mədhnamə sözü azərbaycan dilində

mədhnamə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mədhnamə • 95.6522%
  • MƏDHNAMƏ • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədhnamə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər. Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. == Tarixi == Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır.

mədhnamə sözünün leksik mənası və izahı

  • 1 is. [ər. mədh və fars. …namə] Bir şəxsi və ya şeyi tərif etmək məqsədilə yazılmış şeir; mədhiyyə. …Osmanlı ədiblərindən Xocazadə Məhəmməd Übeydulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq. C.Məmmədquluzadə. Şairlərdən ancaq Əbül-Üla Atabəyə təqdim edilərək yazdığı mədhnaməni oxudu. M.S.Ordubadi. // Ümumiyyətlə, tərif (mənfi mənada işlənir). Məqalə deyil, mədhnamədir. – [Xanlar] badələri qaldırıb, bir-birinə mədhnamələr deyib eyşi davam etdirdilər. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / mədhnamə
  • 2 ə. və f. 1) bax mədih(ə) (2-ci mənada); 2) m. tərif.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mədhnamə

mədhnamə sözünün sinonimləri (yaxın mənalı sözlər)

mədhnamə sözünün rus dilinə tərcüməsi

mədhnamə sözünün inglis dilinə tərcüməsi

mədhnamə sözünün ləzgi dilinə tərcüməsi

"mədhnamə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədhnamə nədir? #mədhnamə sözünün mənası #mədhnamə nə deməkdir? #mədhnamə sözünün izahı #mədhnamə sözünün yazılışı #mədhnamə necə yazılır? #mədhnamə sözünün düzgün yazılışı #mədhnamə leksik mənası #mədhnamə sözünün sinonimi #mədhnamə sözünün yaxın mənalı sözlər #mədhnamə sözünün əks mənası #mədhnamə sözünün etimologiyası #mədhnamə sözünün orfoqrafiyası #mədhnamə rusca #mədhnamə inglisça #mədhnamə fransızca #mədhnamə sözünün istifadəsi #sözlük