Məmmədtağı sözü azərbaycan dilində

Məmmədtağı

Yazılış

  • Məmmədtağı • 98.9619%
  • MƏMMƏDTAĞI • 0.6920%
  • məmmədtağı • 0.3460%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədtağı Bağırov
Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938). Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir. Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib. Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.
Məmmədtağı Cəfərov
Məmmədtağı İbrahim oğlu Cəfərov (15 iyul 1936, Oxçuoğlu, Amasiya rayonu – 17 iyun 2007, Gəncə) — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor. Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə Ermənistan SSR Amasiya rayonundakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktəbində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Məmmədtağı müəllim tələbəlik illərindən başladığı elmi axtarışlarını aspiranturada davam etdirmiş, 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. Öz elmi axtarışlarını pedaqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan M. Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsərrüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır. M. Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir. Akademik M. Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynamışdır.
Məmmədtağı Dadaşov
Məmmədtağı Dadaşov(Tam adı:Məmmədtağı Teymur oğlu Dadaşov; d.1899, Bakı - ö.?) — Praporşik, dövlət xadimi. 1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi Dadaşov 1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə “Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”. 1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuşdu. Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi İdarəsinə (Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi. 1919-cu il noyabrın 25-dən Balaxanı Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali arasında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs edilmişdir. İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa buraxılmışdı.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Məmmədtağı Əliyev
Məhəmmədtağı Əliyev və ya Məhəmmədtağı Əlizadə (10 yanvar 1858, Şamaxı – 1918, Şamaxı) — ictimai-siyasi xadim, iqtisadçı alim, publisist,Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri. Şamaxı soyqırımında daşnaklar tərəfindən öldürülüb. Məmmədtağı Hacı Əbdüssəməd oğlu 1858-ci il yanvarın 10-da Şamaxı şəhərində anadan olub. 1864-1868-ci illərdə Şamaxıda məhəllə məktəbində, 1868-1874-cü illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə, 1874-1878-ci illərdə isə Bakı real məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə ali təhsil alıb. Burada siyasi və ədəbi fəaliyyətə başlayıb, Həsən bəy Zərdabinin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun Petrovski-Razumovski akademiyasında yaratdığı İmdadiyyə dərnəyinin üzvü olub. "Əkinçi" qəzetində və digər dövri mətbuat orqanlarında məqalələr dərc etdirib. "Əkinçi" qəzetində "Şirvani" təxəllüsü ilə məqalələr yazıb. İxtisasını təkmilləşdirmək üçün Avropaya gedib. Bir il Fransa və Almaniyada yaşayıb, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirib.

məmmədtağı sözünün leksik mənası və izahı

Oxşar sözlər

#məmmədtağı nədir? #məmmədtağı sözünün mənası #məmmədtağı nə deməkdir? #məmmədtağı sözünün izahı #məmmədtağı sözünün yazılışı #məmmədtağı necə yazılır? #məmmədtağı sözünün düzgün yazılışı #məmmədtağı leksik mənası #məmmədtağı sözünün sinonimi #məmmədtağı sözünün yaxın mənalı sözlər #məmmədtağı sözünün əks mənası #məmmədtağı sözünün etimologiyası #məmmədtağı sözünün orfoqrafiyası #məmmədtağı rusca #məmmədtağı inglisça #məmmədtağı fransızca #məmmədtağı sözünün istifadəsi #sözlük