macenta sözü azərbaycan dilində

macenta

Yazılış

  • macenta • 60.0000%
  • Macenta • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

macenta sözünün etimologiyası

  • 1 XIX əsrin ortalarında Avstriya-Macarıstanın nəzarətində olan İtaliya ayrı-ayrı xırda dövlətlərə bölünmüş vəziyyətdə idi. Ancaq ölkənin bütövlüyü və müstəqilliyi uğrunda hərəkat güclənirdi. İtaliya ərazisində az-çox inkişaf etmiş və yeganə müstəqil dövlət isə ölkənin şimal-qərbində yerləşən Sardiniya idi. Məhz bura müstəqillik uğrunda hərəkatın mərkəzinə çevrildi. Fransa imperatoru III Napoleon özünü İtaliyanın himayəçisi və xilaskarı gördüyündən Sardiniyaya yardım etməyə razılıq verdi. 1859-cu ildə birləşmiş Fransa–İtaliya ordusu Sardiniya sərhədlərindən şərqdə, Macenta şəhəri ətrafında Avstriya qoşunları ilə üz-üzə gəldi. Birləşmiş ordu iyunun 4-də orada böyük qələbə qazandı. Həmin dövrlərdə kimyagərlər ilk süni boyalar yaratmağa başladılar. 1859-cu ildə fransız kimyaçıları gözəl tünd-qırmızı boya əldə etdilər. Macenta ətrafındakı döyüşün şərəfinə həm boya, həm də rəng macenta adlandırıldı. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / macenta

Oxşar sözlər

#macenta nədir? #macenta sözünün mənası #macenta nə deməkdir? #macenta sözünün izahı #macenta sözünün yazılışı #macenta necə yazılır? #macenta sözünün düzgün yazılışı #macenta leksik mənası #macenta sözünün sinonimi #macenta sözünün yaxın mənalı sözlər #macenta sözünün əks mənası #macenta sözünün etimologiyası #macenta sözünün orfoqrafiyası #macenta rusca #macenta inglisça #macenta fransızca #macenta sözünün istifadəsi #sözlük