maqnit-müqavimət sözü azərbaycan dilində

maqnit-müqavimət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maqnit-müqavimət • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müqavimət
Müqavimət— İranın Xuzistan ostanının Xürrəmşəhr şəhristanının Mərkəzi bəxşində şəhər.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Aktiv müqavimət
Aktiv müqavimət tam müqavimətin həqiqi hissəsidir: Z = R + j X , {\displaystyle Z=R+jX,} R = Re ⁡ ( Z ) , {\displaystyle R=\operatorname {Re} \left(Z\right),} Burada, Z {\displaystyle Z} — tam müqavimət və ya impedans, R {\displaystyle R} — aktiv müqavimət, X {\displaystyle X} — reaktiv müqavimət, j {\displaystyle j} — xəyali vahid .Və ya: R = | Z | cos ⁡ φ , {\displaystyle R=\left|Z\right|\cos \varphi ,} Burada φ {\displaystyle \varphi } — elektrik dövrəsinin cərəyanı və gərginliyi arasındakı faza sürüşməsidir.Sinusoidal cərəyan dövrələrində R = Z cos ⁡ φ = U I cos ⁡ φ . {\displaystyle R=Z\cos \varphi ={\frac {U}{I}}\cos \varphi .} QOST R 52002–2003 aktiv müqaviməti elektrik dövrəsinin və ya sxeminin passiv elektrik dövrəsindəki aktiv gücün dövrənin girişdəki cərəyanın kvadratına nisbətinə bərabər olan parametri kimi təyin edir . Aktiv müqavimət elektrik dövrəsinin və ya onun hissəsinin elektrik enerjisinin digər növ enerjilərə çevirilməsi ilə şərtlənən müqavimətidir, məsələn, mexaniki enerjiyə (elektrik mühərrikləri), kimyəvi enerjiyə (elektroliz zamanı, batareyanın doldurulması), istilik enerjisinə,elektromaqnit şüalanmasına . == Ədəbiyyat == Добротворский И. Н. Теория электрических цепей. Учебник. М.: Радио и связь. 1989. Герасимов В. Г. , Кузнецов Э. В. , Николаева О. В. . М.: Энергоатомиздат. 1996.
Yaşıl müqavimət
Yaşıl müqavimət (ərəb. أخضر المقاومة) — Müəmmər əl-Qəzzafinin öldürülməsindən sonra yaranan hərbi təşkilat. Müqavimət Seyf əl-İslam Müəmmər əl-Qəzzafi tərəfindən Liviya torpaqlarını Milli Keçid Şurasından və xarici işğalçılarından azad etmək məqsədilə yaradılıb. == Yaranması == Müəmmər Qəddafinin devrilməsinə və Cəmahiriyyə quruluşunun süquta uğramasına rəğmən, Liviyada bir çox insan hələ də keçmiş hökuməti dəstəkləyir. Keçid Şurasının təhlükəsizliyi təmin edə biləcək vahid, güclü hökuməti qura bilməməsi, həmçinin ərzaq məhsullarının qiymətinin qalxmasına və işıqların mütəmadi söndürülməsinə görə Şuradan narazılıq günü-gündən artır. Bütün bunlar səbəb olub ki, Keçid Şurasına qarşı bir təşkilat yaransın. Yaşıl Müqavimət Müəmmər Qəzzafinin ölümündən cəmi bir neçə həftə sonra Seyf əl İslam tərəfindən təsis edildi. Təşkilatın qabağında ilkin hədəf kimi zindanlarda saxlanılan günahsız insanları azad etmək qoyulub. Yarandıqdan dərhal sonra, Yaşıl Müqavimət Liviya xalqının böyük rəğbətini qazanıb. Əhalisinin 70%-ni yəhudilər təşkil edən Misurata istisna olmaqla, Liviyanın hər şəhərində təşkilatı dəstəkləyənlər var.
