makiavellisayağı sözü azərbaycan dilində

makiavellisayağı

Yazılış

  • makiavellisayağı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

makiavellisayağı sözünün etimologiyası

  • 1 XV və XVI əsrlərdə İtaliya eyni zamanda daim bir-biri ilə müharibə edən kiçik dövlətlərə bölünmüş vəziyyətdə idi. Ondan fərqli olaraq artıq birləşib güclü dövlətlərə çevrilmiş qonşuları isə asanlıqla bir italyan dövlətini qızışdırıb o birinin üstünə sala bilirdi. Bütün olub-keçənləri Florensiyada doğulmuş dahi italiyalı Nikkolo Makiavelli kədərlə izləyirdi. Mahir diplomat Florensiyada baş vermiş siyasi çevrilişdən sonra istefaya getməyə məcbur qalmışdı. İndi o, bütün vaxtını siyasətin xüsusi bir sənət olduğu haqda əsərlərinə sərf etmək imkanı qazanmışdı. Bu əsərlərində Makiavelli dövləti necə idarə etmək lazım olduğu haqda öz fikirlərini bölüşürdü. Özünün xeyirxah, saf və təmiz bir insan olmasına baxmayaraq, o, etiraf edirdi ki, dövlət başçıları ağır dövrlərdə, reallıq nə qədər amansız olsa da, ona uyğun hərəkət etməlidirlər. Makiavellinin ölümündən iyirmi il sonra Florensiya şahzadəsi Yekaterina Mediçi Fransa kraliçası oldu. Bu kraliçanın fitnə-fəsad sahəsindəki istedadı çoxlarına onu Makiavellinin prinsipləri ilə hərəkət etməkdə təqsirləndirməyə əsas verdi. Bu, Makiavelliyə qarşı böyük ədalətsizlik idi, ancaq o vaxtdan “makiavellisayağı” kəlməsi “bic”, “əqidəsiz”, “yalançı” sözlərinin sinoniminə çevrildi. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / makiavellisayağı

Oxşar sözlər

#makiavellisayağı nədir? #makiavellisayağı sözünün mənası #makiavellisayağı nə deməkdir? #makiavellisayağı sözünün izahı #makiavellisayağı sözünün yazılışı #makiavellisayağı necə yazılır? #makiavellisayağı sözünün düzgün yazılışı #makiavellisayağı leksik mənası #makiavellisayağı sözünün sinonimi #makiavellisayağı sözünün yaxın mənalı sözlər #makiavellisayağı sözünün əks mənası #makiavellisayağı sözünün etimologiyası #makiavellisayağı sözünün orfoqrafiyası #makiavellisayağı rusca #makiavellisayağı inglisça #makiavellisayağı fransızca #makiavellisayağı sözünün istifadəsi #sözlük