Madayla sözü azərbaycan dilində

Madayla

Yazılış

  • Madayla • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Madaylar
Midiyalılar, madalılar, və ya medlər — e.ə. IX–VII əsr aşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda – təqribən, indiki Zəncan–Həmədan, Qəzvin–Tehran zonasında, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmış xalq. Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi.Midiyalılar haqqında ilk məlumat e.ə 9 əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amadai, madai, matai (aşur), maday (qədim yəhudi), maktape ( yeni elam) mada (qədim fars) medoi (qədim yunan medoi; müqaysə et. Kipr mənbələrindəki "madoi"la) medi (latın), mark (qədimi erməni) adları ilə məlumdurlar. Bu adların hamısı nəticə etibarilə Midiyanın etnonimi "mada"dan yaranmışdır. Etimoligiyası dəqiqləşdirilməsə də yəqin ki, mütəxəssislərin hesab etdiyi kimi həmin ad İran mənşəlidir. Midiya tayfaları İran yaylasına e.ə.2- ci minilliyin sonu-1-ci minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. Herodomun (e.ə 5 əsr) mə1lumatına görə Midiyalılar altı tayfadan (buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlar) ibarət idilər. Ehtimal ki, Midiya tayfaları daha çox olub.
Madayların şəxs adları
Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları. Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.A m a k a r (er. əv. 820-ci il). Ehtimal ki, şumer dilində ama – ana və kar – qiymətli, yaxud gar –yerləşdirmək, yerinə qoymaq sözlərindən ibarətdir. Ad Ana (ilahə ana) qiymətlidir, yaxud Ana (ilahə ana) yerinə qoydu mənasında teofor addır.

Oxşar sözlər

#madayla nədir? #madayla sözünün mənası #madayla nə deməkdir? #madayla sözünün izahı #madayla sözünün yazılışı #madayla necə yazılır? #madayla sözünün düzgün yazılışı #madayla leksik mənası #madayla sözünün sinonimi #madayla sözünün yaxın mənalı sözlər #madayla sözünün əks mənası #madayla sözünün etimologiyası #madayla sözünün orfoqrafiyası #madayla rusca #madayla inglisça #madayla fransızca #madayla sözünün istifadəsi #sözlük