Malatya sözü azərbaycan dilində

Malatya

Yazılış

  • Malatya • 98.5560%
  • MALATYA • 0.7220%
  • malatya • 0.7220%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. == Tarixi == 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi.1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi. Ağqoyunlu ordusunun sayı 70 min, Osmanlıların sayı isə 100 min təşkil edirdi.
Malatya ili
Malatya ili — Türkiyədə il. == Əhalisi == Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. == Kənd təsərrüfatı == Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. == Malatyalı məşhurlar == Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Malatyalı Mehmed Paşa
Malatyalı Mehmed Paşa (1714, Malatya, Osmanlı imperiyası – 7 aprel 1784) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 7 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == İndiki Malatyanın tabeliyindəki Darəndədə, bölgənin məşhur Cəbəcizadələr ailəsinə mənsub Mahmud ağanın oğlu olaraq 1714-cü ildə dünyaya gəldi. Digər yandan müxtəlif əyalətlərdə xidmət etmiş Darəndəli Sarı Əbdürrəhman Paşa da əmisi idi. Bu səbəblə gənc yaşlarından etibarən əmisinin fəaliyyət göstərdiyi əyalətlərdə onunla birlikdə xidmət etmişdir. Əmisinin Sivas hakimliyi dönəmində etdiyi müraciət nəticəsində 7 may 1757-ci ildə qapıçıbaşı təyin edilərək saray mühitinə daxil oldu. 1759-cu ildə Niğdə, 1765-ci ildə Gümüşxana əyalətlərinə təyin edildi. Niğdədə tanış olduğu Silahdar Mehmed ağa (daha sonra sədarətə gələn Qaravəzir Mehmed Paşa) vasitəsilə 20 dekabr 1776-cı ildə qapıçıbaşılıqdan sədarət kəndxudalığına gətirildi. Krım məsələsindəki çəkişmələr nəticəsində uzun illər dövlət xidmətində olmuş birinin sədarətə gətirilməsi düşüncəsiylə Dərviş Mehmed Paşanın yerinə 5 yanvar 1777-ci ildə vəzir rütbəsiylə sədarətə gətirildi. Yeni sədrəzəm ilk öncə yeniçəri ağalığı və kəndxudalıq kimi mühüm vəzifələrdə dəyişiklik edərək idarəetməni ələ almağa çalışdı. Rusların dəstəyilə Krım xanı olan Şahin Gəraya qarşı Hotin, Bəndər və İsmayıl qalalarına ərzaq və silah tədarükü göndərərək sərhəd boyunca ruslara qarşı hərbi tədbirlər gördü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.99 dəfə / 1 mln.
2004 ••• 0.34
2007 •••••• 0.63
2008 ••• 0.24
2009 ••• 0.32
2010 •••••• 0.64
2011 •••••••••• 1.03
2012 ••••••••••••••• 1.63
2013 •••••••••••••••••••• 2.19
2014 •••••••••••••• 1.54
2015 ••••• 0.51
2016 •••••••••• 1.04
2017 •••••••• 0.81
2018 ••• 0.30
2019 ••••••••••••• 1.39
2020 •••••••••••••••••••• 2.25

Oxşar sözlər

#malatya nədir? #malatya sözünün mənası #malatya nə deməkdir? #malatya sözünün izahı #malatya sözünün yazılışı #malatya necə yazılır? #malatya sözünün düzgün yazılışı #malatya leksik mənası #malatya sözünün sinonimi #malatya sözünün yaxın mənalı sözlər #malatya sözünün əks mənası #malatya sözünün etimologiyası #malatya sözünün orfoqrafiyası #malatya rusca #malatya inglisça #malatya fransızca #malatya sözünün istifadəsi #sözlük