* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Kiçik mıx, kiçik mismar. Ayaqqabı mıxçası. 2. Paltar və s. asmaq üçün divara vurulmuş mıx. Paltarı mıxçadan asmaq. – [Nəriman] … papağını mıxçadan götürdü. Mir Cəlal. [Niyaz] əynindəki köhnə pencəyini çıxarıb orta dirəkdəki mıxçadan asdı. Ə.Vəliyev. 3. Kiçik paya, ağac parçası. Əziz kişi çadırın mıxçalarını tapıb gətirdi. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / mıxça(Balakən, Qazax, Mingəçevir) paya, şax. – Pamidora mıxça vurmuşam (Balakən)
Azərbaycan dilinin dialektoloji lüğəti.