Mütəllibov sözü azərbaycan dilində

Mütəllibov

Yazılış

  • Mütəllibov • 99.4135%
  • MÜTƏLLİBOV • 0.2933%
  • mütəllibov • 0.2933%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). == Həyatı == Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mütəllibov hökuməti
Azərbaycanın I Nazirlər Kabineti — 1991-ci il mayın 22-də və 23-də formalaşan müstəqil Azərbaycan tarixinin birinci Nazirlər Kabineti. Nazirlər Kabineti 16 nazirdən və 9 Dövlət Komitə sədrindən idi. Nazirlər Kabinetinin sədri Həsən Həsənov idi. Hökumət Ayaz Mütəllibov tərəfindən qurulmuşdu.
Niyazi Mütəllibov
Niyazi Əşrəf oğlu Mütəllibov — Azərbaycanlı cərrah, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991). Yasamal qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikasının 1-ci prezidenti olmuş Ayaz Mütəllibovun atasıdır.
Samir Mütəllibov
Tofiq Mütəllibov
Tofiq Mütəllim oğlu Mütəllibov (13 aprel 1929, Naxçıvan – 30 oktyabr 1992, Bakı) — şair, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır. Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş etmişdir.
Adilə Mütəllibova
Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi. == Həyatı == Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Əslən Maştağa qəsəbəsindən olan Adilə Mütəllibova Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.

Oxşar sözlər

#mütəllibov nədir? #mütəllibov sözünün mənası #mütəllibov nə deməkdir? #mütəllibov sözünün izahı #mütəllibov sözünün yazılışı #mütəllibov necə yazılır? #mütəllibov sözünün düzgün yazılışı #mütəllibov leksik mənası #mütəllibov sözünün sinonimi #mütəllibov sözünün yaxın mənalı sözlər #mütəllibov sözünün əks mənası #mütəllibov sözünün etimologiyası #mütəllibov sözünün orfoqrafiyası #mütəllibov rusca #mütəllibov inglisça #mütəllibov fransızca #mütəllibov sözünün istifadəsi #sözlük