Malein anhidridi
Malein anhidridi (sis-etilen-1,2-dikarbon turşusunun anhidridi) – formulu C4H2O3 olan üzvi birləşmədir. Təmiz halda ağ rəngli, romb şəkilli şəbəkəli, kristal maddədir.
== Sintezi ==
Benzolun və digər aromatik birləşmələrin, həmçinin butanın oksidləşməsindən alınır.
2 CH3CH2CH2CH3 + 7 O2 → 2 °C2H2(CO)2O + 8 H2O
== Fiziki xassələri ==
Malein anhidridinin ərimə temperaturu 325.85 K, qaynama temperaturu 475 K-dır. Suda malein turşusunun alınması ilə, asetonda, benzolda, toluolda, xloroformda və s. həlledicilərdə həll olur.
== Alınması ==
1970-ci ildə malein anhidridinin 90% benzoldan, qalan hissəsi əsasən neftin butan-butilen fraksiaysından istehsal olunmuşdur. 1980-ci il üçün benzoldan alınan malein anhidridinin miqdarı 81,3%-ə təşkil etmişdir. Malein anhidridinin istehsalında benzolun sərfinin azalması əsasən onun zəhərli (kanserogen) olması, istehsal həcminin azalması və qiymətinin artması ilə bağlıdır. Malein anhidridinin istehsal texnologiyasının əsasında benzolun, n-butan və ya n-butenlrəin qaz fazada oksidləşməsi prosesi durur.