Macarıstanda sözü azərbaycan dilində

Macarıstanda

Yazılış

  • Macarıstanda • 99.8044%
  • macarıstanda • 0.0978%
  • MACARISTANDA • 0.0978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Macarıstanda din
Macarıstanda din — Macarıstanda ən çox yayılmış dini istiqamət katoliklikdir; 2001-ci il milli siyahıyaalınmasına əsasən, 5.558.901 nəfər və ya ölkənin ümumi əhalisinin 54,5%-i özlərini katolik hesab edir. Macarıstanın katolik əhalisinin əksəriyyəti Latın ayininə mənsubdur, 268 935 nəfər (əhalinin 2,6%-i) yunan katolikləri kimi təsnif edilir. İkinci ən çox yayılmış məshəb protestantlıqdır (əsasən Kalvinizm). Protestantlar ölkə əhalisinin 19,5%-ni təşkil edir. Protestantlıq tarixi səbəblərdən ən çox ölkənin şərqində (xüsusilə Debrecen bölgəsində) geniş yayılmışdır. Macarıstan protestantlarının 90%-dən çoxu kalvinistlərdir, üstəlik lüteranlar, baptistlər və s. vardır. Dini azlıqlar arasında pravoslavlar (əsasən etnik serblər, rumınlar, ukraynalılar və rutenlər), yəhudilər, müsəlmanlar və s. var. Katoliklik və protestantlıqla əlaqəli olmayan dinlərin ardıcıllarının sayı ümumilikdə 0,5%-dən çox deyil.
Macarıstanda qadınlar
Macarıstan qadınları xüsusilə son 200 ildə Macar cəmiyyətinin formalaşmasında böyük rol oynadılar. Macarıstan qadının imicinin meydana gəlməsinə qatqılar din (Roma katolikizmi, lüteranlıq, kalvinizm və qismən pravoslav), tarixin (kommunist ideologiyasının) gedişi və Macarıstanın Avropaya inteqrasiyası yolu ilə edildi. Hal-hazırda Macarıstan gender bərabərsizliyi indeksi üzrə 42-ci yeri tutur; qadınlar Macarıstan parlamentində orta hesabla 10,1% yer tutur; 25 yaşı olan qadınların 93,2% -i orta təhsilli, 57,8% -i isə rəsmi olaraq işləyir. Qlobal Cins Gap Hesabatı sıralamasında Macarıstan 87'ci sırada qərarlaşıb. == I Dünya müharibəsindən əvvəl == 1817-ci ildə, Macarıstanda, ilk qadın təşkilatı olan Peshtera Qadın Xeyriyyə Cəmiyyəti yaradılmışdır. Əsrin sonuna qədər ölkədə bir neçə yüz belə təşkilat var idi ki, onların siyasi çəkisi formalaşmamışdı. XIX əsrin ortalarında qadınlar orta təhsil almaq hüququ əldə etmiş, 1895-ci ildə isə universitetlərdə fəlsəfə, səhiyyə və dərman preparatları öyrənməyə icazə verilmişdir. Hüquq müdafiəçiləri Avstriya-Macarıstanda qadınların hüquqlarını genişləndirdilər. 1904-cü ildə Rozika Schwimmer, Macarıstanda Feminist Birliyi quraraq, qadınlara seçmə hüquqlarının verilməsi üçün üç dəfə parlamentə uğursuz müraciət təqdim etdi. Qadınların səsvermə hüququ üçün, 1910-cu ildə kişilərin liqası, 1913-cü ildə isə Suffragemets Beynəlxalq Qadınlar İttifaqının VII qurultayı Budapeştdə keçirilmişdir.
Macarıstanda turizm
Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. == Budapeştdə turizm == Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. == Məktəbəqədər təhsil == == Məktəb təhsili == == Ali təhsil == Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. === Tanınmış universitetlər === Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
Macarıstanda islam
Macarıstanda islam — 10-cu əsrə qədər uzanan uzun bir tarixə malikdir. İslamın təsiri xüsusilə Macarıstanın Osmanlı ərazisinə çevrildiyi 16-cı əsrdə özünü göstərir. Macarıstanda müsəlman əhalisi təxminən 5000 nəfərdir. == Müsəlmanlara qarşı qanunlar == 11-ci əsrdə Müqəddəs Ladislaus və daha sonra Koloman qeyri-xristianlara qarşı qanunlar qəbul etdi. Bu qanunlar İslamı sıxışdıraraq müsəlmanları donuz əti yeməyi, kilsəyə getməyi, evlənməyi və cümə günlərini qeyd etməyi qadağan edirdi. Coloman qanunlarından bəziləri bunlardır: Əgər oruc tutanda, yemək yeyəndə və ya donuz ətindən çəkinəndə müsəlmanları görən şəxs onları yaxalayaraq padşahın yanına göndərməli və məhkəməyə verməlidir. Sonradan həmin şəxs onların malından pay almalıdır. Biz bütün İsmailiyyə kəndlərinə kilsə tikib maliyyələşdirməyi əmr edirik. İsmaililər qızlarını öz millətinə deyil, yalnız bizim millətə ərə verməlidir. Əgər İsmayılın qonağı olarsa və ya kimisə yeməyə dəvət edərsə, o, bütün qonaqları ilə yalnız donuz əti yeməlidir.
