Maday sözü azərbaycan dilində

Maday

Yazılış

  • Maday • 66.6667%
  • maday • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Maday dili
Midiya dili və ya Maday dili – midiyalıların dili. Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, Bəluc və Kürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu deyilir. == Tədqiqi == Çox az sözün tədqiq edilməsiylə Midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına rəğmən bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir. Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur. Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan istifadə etmələri də məlum deyildir. Midiya ərazisindən yalnız erkən Əhəməni dövrünə aid bir kitabə aşkarlanmışdır. Həmin kitabə e.ə. VIII əsrə aid olub akkad dilində tərtib edilmişdir və kitabədə Midiya adları və sözləri istifadə edilməmişdir.Digər qədim dillərdən fərqli olaraq Midiya dilinin müxtəlif mərhələlərdə dəyişdiyini izləmək mümkün olmuşdur. E. ə.
Maday dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə.
Maday imperiyası
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə.
Maday (Yafətin oğlu)
Maday (ivr. ‏מָדַי‏‎ [maˈdaj], yun. Μηδος [mɛːˈdos]) — İvrit Müqəddəs Kitabının Yaradılış Kitabında Nuhun 16 nəvəsindən biridir. Bibliya alimləri ümumiyyətlə Madayı, daha sonralar qeyd olunan Madaylarla eyni biliblər. İosif Flavi və ondan sonrakı yazıçılar, Midiyalıları onun nəslindən hesab edirdilər, həm Assur, həm də İbrani mənbələrində də Maday kimi tanınırdılar. Daha müasir dövrdə bəzi alimlər Mitanni, Maday (Matiene) və Manna kimi müxtəlif əvvəlki xalqlarla da əlaqə yaratmağı təklif etdilər. Jubilees Kitabına görə (10: 35-36), Maday Şem adlı bir qızıla evləndi və Qara dənizin kənarında Yafətin mirasında yaşamaqdansa, Şem nəsilləri arasında yaşamağı üstün tutdu; Beləliklə, qardaşı Elam, Aşşur və Arfaksada yalvardı ki, sonunda, onun adını daşıyan ərazi - Midiyan aldı.
Madaylar
Midiyalılar, madalılar, və ya medlər — e.ə. IX–VII əsr aşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda – təqribən, indiki Zəncan–Həmədan, Qəzvin–Tehran zonasında, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmış xalq. Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi.Midiyalılar haqqında ilk məlumat e.ə 9 əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amadai, madai, matai (aşur), maday (qədim yəhudi), maktape ( yeni elam) mada (qədim fars) medoi (qədim yunan medoi; müqaysə et. Kipr mənbələrindəki "madoi"la) medi (latın), mark (qədimi erməni) adları ilə məlumdurlar. Bu adların hamısı nəticə etibarilə Midiyanın etnonimi "mada"dan yaranmışdır. Etimoligiyası dəqiqləşdirilməsə də yəqin ki, mütəxəssislərin hesab etdiyi kimi həmin ad İran mənşəlidir. Midiya tayfaları İran yaylasına e.ə.2- ci minilliyin sonu-1-ci minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. Herodomun (e.ə 5 əsr) mə1lumatına görə Midiyalılar altı tayfadan (buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlar) ibarət idilər. Ehtimal ki, Midiya tayfaları daha çox olub.
Madayların şəxs adları
Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları. Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.A m a k a r (er. əv. 820-ci il). Ehtimal ki, şumer dilində ama – ana və kar – qiymətli, yaxud gar –yerləşdirmək, yerinə qoymaq sözlərindən ibarətdir. Ad Ana (ilahə ana) qiymətlidir, yaxud Ana (ilahə ana) yerinə qoydu mənasında teofor addır.

Oxşar sözlər

#maday nədir? #maday sözünün mənası #maday nə deməkdir? #maday sözünün izahı #maday sözünün yazılışı #maday necə yazılır? #maday sözünün düzgün yazılışı #maday leksik mənası #maday sözünün sinonimi #maday sözünün yaxın mənalı sözlər #maday sözünün əks mənası #maday sözünün etimologiyası #maday sözünün orfoqrafiyası #maday rusca #maday inglisça #maday fransızca #maday sözünün istifadəsi #sözlük