mancanaq sözü azərbaycan dilində

mancanaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mancanaq • 90.6667%
  • Mancanaq • 9.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.

mancanaq sözünün leksik mənası və izahı

  • 1 is. [yun.] 1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. Mancanaqla su çəkmək. // tex. Quyudan nefti və ya suyu çıxartmaq üçün qurğu. Mancanaq dəzgahı. – Mancanaqlar enib-qalxır, … kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn. [Nefti] quyudan mancanaqla çıxarırdılar. S.Vəliyev. 2. Qədim müharibələrdə qalaların divarlarını dağıtmaqdan ötrü daş, yanar maye ilə dolu çəllək və s. atmaq üçün işlədilən mühasirə maşını. Ərisək və mancanaq daşıyan arabalar Qarabağın aşılmaz gədiklərindən igidlərin çiynində çıxarılırdı. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / mancanaq

mancanaq sözünün etimologiyası

mancanaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. журавль (рычаг для подъема воды из колодца); 2. баллиста, катапульта (приспособление для метания камней);

    Azərbaycanca-rusca lüğət / mancanaq
  • 2 сущ. 1. журавль (длинный шест у колодца, служащий рычагом для подъема воды из колодца) 2. качалка (приспособление в виде треугольника, устанавливаемое над устьем буровой скважины для придания штангам глубоких насосов вертикального возвратнопоступательного движения при групповом обслуживании скважины) 3. истор. катапульта (осадная машина для метания камней, бочек с горючим и т.п., применявшаяся в древности)

    Azərbaycanca-rusca lüğət / mancanaq

mancanaq sözünün inglis dilinə tərcüməsi

mancanaq sözünün fransız dilinə tərcüməsi

mancanaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] 1. сущ къуюдай яд акъудун патал рычаг (манивела) хьтин яргъи кӀарас; // тех. къуюдай нафт ва я яд акъудун патал туькӀуьрнавай механизм; 2. гадал, ккӀалаг (виликан дявейра къеледин цлар чукӀурун патал еке къванер, цӀай авай челегар гадардай машин).

    Azərbaycanca-ləzgicə lüğəti / mancanaq

"mancanaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mancanaq nədir? #mancanaq sözünün mənası #mancanaq nə deməkdir? #mancanaq sözünün izahı #mancanaq sözünün yazılışı #mancanaq necə yazılır? #mancanaq sözünün düzgün yazılışı #mancanaq leksik mənası #mancanaq sözünün sinonimi #mancanaq sözünün yaxın mənalı sözlər #mancanaq sözünün əks mənası #mancanaq sözünün etimologiyası #mancanaq sözünün orfoqrafiyası #mancanaq rusca #mancanaq inglisça #mancanaq fransızca #mancanaq sözünün istifadəsi #sözlük