Machinarium
Maşınarium (ing. Machinarium) — macəra janrında olan və Amanita Design studiyası tərəfindən hazırlanmış videooyunu. Oyun 16 oktyabr 2009-cu ildə Microsoft Windows, Mac OS X və Linux üçün buraxılmışdır. PC və Mac üçün demo versiyalar 30 sentyabr 2009-cu ildən artıq mövcud idi. Oyun sonradan Wii platforması üçün də çıxıb.
== Geympley ==
Machinarium-un əsas oyun forması sirli və məntiqli ssenari addımıdır. İndi oyunlar arasında onu fərqləndirən ən böyük xüsusiyyətlərindən biri, oyunun xüsusi ab-havada olması və yalnız "əlinin çatdığı" obyektlərə təsir etmə qabiliyyətinə malik olmasıdır.
Machinarium-un başqa fərqləndirici cəhətləri ondadır ki, oyun prosesi zamanı heç bir dialoq və ya yazı yoxdur. Baş qəhrəman heç vaxt danışmır. Oyunda bunun əvəzi olaraq mexaniki səslər, fikir buludları və sair çıxır.