* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Bir adət, moda halını almış; işlək, adi. Mütədavil şey. – Vəkil dəllallığı bir mütədavil peşə idi. Ə.Haqverdiyev. □ Mütədavil olmaq – işlək olmaq, dəbdə olmaq, tədavüldə olmaq. Bu tərəfdən nəzmi-məmləkət üçün mütədavil olan tərzisiyasət hər aqili təhəyyürə salır. M.F.Axundzadə. [Murad] hər qisim ev maşınları [təmir] edər, o zaman çox mütədavil olan papirosyandıran qayırıb satardı. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / mütədavil2 ə. tədavüldə olan; işləyən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütədavil1 прил. устар. употребительный, находящийся в употреблении, в обращении
Azərbaycanca-rusca lüğət / mütədavil