maddələrin sözü azərbaycan dilində

maddələrin

Yazılış

  • maddələrin • 99.5720%
  • Maddələrin • 0.3653%
  • MADDƏLƏRİN • 0.0626%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Psixoaktiv maddələrin rekreativ istifadəsi
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi. Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir. Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır. Bir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Qeyri-metal mineral maddələrin istehsalı
Qeyri-metal mineral maddələrin istehsalı — bu sahədə sement, yığma dəmir-beton konstruksiyalar, hörmə üçün hazır beton qarışığı, tikinti şüşəsi, asfalt, tikinti kərpici və s. materialların istehsalı ilə məşğul olan, 6,6 min nəfərin çalışdığı 227 müəssisə fəaliyyət göstərir və sahənin əsasını tikinti materialları istehsalı təşkil edir. 1913-cü ildə sənayenin ümumi məhsulunda tikinti materiallarının xüsusi çəkisi 0.24% id',. Bu dövrdə Bakıdakı bütün tikililərin 90%-i Abşerondakı karxanalardan çıxarılan mişar daşından inşa olunuıdu. 1912-ci ildə 220-yə qədər xırda miiəssisə 0,2 mln. ədəd kərpic istehsal etmişdi. Neft sənayesinin dəgüclü inkişafı sementə tələbatı xeyli artırırdı. 1906 ildə Bakının Keşlə kəndi yaxmlığında Cənubi Qafqazda ilk sement zavodu istifadəyə verildi. Mişar daşı, kərpic, sement istehsal edən müssisələrlə yanaşı. Bakıda “Gipsolit” » zavodu (1890), asbest-sement piltə zavodu(“Eternit", 1910), taxta-şalban müəssəsi (1898) fəaliyyət göstərsə də, Azərbaycanın tikinti materiallarına olan ehtiyacı ödənmirdi.
Üzvi maddələrin bitki orqanizmində hərəkəti
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.

"maddələrin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maddələrin nədir? #maddələrin sözünün mənası #maddələrin nə deməkdir? #maddələrin sözünün izahı #maddələrin sözünün yazılışı #maddələrin necə yazılır? #maddələrin sözünün düzgün yazılışı #maddələrin leksik mənası #maddələrin sözünün sinonimi #maddələrin sözünün yaxın mənalı sözlər #maddələrin sözünün əks mənası #maddələrin sözünün etimologiyası #maddələrin sözünün orfoqrafiyası #maddələrin rusca #maddələrin inglisça #maddələrin fransızca #maddələrin sözünün istifadəsi #sözlük