Mame sözü azərbaycan dilində

Mame

Yazılış

  • Mame • 75.0000%
  • mame • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mame Thiam
Mame Baba Thiam (9 oktyabr 1992) — Seneqalli futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Camal Balaca oğlu Mamedov
Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası – 9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.
Elmar Mamedov
Elmar Elçin oğlu Mamedov (7 iyul 2001; Mahamalar, Balakən rayonu — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mamelon
Mamelon- (rus. мамелон, ing. mamelon) daxili kanalı olan zəng qülləsinə oxşar ekstruziv günbəz; bir sıra nazik lava axınlarından ibarətdir.
Mamenchisaurus
Mamençizavr (lat. Mamenchisaurus) — Yura dövrünün sonlarına yaxın 150–145 milyon il öncə yaşamış ot yeyən dinozavr. Hazır ki Çin ərazisində aşkarlanmışdır. Sauropoda alt dəstəsinə aid dinozavrdır. Dinozavrlar arasında ən uzun boyuna malik imiş. Onların boynu 15 metr uzunluğa malik imiş. == Etimologiyası == Mamenchisaurus adı "Mamensidən olan kərtənkələ" mənasını verir. "Mǎménxī" — Mamensi və q.yun. σαῦρος "kərtənkələ". İlk əvvələr tapıntını onun tapıldığı yerin adına verilmədi düşünülürdü.
Mamençizavr
Mamençizavr (lat. Mamenchisaurus) — Yura dövrünün sonlarına yaxın 150–145 milyon il öncə yaşamış ot yeyən dinozavr. Hazır ki Çin ərazisində aşkarlanmışdır. Sauropoda alt dəstəsinə aid dinozavrdır. Dinozavrlar arasında ən uzun boyuna malik imiş. Onların boynu 15 metr uzunluğa malik imiş. == Etimologiyası == Mamenchisaurus adı "Mamensidən olan kərtənkələ" mənasını verir. "Mǎménxī" — Mamensi və q.yun. σαῦρος "kərtənkələ". İlk əvvələr tapıntını onun tapıldığı yerin adına verilmədi düşünülürdü.
Mamer (rayon)
Mamer (fr. Mamers) — Fransanın Luara torpağı regionun rayonlarından biri. Departamenti — Sarta. Suprefektura — Daks. Rayon əhalisi 2006-cı ildə 146 577 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon ərazisi — 1615 km².
Manşuk Mametova
Manşuk Mametova (23 oktyabr 1922 – 15 oktyabr 1943, Nevel, Tver vilayəti;qaz. Мәншүк Жиенғалиқызы Мәметова,rus. Маншук Жиенгалиевна Маметова)—İkinci Dünya Müharibəsi illərində Kalinin Cəbhəsində 3-cü Zərbə Ordusunun 21-ci Mühafizə Atıcı Diviziyasında 100-cü Tüfəng Briqadasının pulemyotçusu idi. 1 mart 1944-cü ildə Ali Sovet tərəfindən ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qazax qadın oldu. == Həyatı == İndiki Qazaxıstanın Ural bölgəsində ayaqqabı istehsalçısı ailəsində anadan olmuş Mametova uşaqlığını Almatı şəhərində, xalası Əminə Mametovanın himayəsində keçirdi. Valideynləri onu övladı olmayan xalası və əmisinə vermişdilər. Böyük Vətən müharibəsi zamanı onun ögey əmisi həbs olundu. Həbs olunmadan əvvəl o, Mametovanı tibb işinə həvəsləndirmişdi. Orta məktəbi bitirdikdən sonra Qazax SSR Xalq Komissarları Sovetində sədr müavininin katibi olaraq işləyərkən Mametova tibb bacısı təhsili almışdır. Daha sonra Almatı tibb instituna əlavə təhsil almaq üçün daxil oldu.
Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı – 21 mart 2011, Bakı) — Qanuni oğru. == İlk məhkumluq == 1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb.
Ramiz Mamedov (futbolçu)
