Məhəmmədi sözü azərbaycan dilində

Məhəmmədi

Yazılış

  • Məhəmmədi • 99.5227%
  • məhəmmədi • 0.4773%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədi
Məhəmmədi (Xoy)
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Məhəmmədi (Xoy)
Məhəmmədi (fars. ممده‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənd qeydə alınsa da, yaşayış qeydə alınmamışdır.
Məsiağa Məhəmmədi
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir. 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur. 1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Nərgiz Məhəmmədi
Nərgiz Məhəmmədi (farsca:Narges Mohammadi; 21 aprel 1972, Zəncan, Pəhləvilər İranı[d]) — iranlı hüquq müdafiəçisi və alimidir. O, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir. O, İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin səsli tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda "ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı" yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edildi. 2020-ci ildə azad edildi, lakin 2021-ci ildə yenidən həbsxanaya göndərildi. Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət" mükafatı verilib. O, 2023-cü ilin yanvarında "Olof Palme" mükafatına layiq görülüb. 2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına "Dünya Mətbuat Azadlığı" mükafatına layiq görülüblər. Nərgiz Məhəmmədi 2023-cü ildə Nobel Sülh Mükafatı laureatı olub.
Mirzə Əli Məhəmmədi
Mirzə Əli — miniatürçü-rəssam Mirzə Əli Ustad­ Sultan Məhəmmədin oğludur. Atasının­ nəzarəti altında I şah Təhmasibin kitabxanasında işləyib. Müasirləri onu görkəmli rəssam, məşhur ustad adlandı­rırdılar. Rəs­­samın əl işləri dünyanın nüfuzlu kitabxana və muzeylərində qorunub saxlanır. Mirzə Əlinin erkən yaradıcılığından­ iki əsəri – Nizaminin "Xəmsə”sinə çəki­lən miniatür və I şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə çəkilmiş manuskript (London, Britaniya kitabxa­nası)­ dövrümüzə qədər gəlib çıxıb. Onun­ "İskəndəri şəklindən tanıyan xan­­­ qızı Nüşabə”, "Ovçu düşərgəsi” (Metropoliten muzeyi, Nyu-York), "Qızıl zəncir” (Rusiya Milli kitabxanası, Sankt­-Peterburq), "Əlində çiçək tutmuş­ şahzadə” (Sakler muzeyi, Kembric), "Yed­­di taxt” (Frir qalereyası, Vaşinqton) əsərləri məlumdur.
Sirus Din Məhəmmədi
Sirus Din Məhəmmədi (fars. سیروس دین‌محمدی‎, 2 iyul 1970, Təbriz)—Təbrizli sabiq futbolçu Sirus Din Məhəmmədi 22 iyul 1978-ci ildə İranlının Təbriz şəhərində anadan olub. Sirus Din Məhəmmədi professional karyerasına 1992-ci ildə Traktor Sazi klubunda başlamışdır. Sonralar Təbriz, İstiqlal, Maynz 05, Pegah klublarında forma geymişdir. Sirus Din Məhəmmədi İran millî futbol komandasının "1998-ci il Dünya Kuboku" heyətində iştirak etmişdir. O, ümumilikdə bu formanı 39 dəfə geymiş, 6 qol vurmuşdur .