Maqnit anomaliyası
Maqnit anoma­liyası – (rus. магнитная аномалия, ing. magnetic anomaly) Yerin maqnit sahəsi kəmiyyətinin onun normal kəmiy­yətindən kənara çıxması.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maqnit ekvatoru
== Maqnit ekvatoru == Maqnit ekvatoru- yer səthində maqnit əyilməsinin sıfıra bərabər olan nöqtələri birləşdirən xəttə deyilir. Maqnit ekvatoru coğrafi ekvatora uyğun gəlmir. Maqnit ekvatorda maqnit sahəsinin gərginliyi 0,25-0,35 erstedə bərabərdir.
Maqnit induksiyası
Maqnit induksiyası – maqnit sahəsinin qüvvə xarakteristikasıdır. Vahidi törəmə vahid olan Tesladır. == Maqnitostatika == Bio-Savar qanunu: B → ( r → ) = μ 0 ∫ L 1 I ( r → 1 ) d L 1 → × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int \limits _{L_{1}}{\frac {I({\vec {r}}_{1}){\vec {dL_{1}}}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} B → ( r → ) = μ 0 ∫ j → ( r → 1 ) d V 1 × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int {\frac {{\vec {j}}({\vec {r}}_{1})dV_{1}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} == Maqnit sirkulyasiyası haqqında Amper qanunu == ∮ ∂ S B → ⋅ d l → = μ 0 I S ≡ μ 0 ∫ S j → ⋅ d S → , {\displaystyle \oint \limits _{\partial S}{\vec {B}}\cdot {\vec {dl}}=\mu _{0}I_{S}\equiv \mu _{0}\int \limits _{S}{\vec {j}}\cdot {\vec {dS}},} r o t B → ≡ ∇ → × B → = μ 0 j → . {\displaystyle \mathrm {rot} \,{\vec {B}}\equiv {\vec {\nabla }}\times {\vec {B}}=\mu _{0}{\vec {j}}.} == Xarici keçidlər == Crowell, B., "Electromagnetism". Nave, R., "Magnetic Field".
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özunəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu,səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər.Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E.H.Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E.H.Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt.Maqnit sahəsi artdıqda,yəni ΔΦ/Δt>0 olduqda,e. h. q.-nin işarəsi mənfi olur.Bu zaman maqnit selinə əks təsir göstərən induksiya cərəyanı yaranır.Maqnit seli azaldıqda ΔΦ/Δt<0,e.h.q.müsbət olur və cərəyan,zəifləyən maqnit selini gücləndirməyə çalışır.
Maqnit ulduzlar
Maqnetar və ya maqnitar — neytron ulduzu, çox güclü maqnit sahəsinə malik olan bir obyekt(10 üstü 11 Tesla və ya 10 üstü 14 Qaussa qədər). Maqnetarların mövcudluğu ilə bağlı ilk fərziyyələr 1992-ci ildə astronom Robert Dunkan və Kristofer Tompson tərəfindən irəli sürülmüşdür, lakin 1998-ci ildə Qartal bürcündə yerləşən SGR 1900+14 maqnetarından alınan qamma-rentgen şüalar maqnetarların mövcudluğunu təsdiqlədi.5 mart 1979-cu ildə əldə olunan qamma-şüaların da bir maqnetar mənbəyindən gəldiyi güman olunur. Maqnetarların orta ömür müddəti 1 milyon ildir. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malikdirlər. == Haqqında == Maqnetarların diametri adi neytron ulduzlarında olduğu kimi ortalama 10–20 km-dir, lakin bir maqnetarın kütləsi Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq maqnetar maddəsinin çəkisi Yer kürəsində 1000 milyard tona bərabər olacaqdır. Bir maqnetarın maqnit sahəsinin gücü Günəşin maqnit sahəsinin gücündən 1000 trilyon dəfə çoxdur. Formalaşdıqdan 10.000 il sonra maqnetarların maqnit sahələri yox olur və onların aktivliyi və rentgen şüalanması dayanır. Bu hesabla Süd Yolu qalaktikasında 30 milyon aktiv olmayan maqnetarın mövcud olduğu düşünülür. 2004-cü ildə Avstraliya radioteleskopları böyük enerji axını aşkar etdilər.