Macarıstanda Qırmızı terror
Macarıstanda Qırmızı Terror (mac. vörösterror) — 1919-cu ildə yaradılmış olan Macarıstan Sovet Respublikasının dörd ay davam etmiş hakimiyyəti dövründə antikommunist şəxslərə tətbiq edilən qırmızı terror. Sovet Rusiyasında həyata keçirilmiş olan Qırmızı terror ilə həm məqsəd, həm də təsir baxımından eyni olduğuna görə eyni ad ilə adlandırılmışdır. Qısa bir zaman sonra Rusiyada olduğu kimi kommunistlərə qarşı ağ terror başladılmışdır. == Tarixi == İqtidara gələn Kommunistlər, iqtidara gəlmələrindən iki ay sonra Macarıstanın sərhədlərini Birinci Dünya müharibəsindən əvvəlki halına qaytarmağa çalışdılar. Birinci olaraq Çexoslovakiyaya girdilər. Slovakiyaya girərək burada Slovak Sovet Respublikası adlı dövlət yaratdılar. Hücumun uğursuz olmasından sonra Rumıniyaya aid olan, ancaq Macar əhalinin üstünlük təşkil etdiyi Transilvaniyayı geri almaq üçün hücuma başladılar. Ancaq bu hücumda uğursuzluğa düçar oldu. Bu uğursuzluqlar xalqın kommunistlərə olan dəstəyinin azalmasına səbəb oldu.
Macarıstanda ağ terror
Macarıstanda ağ terror (mac. fehérterror) əks inqilabçılar tərəfindən həyata keçirilmiş repressiya və zorakılıqla müşahidə edilmiş Macarıstan tarixinin iki illik bir dövrünü (1919–1921) əhatə etmişdir. Qısa ömürlü Macarıstan Sovet Respublikasını dəstəkləyənləri, yeni hökumətin müxalifətini əzmək və kommunistlərin Macarıstanda həyata keçirmiş olduqları Qırmızı terrora cavab məqsədilə edilmişdir. Ağ terrorun qurbanlarının çoxu yəhudilər olmuşdur. Bu terror zamanı on minlərlə insan mühakiməsiz həbs edilmiş 1.000 nəfərə qədər insan öldürülmüşdür. == Arxa plan == Birinci dünya müharibəsinin axırında Macarıstan dövlətinin siyasi quruluşu sürətli və köklü dəyişikliklərə məruz qaldı. Macarıstanın güclü bir parçası olduğu Avstriya-Macarıstan İmperiyası müharibədə məğlub olmuş və dağılmışdır. Qalib Antanta dövlətləri bölgəni ələ keçirmək və buranı Serb-xorvat-sloven dövləti, Çexoslovakiya, Rumıniya Krallığı arasında bölmək üçün əməli addımlar atmağa başladılar. Bunun nəticəsində Macarıstan torpaqlarının üçdə iki hissəsindən və əhalisinin üçdə bir hissəsindən məhrum edildi. Müharibədən sonra mövcud sosial-iqtisadi xarakterli üsyanlar ilə birgə baş vermiş bu itkilər bir çox macarda güclü bir təhqir edilmə və nifrət hissi yaratmışdır.Belə bir mürəkkəb vəziyyətdə ölkənin və millətin yeni stabil bir hökumət yaratmaq cəhdləri uğursuz oldu.
