MaB sözü azərbaycan dilində

MaB

Yazılış

  • MaB • 52.7778%
  • MAB • 30.5556%
  • mab • 5.5556%
  • Mab • 5.5556%
  • mAb • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)
== “İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB) == Təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan fundamental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram (MFB). Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-nun Baş konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə qədər bu proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın əsas vəzifəsi – dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən proseslərə t əsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar aparmaq, həmçinin bu proseslərin dəyişilməsinin insanın özünə təsirini öyrənməkdir. Proqrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin əsas biomlarına (meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə ətraf mühitə insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis texniki işlər, energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir. Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni suvarma sistemlərinin fəaliyyəti yerlərdə ətraf mühitin müxtəlif komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların çoxtərəfli qiymətləndirilməsi ilə əlaqədar tədqiqatların yerinə yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının yaradılması da MAB-ın diqqət mərkəzindədir. == Xarici keçidlər == Təbiət və insan Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine YUNESKO üzrə “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin əsərlərinin illik nəşri oxuculara təqdim olunmuşdur.
Afrika mabuyaları
Afrika mabuyaları (lat. Trachylepis) — Uzunayaqkimilər fəsiləsinə aid kərtənkələ cinsi. Afrika mabuyaları — uzun quyruğa malik olaraq, orta və iri ölçülərə malik olurlar. Geniş arealda yayılmışlar. Onlara Nepal, şimali Hindistan, Pakistan, şərqi Cənubi Qafqaz (Azərbaycan və Ermənistan), cənubi Türkmənistan və Özbəkistan, Ön Asiya, Yaxın Şərq, Afrika (Böyük Səhra istisnadır), Madaqaskar və onun yaxınlığında yerləşən adalarda rast gəlmək olar. == Klassifikasiya == Əvvələr isə Mabuya cinsinə daxil edilirdi. Cins özündə 74 növü birləşdirir: Trachylepis acutilabris Trachylepis affinis — Seneqal mabuyası Trachylepis albilabris — Qvineya mabuyası Trachylepis angolensis — Anqola mabuyası Trachylepis atlantica Trachylepis aurata — Qızılı mabuya Trachylepis aureopunctata Trachylepis bayonii — Zair mabuyası Trachylepis bensonii — Benson mabuyası Trachylepis betsileana — Malqaş mabuyası Trachylepis binotata Trachylepis bocagii — Tanzaniya mabuyası Trachylepis boettgeri — Bettqer mabuyası Trachylepis boulengeri — Bulanj mabuyası Trachylepis brauni Trachylepis brevicollis — Sudan mabuyası Trachylepis breviparietalis Trachylepis buettneri Trachylepis capensis — Kap mabuyası Trachylepis chimbana — Cənub Anqola mabuyası Trachylepis comorensis Trachylepis depressa Trachylepis dichroma Trachylepis dumasi Trachylepis elegans — Şüx mabuya Trachylepis ferrarai — Cənubi Somali mabuyası Trachylepis gravenhorstii Trachylepis hemmingi — Somali mabuyası Trachylepis hildae — Malavi mabuyası Trachylepis hildebrandtii — Qildenbrand mabuyası Trachylepis hoeschi Trachylepis homalocephala — Hamarbaş mabuya Trachylepis irregularis — Alp mabuyası Trachylepis ivensii Trachylepis lacertiformis Trachylepis laevis Trachylepis lavarambo Trachylepis loluiensis Trachylepis maculata — Ləkəli mabuya Trachylepis maculilabris Trachylepis madagascariensis — Madaqasqar mabuyası Trachylepis makolowodei Trachylepis margaritifera Trachylepis megalura Trachylepis mekuana Trachylepis mlanjensis Trachylepis nancycoutuae Trachylepis nganghae Trachylepis occidentalis — Qərb mabuyası Trachylepis pendeana Trachylepis perrotetii — Porrotet mabuyası Trachylepis planifrons — Efiopiya mabuyası Trachylepis polytropis Trachylepis pulcherrima Trachylepis punctatissima Trachylepis punctulata Trachylepis quinquetaeniata — Ləkəzolaqlı mabuya Trachylepis rodenburgi — Rodenburq mabuyası Trachylepis seychellensis — Seyşel mabuyası Trachylepis socotrana Trachylepis septemtaeniata — Ön Asiya mabuyası Trachylepis sparsa Trachylepis spilogaster Trachylepis striata — Zolaqlı mabuya Trachylepis sulcata Trachylepis tandrefana Trachylepis tavaratra Trachylepis tessellata Trachylepis varia Trachylepis variegata — Dəyişkən mabuya Trachylepis vato Trachylepis vezo Trachylepis vittata — Misir mabuyası Trachylepis volamenaloha Trachylepis wingati == Ədəbiyyat == Ананьева Н. Б., Орлов Н. Л., Халиков Р. Г., Даревский И. С., Рябов С. А., Барабанов А. В. Атлас пресмыкающихся Северной Евразии (таксономическое разнообразие, географическое распространение и природоохранный статус). — СПб.: Зоологический институт РАН, 2004. — С. 78. — 1000 экз.