Səkinə Məhəmmədi Aştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə Məhəmmədi Aştiyani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə Məhəmmədi Əştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Təpə Məhəmmədi (Bicar)
Təpə Məhəmmədi (fars. تپه محمدي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Məhəmmədibrahim Əmir Teymur
Məhəmmədibrahim Əmir Teymur Kəlali (fars. امیرتیمور کلالی‎; 1894–1988) — Teymuri elinin başçısı və Milli Şura Məclisinin neçə dövr nümayəndəsi idi. Məhəmmədibrahim Əmir Teymur, Sərdar Nüsrət ləqəbi ilə 1894-cü ildə Xorasanın şərqində dünyaya gəldi. O, Əmir Əlimərdan xan Teymuri, Nüsrətülmülk ləqəblinin oğlu idi. Əcdadı teymuri elinə başçılıq edirdilər.20 yaşında bu elin başçısı oldu. Sonra Tehrana gedib və Qacar sarayının işgüzarlarından olan Mustafaqulu xan Əmir Müəzzəm hacibüddövlənin qızı Hacib Dəvəli xanım ilə evləndi. O, Kaşmərin neçə dövr məclis nümayəndəsi olub.Məhəmməd Musaddıq dövlətində neçə müddət daxili işlər və iş naziri olub.93 yaşında Tehranda vəfat edib. Əmir Teymur Kolali.Əmir Teymur Kolalinin Xatirələri. Həbib Lacivərdinin səyilə. Tehran:Səfhe Sefid nəşrləri.
Məhəmmədin canişinliyi
Müsəlmanlar arasında Məhəmmədin canişinliyinə görə ixtilaf olub şiə və sünnü müsəlmanların əsas ixtilafı bunun üzərinədir. Şiə müsəlmanların baxışına görə Məhəmməd son həccindən qayıdandan sonra Allah tərəfindən əmr edildi və bu ayə Qədiri-Xum-da özü üçün canişin seçməsi üçün nazil oldu: {{{1}}} يا أَيّهَا الرّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلّغْتَ رِسالَتَهُ وَ اللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ إِنّ اللّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرينَ Ey peyğəmbər hər nəki sənə nazil olub mükəmməl şəkildə camaata de və yetir! əgər belə etməsən, onun risalətini yerinə yetirməyibsən! Allah səni camaatdan gələn təhlükələrdən qoruyacaq. Allah kafir və inadcıl camaatı hidayət etməz. Qədiri-xum-dakı bulaqın yanında bir xutbə oxuyaraq Əli bin Əbu Talibi öz canişinliyinə seçdi. bu rivayətdəki, Əhli-Sünnət-də onu nəql etmişlər Şiələr ona istinad edib və Əlini Məhəmmədin canişini sayırlar, bu işi gördükdən sonra aşağıdakı ayə nazil oldu: {{{1}}} الْیَوْمَ یَئس الَّذِینَ کَفَرُوا مِن دِینِکُمْ فَلا تخْشوْهُمْ وَ اخْشوْنِ الْیَوْمَ أَکْمَلْت لَکُمْ دِینَکُمْ وَ أَتمَمْت عَلَیْکُمْ نِعْمَتى وَ رَضِیت لَکُمُ الاسلَمَ دِیناً Bu gün sizin dininizi mükəmməl etdim, və öz nemətimi sizə qurtarıb, islamı sizin ölümsüz dininiz olaraq qəbul etdim. Amma sünnülər bunun əksinə etiqadları var ki, Məhəmməd özünə canişin seçmədi, bəlkə vəfatından sonra onun neçə səhabələri bir şura düzəldərək Əbu Bəkri peyğəmbərin canişinliyinə seçmişlər. Bir islami rivayətə görə ozamanki «Tayfa və qohumlarına xəbərdarlıq et» ayəsi nazil oldu, Məhəmməd qohumları Bəni Haşimdən və bir qrup Bəni Mütəllibdən ki 45 nəfər olardılar dəvət edib onlara vəsiyyət edir: «Ey Əbdülmütəllib oğlanları... Allah mənə əmr edib ki sizi ona sarı dəvət edəm.