Macarıstanda bərpa olunan enerji
Macarıstan Avropa İttifaqının üzvüdür və bərpa olunan enerji payını artırmaq üçün AB strategiyasında iştirak edir. 2009-cu ildə Aİ-də 2020-ci ilədək 20% paya malik olan Bərpa olunan Enerji üzrə Avropa Direktivi qəbul edilmişdir. 2030-cu ilə qədər külək enerjisi, AB-də orta hesabla 26-35% elektrik istehsal etməli və yanacaq xərclərinin qarşısını almaq üçün Avropaya illik 56 milyard avro qənaət etməlidir. 2020-ci ilə qədər, Macarıstanın alternativ enerji mənbələrindən əldə edilən elektrik enerjisinin 14,7% -ə çatması gözlənilir (əsas hədəf 13% -dən yüksəkdir). Hal hazırda, Macarıstan Aİ-də bərpa olunan enerji mənbələrinin ən kiçik payı (11%) olan ölkədir (6% bioloji mənbə və 3% külək enerjisindən istifadə edir). 2015-ci ildə bərpa olunan enerjinin payı 10,5% -ni təşkil edirdi və bura bərpa olunan enerji mənbələrinin 52% -i bioloji, 22% külək, 7% su , günəş enerjisi 3% daxil idi. == Külək enerjisi == Proqnozlara görə, 2010-2020-ci illərdə Macarıstanda külək enerjisi stansiyalarının yaratdığı güc 400 MVt artmışdır. 2010-cu ilin sonunda küləyin elektrik enerjisi 295 MVt idi. 2016-cı ildə Macarıstan hökuməti yeni külək enerjisi generatorlarının quraşdırılmasını qadağan etdi. Ölkədəki külək elektrik stansiyalarının mövcud gücü 329 MVt təşkil edir.
Macarıstanda 1848-ci il inqilabı
Macarıstanda 1848-ci il inqilabı — (mac. 1848–49-es forradalom és szabadságharc) Avropada baş verən 1848-ci il inqilablarından biri olmaqla yanaşı Habsburq imperiyasının ərazisində baş verən digər inqilablarla da yaxından əlaqəlidir. 1848-ci ildə başlayan bu inqilab getdikcə Avstriya imperiyası ilə müharibəyə çevrilmişdi. İnqilabın liderləri Layoş Koşut, Şandor Petöfi, İştvan Seçeni və Josef Bern olmuşdur. == İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət == XVIII əsrin son onilliyində zadəgan hrəkatı qismən də burjua maraqlarını təmsil edirdi. Lakin tezliklə XVIII əsrin sonu fransız burjua inqilabı və bunun davamı kimi kəndli hərəkatı, Habsburq imperiyasına daxil olan xorvatlar, srblər, rumınlar və digər xalqlarlın güclənmiş milli azadlıq hərəkatının yayılmasından qorxuya düşmüş iri Macar zadəganları, Vena sarayı ilə ittifaqa girdilər. Yalnız az saylı zadəgan və ziyalılar qrupu burjua islaatlarının keçirilməsini, təhkimçilik hüququnun ləğvini tələb edir, ölkənin müstəqilliyinin bərpasına və respublika elan edilməsinə çalışırdılar. Lakin onların hərəkatı xalq kütlələrinin hərəkatı ilə bağlı deyildi, qiyam xarakteri daşıyırdı. 1794-cü ildə İ. Martinoviçin rəhbərlik etdiyi yakobinçi təşkilatları aşkar edildi və 1795-ci ildə nümayəndələri edam edildi. Macar yakobinçilərinin fəaliyyəti macar tarixçilərinin və ictimai fikir nemayəndələrinin diqqətini cəlb edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.07 dəfə / 1 mln.
2003 ••••• 2.36
2004 •••••••••••••• 7.75
2005 ••••••••••••••••••• 10.80
2006 •••••••••••••••••••• 11.26
2007 ••••••••••• 5.92
2008 ••••••••••••••••• 9.50
2009 ••••••••••••• 7.20
2010 ••••••••••••••••••• 10.71
2011 ••••••••••••••• 8.41
2012 •••••••••••••••••••• 11.44
2013 ••••••••••• 6.13
2014 •••••••••••• 6.35
2015 ••••••• 3.91
2016 •••••• 2.95
2017 •••••••• 4.23
2018 ••••••• 3.90
2019 ••••••••• 4.59
2020 •••••••••• 5.17

"macarıstanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#macarıstanda nədir? #macarıstanda sözünün mənası #macarıstanda nə deməkdir? #macarıstanda sözünün izahı #macarıstanda sözünün yazılışı #macarıstanda necə yazılır? #macarıstanda sözünün düzgün yazılışı #macarıstanda leksik mənası #macarıstanda sözünün sinonimi #macarıstanda sözünün yaxın mənalı sözlər #macarıstanda sözünün əks mənası #macarıstanda sözünün etimologiyası #macarıstanda sözünün orfoqrafiyası #macarıstanda rusca #macarıstanda inglisça #macarıstanda fransızca #macarıstanda sözünün istifadəsi #sözlük