Bulbophyllum maboroense
Bulbophyllum maboroense (lat. Bulbophyllum maboroense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Danaya (Mabüs)
Danaya Yan Qossart Mabüs tərəfindən antik mədəniyyət mövzusunda yağlı boya ilə palıd ağac lövhəsi üzərində çəkilmiş tablo. Əsərin mövzusu, Arqos çarına kahin tərəfindən agah olur ki, qızının oğlu ondu taxtan devirəcəkdir. Bunu qarşılamaq üçün o, qızı Dayananı zülmətdə dustaq edir. Tanri Zevs Dayananın gözəlliyindən məftun olaraq qızıl yağışa çevrilərək ona qovuşur. Bu əlaqədən dünyaya Persey gəlmiş olur.
Mabruka
Məbrukə (ərəb. مبروكة‎‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Rəsulayn rayonunun Rəsulayn nahiyəsində qəsəbə. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Qəsəbə 2015-ci ilin may ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirmişdir. == Coğrafiya == Məbrukə Suriyanın Türkiyə ilə olan sərhədindən 11 kilometr (6.8 mil) cənubda, Təll-Abyad şəhərindən 73 kilometr (45 mil) şərqdə, Əl-Həsəkə şəhərindən 90 kilometr (56 mil) şimal-qərbdə, Raqqa şəhərindən isə 104 kilometr (65 mil) şimal-şərqdə yerləşir yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbə əhalisinin əksəriyyətini ərəblər təşkil edir.
Mabul adası
Mabul adası (malay Pulau Mabul) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Ligitan arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adanın sahəsi 0,21 km² təşkil edir. 1999-ci il məlumatına görə adada 2000 nəfər yaşayır. Həmcinin məşhur dəniz istirahət məkanıdır. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafi terləşməsi === Adanın coğrafi koordinatları — 4°14′45″ şm. e. 118°37′52″ ş. u. Sulavesi dənizinin cənib-şərqində, Kalimantan adasından şərqdə (ən yaxın məsafə 15 km təşkil edir.) yerləşir.
Qabriel Bonno de Mabli
Qabriel Bonno de Mabli (fr. Gabriel Bonnot de Mably; 14 mart 1709, Qrönobl, Fransa — 2 aprel 1785, Paris, Fransa) — fransız filosof, tarixçi və yazıçı; Abbé de Mabli adı ilə də tanınır. Qısa müddət ərzində diplomatik korpusda xidmət edib. O, XVIII əsrin tanınmış yazıçısıdır. == Həyatı == Qabriel Bonno de Mabli zadəgan ailəsində anadan olmuş və dini təhsil almışdır. Ruhani olmaqdan imtina edərək antik ədəbiyyat, tarix və fəlsəfəni öyrənməklə məşğul olmuşdur. Tarix, beynəlxalq hüquq, əxlaq və siyasət haqqında bir çox əsərlər yazmışdır. Onun siyasi və hüquqi təlimi Russo və Morellinin nəzəriyyələrinin təsiri altında formalaşmışdır.
Qızılı mabuya
Qızılı mabuya (lat. Trachylepis aurata) — Afrika mabuyaları cinsinə aid növ. рода == Xariçi görünüş == Orta ölçüyə malik olan kərtənkələ olaraq 10,5 sm uzunluğa və 21 q çəkiyə malikdir. Quyruğu çox qısadır. Dərisi inçə və hamardır. Yuxarı hissəsi qəhvəyi-boz və ya brünc rəngdə olur. Aşağı hissəsi isə sarıya çalan ağ və sarı rəngdə olur. Quyruğu isə mavi-sarı rəngə çalır. == Həyat tərzi == Əsasən dağlıq ərazilərdə yayılmışdır. Onlar qayalıqlar və daşlıqlarda məskən salır.