Məhəmmədin səhabələrinin siyahısı
Əbu Bəkr Ömər Osman Əli Əbu Rafe əl-Qibti Əbu Leyla əl-Ğəffari Əbu Fəzalə əl-Ənsari Əbu Sufyan Əbu Haris ibn Əbdulmuttəlib əl-Haşimi Əbu Hüreyrə Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin araşdırmaları Məhəmməd peyğəmbərin qeyri-ərəb səhabələrinin siyahısı (en) Tabein "Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr" ( (az.)). saqaleyn.wordpress.com. 2013-02-16. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Məhəmmədiyyə
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Məhəmmədiyyə (Kazan)
Kazan Ali Müsəlman Mədrəsəsi Məhəmmədiyyə (tatar. Mökhämmadiya) — Kazan şəhərinin tarixi Köhnə Tatar məskəninin ərazisindəki daha yüksək bir mədrəsədir. Stresdəki mədrəsə binası. Gabdulla Tukaya, 34, respublika əhəmiyyətli mədəni irs obyektidir 1882-ci ildən bəri mövcuddur. Qurucusu görkəmli bir tatar dini xadimi Qalimjan Barudidir. Birmərtəbəli kərpic bina 1883-cü ildə memar M. Ermolaevin layihəsinə əsasən M. I. Galeev tərəfindən inşa edilmişdir. Sonradan ikinci və üçüncü mərtəbələrdə tikildi. 1901-ci ildə on üç mərtəbəli cildinə yeni üç mərtəbəli bir kərpic bina əlavə edildi. Dini lider Zainulla Rasulev, “tatarların mənəvi kralı”, yeni binanın təməlinin ilk daşının qoyulması mərasiminə gəldi. 1918-ci ildə mədrəsə dağıldı, bina təşkilatlara verildi.
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyyə, (ərəb. المحمدية‎, Al-Muhammadia) keçmişdə Fedala (ərəb. فضالة‎; fədl-ül Allah / Fəzlullah adından), Mərakeşin şimal-qərb hissəsində liman şəhəri. Atlantik okeanı sahilində, Kasablanka şəhərinin 24 km şimal-şərqində. 14-cü və 15-ci əsrlərdə taxıl və qurudulmuş meyvə satın alan Avropalı ticarət gəmilərinin diqqət nöqtəsi olan şəhər, 18-ci və 19-cu əsrlərdə zaman-zaman xristian tüccarlarca taxıl ixrac antreposu olaraq istifadə edildi.Şəhərdə 1913-cü ildən sonra fransızlar tərəfindən müasir liman təsisləri quruldu.Şəhər, 1959-cu ildə Mərakeş sultanı V. Məhəmmədin (hd 1927–1961) adını aldı. Ölkə xaricindən limana gələn xam neft şəhərin dərhal cənub-qərbində iştirak edən, ölkənin ən böyük neft rafinerisində işlənir. Gent, Belçika Zaviyə, Liviya Perpiniya, Fransa Belfor, Fransa Drö, Fransa Noqinsk, Rusiya. Ciyanqyin, Çin.
Məhəmmədiyyə (Məskər)
Məhəmmədiyyə (ərəb. المحمدية‎) — Əlcəzairdə Məskər vilayətində şəhər və kommuna. Məhəmmədiyyə Məskər şəhərinin şimalında və Məstağanəm şəhərinin cənubunda yerləşir. Şəhərdə elektrotexnika və elektronika istehsalı üçün maşınqayırma zavodu var. Məhəmmədiyə Fransanın müstəmləkəsi olduğu dövrdə Perreqo adı ilə Roma dövrünə aid Kastra-Nova şəhərinin xarabalıqları üzərində qurulmuşdur.
Məhəmmədiyyə (dəqiqləşdirmə)
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyə
Məhəmmədiyə (fars. بخش محمدیه‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
Məhəmmədiyə (dəqiqləşdirmə)
Məhəmmədiyyə (Mərakeş)
Məhəmmədiyə bəxşi
Məhəmmədiyə (fars. بخش محمدیه‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. Məhəmmədiyə şəhəri keçmiş Zibaşəhr və Bavers (indi bu adda şəhərin yaxınlığında başqa bir kənd mövcuddur) kəndlərinin birləşməsi ilə qurulub. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,766 nəfər və 10,904 ailədən ibarət idi. 2016-cı ilin məlumatına görə bəxşdə 138,093 nəfər yaşayır (43,898 ailə).
