* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər. məzar və fars. …stan] bax qəbiristan. [Xacə Firuz:] Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Ə.Haqverdiyev. Baxışoğlu Həsən məzarıstana getdiyi vaxt öz qulağı ilə Molla Əkbərin ağzından bu sözləri eşitmişdi. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / məzarıstan2 MƏZARISTAN (ölülərin basdırıldığı yer) Gəldi məzarıstana vəsf etdiyi gözəllər (M.Rahim); QƏBİRİSTAN Onlar şenliyə döndülər. Ölən yoldaşı qəbiristana apardılar (M.Hüseyn); QƏBİRİSTANLIQ Yollar, izlər qaralır; Qəbiristanlıq boş qalır (B.Vahabzadə); MƏQBƏRƏ ..Təxt rəvan sürənlər birbaş surxab məhəlləsindəki şairlər məqbərəsinə tərəf gedirdilər (M.S.Ordubadi); MƏQBƏRƏLİK Məqbərəlikdə edirəm gah məkan; Qəbirdə xortdan görürəm, qorxuram (M.Ə.Sabir); MƏZARLIQ Aslan kimi nəzərlə; Göz yetirdi hər yana; Güllük, xarabaydı; Məzarlıqdı kənd tamam (M.Rzaquluzadə); ÖLÜLƏR ÖLKƏSİ (tənt.) Məzanstan... Dəhşətlidir bu ölülər ölkəsi (B.Vahabzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / məzarıstan