Fransa Müqavimət Hərəkatı
Fransa müqavimət hərəkatı (fr. Résistance) — İkinci dünya müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyəti idi. 1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədi ilə Moris Torisin və Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu. Manifestdə göstərilirdi ki, "Vişi höküməti Fransa xalqı üçün böyük təhlükədir və Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədi ilə bir sıra ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humaniti" qəzeti 14 milyon nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi. 1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompeyn meşəsində Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir.
Sosial Müqavimət Günü
Sosial Müqavimət Günü (türk. Toplumsal Direniş Bayramı) — 1571-ci ildə Kipr adasının Osmanlı imperiyası tərəfindən fəth elanguageməsi, 1958-ci ildə Türk Müqavimət Təşkilatının yaradılması və 1976-cı ildə Təhlükəsizlik Qüvvələri Komandanlığının yaradılması ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində hər il 1 avqust tarixində qeyd olunan rəsmi bayram.Anım və idman tədbirləri ictimaiyyətə açıq keçirilir. Mərasimlərdə Təhlükəsizlik Qüvvələrinin komandanı və hərbi vəzifəli şəxslər, həmçinin müxtəlif cəmiyyət, müəssisə və təşkilatlar iştirak edir. Nikosiyada yerləşən Şəhidlər abidəsində anım mərasimi keçirilir.
Tanrının Müqavimət Ordusu
Tanrının Müqavimət Ordusu (ing. Lord's Resistance Army - LRA) — həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan, bir militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə ittiham edilmişdir. Əvvəlcə onlar cənubi Uqandalı təcrid hiss edən etnik qruplarının hesabına Uqandanın mərkəzi hökumətinə qarşı bəzi Açolilər tərəfindən icra edilən böyük bir silahlı müqavimət hərəkatının nəticəsi və davamı idi. İdeoloji cəhətdən,qrup Açoli millətçiliyi, Afrika mistisizm və xristian fundamentalizminin qarışığıdır.
Türk Müqavimət Təşkilatı
Türk Müqavimət Təşkilatı(qısaca TMT) — Kiprdə 1958-ci il avqustun 1-də EOKA ilə mübarizə üçün silahlı bir təşkilat quruldu. Daha sonra EOKA onu EOKA-B ilə əvəzlədiyi zaman bu təşkilata qarşı vuruşdu. 1 Avqust 1976-cı ildə Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığına çevrildi. Üzvlərinə "mücahid" deyilirdi. 20 iyul 1974-cü ildə Kipr Sülh Hərəkatı başlayanda TMT-nin 17151 üzvü var idi. == Tarixi == Yunan EOKA təşkilatı əvvəlcə İngilislərə qarşı mübarizə üçün 1955-ci ildə quruldu. Təşkilatın ideologiyası olan Enozis, adadakı türk varlığını tamamilə göz ardı etdi. EOKA İngilislərə qarşı mübarizəyə başlayanda İngilis rəhbərliyi çox sayda Kipr Türkünü polis qüvvəsinə cəlb etdi və EOKA hücumlarında Türk polisləri ilə Yunan EOKA-ları qarşı-qarşıya gəldi. EOKA-nın Enozis ideologiyasına söykənən hücumlarından narahat olan Kiprli Türklər və Türkiyə, buna qarşılıq olaraq Taksim ideologiyasını inkişaf etdirdi. Volkan, EOKA'nın Kipr Türklərinə etdiyi hücumlara cavab vermək üçün 1956-cı ildə quruldu.