Ramiz Mehman oğlu Məmmədov (21 avqust 1972, Moskva, SSRİ) — Azərbaycan əsilli rusiyalı futbolçu, müdafiəçi. Rusiya millisinin heyətində çıxış edib. == Karyera == === Klub === Spartak Moskvanın yetirməsi, onun heyətində 1992-1998-ci illərdə çıxış edirdi və beş dəfə ölkə çempionatının qalibi olmuşdur. 1998-1999-cu illərdə Arsenal Tula və Krılya Sovetov komandaların şərəfini qoruyurdu, sonra isə Dinamo Kiyev komandasına transfer olunaraq, burada ölkə çempionluğunu qazanmışdır. 2000/01 mövsümündə Avstriyanın Şturm Qrats klubunda çıxış edirdi. 2002-ci ildə Volqar klubu ilə müqavilə bağladı. Daha sonra Rusiyaya qayıtdı və 2003-cü ildə çıxış etdiyi Luç-Energiya klubunda İkinci divizionunun "Vostok" zonasının birinciliyində kiçik qızıl medal qazanmışdır, ondan sonra karyerasını bitirmək qərarını aldı. Rusiya Premyer Liqasında 139 oyunda 7 qol vurmuşdu. === Milli === 1994-1998 illərdə Rusiya millisində 10 oyun keçirtmişdir, ilk oyununu 17 avqust 1994-cü ildə Avstriya milli futbol komandasına qarşı olmuşdur.
San Mames Stadionu
San Mames Stadionu İspaniyanın Basklar ölkəsi adlandırılan əyalətində fəaliyyət göstərən bir arenadır. 1913-cü ildə tikilən köhnə stadionun yanında inşa edilmiş, artıq 2013-cü ildə ilk rəsmi oyuna ev sahibliyi etmişdir. 53.332 nəfərlik tutuma malikdir. Atletik Bilbao FK öz ev oyunlarını bu arenada keçirir.
San Mames Stadionu (2013)
San Mames Stadionu İspaniyanın Basklar ölkəsi adlandırılan əyalətində fəaliyyət göstərən bir arenadır. 1913-cü ildə tikilən köhnə stadionun yanında inşa edilmiş, artıq 2013-cü ildə ilk rəsmi oyuna ev sahibliyi etmişdir. 53.332 nəfərlik tutuma malikdir. Atletik Bilbao FK öz ev oyunlarını bu arenada keçirir.
İlahəddin Mamedov
İlahəddin Dilamuddinoviç Mamedov (2 iyul 2001, Xaçmaz, Azərbaycan — 12 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlahəddin Mamedov 2 iyul 2001-ci ildə Xaçmazda anadan olub. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İlahəddin Kəlbəcər, Cəbrayıl, Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2020-ci ildə oktyabr ayının 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub. Şəhidimiz Xaçmaz Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Əmrah Mamedov
Əmrah Qaraş oğlu Mamedov (20 may 1998; Poladlı, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Mamedov 1998-ci il mayın 20-də Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Poladlı kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra bir müddət Dağıstanda mülki fəaliyyət göstərmiş, bir sıra sahələrdə çalışmışdır. Subay idi. == Hərbi xidməti == Əmrah Mamedov 2016-2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "kiçik çavuş" rütbəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tərtər rayonunda Suqovuşan kəndi istiqamətində, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əmrah Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Mamestra
Mamestra (lat. Mamestra) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Mamestra brassicae
Mamestra brassicae (lat. Mamestra brassicae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin mamestra cinsinə aid heyvan növü. == Xarici quruluşu == Boz rəngli kəpənəklərdir. Kənd təsərrüfatına zərər vururlar. == Həyat tərzi == Azərbaycan şəraitində 2-3 nəsil verir. Sovka pup mərhələsində qışlayır. Puplara əsasən torpağın 6-8 sm dərlinyində rast gəlinir. Quraq keçən illərdə puplar nisbətən torpağın 10-15 sm dərinliyində qışlayırlar. I nəsil kəpənəklərin yumurtaqoyma müddəti may ayının üçüncü ongünlüyündə müşahidə edilir. Kütləvi yumurtaqoyma dövrü iyun ayının axırına qədər davam edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#mame nədir? #mame sözünün mənası #mame nə deməkdir? #mame sözünün izahı #mame sözünün yazılışı #mame necə yazılır? #mame sözünün düzgün yazılışı #mame leksik mənası #mame sözünün sinonimi #mame sözünün yaxın mənalı sözlər #mame sözünün əks mənası #mame sözünün etimologiyası #mame sözünün orfoqrafiyası #mame rusca #mame inglisça #mame fransızca #mame sözünün istifadəsi #sözlük