Senecio mabberleyi
Senecio mabberleyi (lat. Senecio mabberleyi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Ön Asiya mabuyası
Ön Asiya mabuyası (lat. Trachylepis septemtaeniatus) — Afrika mabuyaları cinsinə aid növ. == Təsviri == Qulaq dəliyi burun dəliyindən iridir. Qulaq dəliyinin ön kənarında hər birində 2–3 ədəd pulcuq yerləşir. Belin və boyunun ön tərəfindəki pulcuqlarda zəif inkişaf etmiş qabırğacıqlar olur. Belin və boyunun ön hissəsindən başlayaraq alt tərəfin köndələn pulcuqlar sırası ilə örtülmüşdür. Arxa ətrafın dördüncü barmağının alt hissəsində 16–22 barmaqaltı lövhəcik yerləşir. Bədənin üstü boz, qonur-boz, qonur və ya tutqun-qonur rəngdə olub, qızılı çalara malikdir. Boyundan başlayaraq bel tərəf boyunca 4, qonur və yaxud qara-qonur zolaq keçir, bəzən isə bədənin ikinci yarısında bu zolaqlar olmur. Bədənin alt tərəfi bozumtul və ya sarımtıl rəngdə olub, xalsızdır.
Mabel Matiz
Fatih Karaca (31 avqust 1985, Mersin) və ya Mabel Matiz, türk müğənnisi və söz yazıçısıdır. Onun səhnə adı "Kumral Ada Mavi Tuna" romanındakı "Tuna" obrazının "Mabel" ləqəbi ilə qədim yunanca "çox sərxoş, sevən insan" mənasını verən matiz sözünün birləşməsindən yaranıb. == Həyatı == Fatih Karaca, 31 avqust 1985-ci ildə Mərsinin Erdemli rayonunun Tömük qəsəbəsində evdar qadın Maya Karaca ilə yük maşını sürücüsü və Kipr Veteranı Ali Karacanın ilk övladı olaraq anadan olub. Uşaqlıqda güclü kəkələmə, özünü ifadə edə bilməməsi onu yazmağa həvəsləndirmiş və bu vəziyyət onu musiqiyə, ədəbiyyata, müğənniliyə apararaq yeni ifadələr axtarmağa vadar etmişdi. O, uşaqlıq illərini Erdemlidə keçirmiş, burada musiqi baxımından ona çox töhfə verdiyini bildirmişdir. Uşaqlıq və gənclik illərində əsasən 80–90-cı illərin türk pop musiqisini dinləyib. Bu dövrlərdə ən çox dinlədiyi mahnı Sezen Aksunun "Şinanay" mahnısı olub. O, orta məktəbin 2-ci kursunda oxuyarkən (2001–2002) Yunus Emrenin həyatından bəhs edən teatr tamaşasında baş rol oynayıb və bu tamaşaya hazırlıq sayəsində bir il onun kəkələməsinə nəzarət etməyi öyrənib. Universitet təhsilini 2003–2008-ci illərdə İstanbul Universiteti Diş Həkimliyi Fakültəsində almışdır. İlk musiqi təhsilini universitet illərində etdi və 2005-ci ildə tibb fakültəsindən dostu Duyğu Has ilə akustik duet sayıla biləcək cover qrupunu qurdu.
Vinis Mabansaq
Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır. == Bioqrafiya == Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur. Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır. Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2010 •••• 0.09
2011 •••••••••••••••••••• 0.51
2016 •••••••••••••••••••• 0.52

"mab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mab nədir? #mab sözünün mənası #mab nə deməkdir? #mab sözünün izahı #mab sözünün yazılışı #mab necə yazılır? #mab sözünün düzgün yazılışı #mab leksik mənası #mab sözünün sinonimi #mab sözünün yaxın mənalı sözlər #mab sözünün əks mənası #mab sözünün etimologiyası #mab sözünün orfoqrafiyası #mab rusca #mab inglisça #mab fransızca #mab sözünün istifadəsi #sözlük