaliyyəti . 1998-ci ilin mayında Eritreya ilə Efiopiya arasında ərazi mübahisəsi zəminində silahlı münaqişə baş tutmuşdur. Qarşıdurma həm də etnik mənbəyə malik idi. Toqquşmalar sərhəddəki insidentdən sonra başlamış, ardınca Eritreya Silahlı Qüvvələri Efiopiyanın Tıqray və Afar vilayətlərinin ərazisinə daxil olmuşdu. Rusiya ordusuna güvənən efiopiyalılardan fərqli olaraq, eritreyalılar Ukraynanın hərbi-texniki dəstəyinə müraciət etmişdilər. Artıq yayda Kiyev–Əsməra hava körpüsü təşkil edilmişdi. Elə həmin il bir qrup eritreyalı pilot Ukraynanın təlim mərkəzlərində yeni avadanlıqlar üçün sürətləndirilmiş yenidən hazırlıq kursu keçmişdi. Ukrayna və Bolqarıstan texniki işçiləri Eritreya Hərbi Hava Qüvvələrinə xidmət etmək üçün ölkəyə gəlmişdilər. Ukraynalılar təlimatçı pilot kimi də fəaliyyət göstərirdilər. Eyni zamanda, üçüncü dövlətlər tərəfindən Eritreyaya verilən silah və hərbi texnikanın daşınması ilə də məşğul olurdular.

"münaqişəsində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#münaqişəsində nədir? #münaqişəsində sözünün mənası #münaqişəsində nə deməkdir? #münaqişəsində sözünün izahı #münaqişəsində sözünün yazılışı #münaqişəsində necə yazılır? #münaqişəsində sözünün düzgün yazılışı #münaqişəsində leksik mənası #münaqişəsində sözünün sinonimi #münaqişəsində sözünün yaxın mənalı sözlər #münaqişəsində sözünün əks mənası #münaqişəsində sözünün etimologiyası #münaqişəsində sözünün orfoqrafiyası #münaqişəsində rusca #münaqişəsində inglisça #münaqişəsində fransızca #münaqişəsində sözünün istifadəsi #sözlük