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Məhəmmədin tarixi
Məhəmmədin tarixi — Məhəmmədin tarixi şəxsiyyət kimi tədqiqinə və ənənəvi izahatlarına əsaslanaraq tənqidi araşdırılmasıdır. Məhəmmədin həyatı ilə bağlı ilk mənbə Quran hesab edilir və Məhəmmədin tarixi barədə olduqca az məlumat verir Siyər adı ilə bilinən peyğəmbər bioqrafiyası, hədis olaraq bilinən Məhəmmədin sözləri və əməlləri isə peyğəmbər barədə əsas mənbə sayılır Lakin bu mənbələr təktərəfli hesab edilir və tarixi qaynaq olaraq istifadə olunub-olunmaması isə hələ də mübahisəli bir mövzudur. Buna baxmayaraq əlimizdə hədislərdə keçən məlumatları təsdiq edən bəzi qeyri-islami mənbələr də vardır. Ancaq bu məlumatların hər biri Məhəmmədin ölümünün ardındandır Əlyazmanın ultrabənövşəyi şüalardan istifadə edərək ortaya çıxan "alt mətnləri" Osmandan əvvəlki dövrə aid bəlkə də yeganə nümunədir və bugünkü Qurandan yazılış cəhətdən çox fərqlidir. Alman alimi Gerd R. Puin bunun sabit bir mətndən çox inkişaf edən mətni nəzərdə tutduğuna inanırdı. Oxşar ifadə "Lorens Konrad tərəfindən Məhəmmədin tərcümeyi-halı üçün istifadə edilmişdir" Məhəmmədin həyatı ilə bağlı əsas İslam mənbələri Quran və Məhəmmədin həyatı haqqında məlumat verən siyər və hədis kimi tanınan şifahi ənənələrə əsaslanan qeydləridir. İslama görə, bütün Quran Məhəmmədin sağlığında (miladi 610–632-ci illərdə) səhabələri tərəfindən yazılmışdır. Məhəmmədin ölümündən sonra Quranın nazil olması dayandırıldı və Quranı əzbərləyən səhabələr (xüsusilə 633-cü ildə Yəmamə döyüşündən sonra) ölməyə başladılar. Quranın bəzi hissələrinin geri qaytarıla bilməyəcək şəkildə itirilə biləcəyindən narahat olan böyük yoldaşı Ömər xəlifə Əbu Bəkrə xəbərdarlıq etdi ki, Quranın indiyə qədər "xurma yarpağı budaqları, nazik ağ daşların üzərində olan yazıları və hafizləri" toplasın Xəlifə Osmanın dövründə beş nəfərdən ibarət bir komitə "mətni olduğu kimi izlədi", misralarla bağlı mübahisələri həll etdi, itirilmiş bir ayətin izinə düşdü və qeydləri bir cilddə köçürdü. "Osmanın Quranı" kimi tanınan bu müshəf eramızın 650-ci illərində tamamlandı bundan sonra Osman şübhəyə düşülməməsi üçün bütün digər şəxsi və fərdi nüsxələri, əhruf olaraq bilinən dialekt fərqlərinin yandırlmasını əmr etdi.

"məhəmmədi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhəmmədi nədir? #məhəmmədi sözünün mənası #məhəmmədi nə deməkdir? #məhəmmədi sözünün izahı #məhəmmədi sözünün yazılışı #məhəmmədi necə yazılır? #məhəmmədi sözünün düzgün yazılışı #məhəmmədi leksik mənası #məhəmmədi sözünün sinonimi #məhəmmədi sözünün yaxın mənalı sözlər #məhəmmədi sözünün əks mənası #məhəmmədi sözünün etimologiyası #məhəmmədi sözünün orfoqrafiyası #məhəmmədi rusca #məhəmmədi inglisça #məhəmmədi fransızca #məhəmmədi sözünün istifadəsi #sözlük