Mamiya sözü azərbaycan dilində

Mamiya

Yazılış

  • Mamiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mamiya Oraxelaşvili
Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili 10 iyun 1881, Kutaisi – 11 dekabr 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi. == Erkən həyat və karyera == Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub. == Rus inqilabı == 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi.
Mamiya Rinzo
Mamiya Rinzo (間宮 林蔵, 1780 – 13 aprel 1844, Edo[d]) – Yaponiya səyyahı və tədqiqatçısı. Saxalin adasının boğaz vasitəsilə materikdən ayrıldığını kəşf etmiş, Amur çayı boyunca səyahət edən ilk yapon olmuşdur. Avrasiya materikini Saxalin adasından ayıran Tatar boğazı Yaponiyada onun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) adlandırılır. == Həyatı == 1780-ci ildə Hitaçidə yaşayan bir çəllək ustasının oğlu kimi doğulmuşdur. Çoğrafiyaşünas İno Tadatakanın müşayiəti altında kartoqrafiyanı öyrənmişdir. 1800-cü ildən etibarən Ezo adasında və Cənubi Kuril adalarında şoqun administrasiyası üçün tədqiqatçı kimi işləməyə başlamışdır. 1807-ci ildə rusların Etorofu adasına etdikləri basqında ruslara qarşı döyüşmüş və yaralanmışdır. Saxalin adasını öyrənməklə vəzifləndirilən Rinzo 1808-ci ildə Matsuda Dencuro ilə birlikdə adanın cənub hissəsini tədqiq etmişdir. Növbəti il təkbaşına adanın qərb hissəsinə səyahət etmiş, Saxalin adasının boğaz vasitəsilə Avrasiya materikindən ayrıldığını kəşf etmişdir. Həmin dövrdə Yaponiya və Qərb dünyasında Saxalin adasının materikə bitişik olduğu düşünülürdü.Rinzo geri qayıtmayaraq Saxalin adasından materikə səyahət etmiş və Amur çayı boyunca irəliləyərək Deren ticarət postunda Mancuriya rəsmiləri ilə görüşmüşdür.
Mamiya boğazı
Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) kimi tanınır. == Coğrafiyası == Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
III Mamiya Quriyeli
III Mamiya Quriyeli (gürc. III გურიელი მამია) və ya Böyük Mamiya Quriyeli (gürc. დიდი გურიელი) — Quriya knyazı. Qərbi Gürcüstandakı hakimiyyət mübarizəsinə qatılan III Mamiya Quriyeli 1701, 1711–1712 və 1713–1714-cü illərdə üç dəfə İmereti çarı olmuşdur. == Həyatı == === Quriyada taxta çıxması və hakimiyyətinin ilk illəri === Mamiya III Georgi Quriyeli və Tamar Çicavadzenin kiçik oğlu idi. Atası 1684-cü ildə İmereti çarı IV Aleksandr ilə döyüşdə öldürüldükdən sonra Osmanlı valisi Yusif Paşanın himayəsi altında Axıskada sürgündə saxlanılan digər qardaşlarının yanına göndərildi. Sürgündə olduğu illərdə qardaşı Keyxosrov və əmisi Malakiya ilə münasibətləri yaxşı deyildi. Bu dövrdə qardaşı vəfat etdi. Əmisi Malakiya isə Mamiya tərəfindən kor edildi. 1689-cu ildə quriyalı zadəganlar Mamiyanı Quriyaya dəvət etdilər.
IV Mamiya (Meqreliya knyazı)
IV Mamiya (gürc. მამია IV დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1573-1578-ci illərdə və 1582-1590-cı illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == IV Mamiya Meqreliya knyazı I Levanın oğludur. Quriya knyazı Rüstəm Quriyelinin qızı ilə evlənmişdir. Atasının ölümündən sonra taxta böyük qardaşı III Georgi çıxsa da, IV Mamiya qardaşının hakimiyətini qəbul etməmişdir. Qardaşının düşməni olan Quriya knyazı II Georginin yardımı ilə 1573-1574-cü illərdə qardaşını hakimiyyətdən salmış və Meqreliya taxtına çıxmışdır. Qardaşı III Georgi isə Abxaziyaya qaçmışdır. III Georgi abxaz-çərkəz qüvvələrinin dəstəyi ilə taxtını geri almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Əlaçsız qalan III Georgi İmereti çarı II Georgidən vasitəçilik etməsini xahiş etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.17
2014 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#mamiya nədir? #mamiya sözünün mənası #mamiya nə deməkdir? #mamiya sözünün izahı #mamiya sözünün yazılışı #mamiya necə yazılır? #mamiya sözünün düzgün yazılışı #mamiya leksik mənası #mamiya sözünün sinonimi #mamiya sözünün yaxın mənalı sözlər #mamiya sözünün əks mənası #mamiya sözünün etimologiyası #mamiya sözünün orfoqrafiyası #mamiya rusca #mamiya inglisça #mamiya fransızca #mamiya sözünün istifadəsi #sözlük