Mansilər
Mansilər ((Mansi: Мāньси / Мāньси мāхум, Māńsi / Māńsi māhum) - Ural xalqlarının fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq.
== Haqqında ==
Mansilər Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini mansi ("adam") adlandırırlar. XX əsrin əvvəllərinə qədər voqul adlandırılmışlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan mansi dilində danışırlar. Antropoloji cəhətdən ağ (Avropa) irqi ilə sarı (monqoloid) irqi arasında keçid irqi sayılan Ural tipinə aiddirlər. Mansilər Sibirin Rusiya tərəfindən işğalından sonra zorla pravoslavlaşdırılmalarına baxmayaraq, özlərinin qədim dini görüşlərinin və şamançılığı hələ də saxlamaqdadırlar. Numi-Torı (Tanrı) adlandırdıqları Tanrıya inanırlar. Ayını müqəddəs sayırlar. 1989-cu il məlumatına görə mansilərin sayı 8500 nəfərdir.