Başqırd Müqavimət Komitəsi
Başqırd Müqavimət Komitəsi — Rusiyanın Başqırdıstan vilayətində fəaliyyət göstərən silahlı millətçi təşkilatdır. Əsas məqsədi Başqırdıstan üçün müstəqillik əldə etməkdir. 21 sentyabr 2022-ci ildə təsis edilmişdirr. Əsasən Rusiya hökumət binalarına və polis bölmələrinə kiçik yanğın hücumları edirlər. == Tarix == Başqırd Müqavimət Komitəsi 21 sentyabr 2022-ci ildə yaradılacaqdı. Bir neçə komissarlığa hücum ediləcəkdi. Rusiyanın qismən səfərbərliyindən sonra Başqırd müqaviməti elan edildi. "Nümayiş və etiraz yürüşlərinin vaxtı bitdi. Putin və müttəfiqləri indi güllə və Molotov kokteyli gözləyəbilər." Sentyabrın 24-də qrup “Vahid Rusiya”nın Salavatdakı ofislərini, oktyabrın 3-də isə Rusiya Federasiyası Kommunist Partiyasının şəhərdəki ofisini atəşə tutub. Rusiya rəsmiləri komitənin yaradılması və dəstəyinin arxasında başqırd mühacirlərinin tanınmış lideri Ruslan Qabbasovdan şübhələnirlər.
Cənub maqnit qütbü
Cənub maqnit qütbü — Maqnitin bir qurtaracağı şimala istiqamətlənir. Digər istiqaməti isə cənubadır. Maqnitlər bir birini itələmə xüsusiyətinə malikdirlər. Bu da o anlama gəlir ki, əslində şimal maqnit qütbü Cənub maqnit qütbüdür. Cənub maqnit qütbü isə Şimal maqnit qütbüdür. == Yerləşməsi == Cənub maqnit qütbü heçdə Cənub Coğrafi qütbü ilə üst-üstə düşmür. Cənub maqnit qütbü Antarktidanın kənarında yerləşir. Cənub maqnit qütbünün əks tərəfində Kanadanın şimalında Şimal maqnit qütbü yerləşir. Maqnit qütbü xəyali olaraq xüsusiyyət daşıyır. == Tarixi == 1831-ci il ingilis qütb araşdırmaçısı Con Ross tərəfindən Kanada Arktik arxipelaqında Şimal maqnit qütbünü aşkarlayır.
Maqnit lent qurğusu
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Maqnit rezonans tomoqrafiya
Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir... Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946 – ci ildə F.Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur.
Maqnit çattəyini üsulu
Maqnit çattəyini üsulu ferromaqnit materiallarda səthə və ya ona yaxın yerləşən çatların maqnit sahəsinin köməyi ilə aşkara çıxarılmasına xidmət edir. Daxili strukturunda xəta olmayan ferromaqnit materiallarda maqnit xətləri heç bir maneəyə rast gəlmədən səlis olurlar. Eninə çatlar maqnit xətlərini pozaraq onu kənara yönəldir və burada meyillənmə sahəsi yaradırlar. == Işləmə üsulu == Xətalı yerləri göstərmək üçün ferromaqnit dəmir oksidi tozundan istifadə olunur. Bu üsulla eni 10-3 və 10-4 mm arasında yerlşən çatı təyin etmək olur. Yüksək maqnit sahəsi tətbiq etməklə səthdən 8 mm dərinliyə qədər yoxlama sahəsini artırmaq mümkündür. Yoxlanan hissənin maqnitləşdirilməsi üçün sabit və dəyişən cərəyanla yaradılan maqnit sahələrindən istifadə olunur. Üsullardan biri ondan ibarətdir ki, hissə nal formalı metalın köməyi ilə yaradılmış maqnit sahəsində yerləşdirilsin. Daha başqa bir üsul hissənin bir başa elektrik cərəyanı şəbəkəsinə qoşulmasıdır. Qütb maqnitləşdirmənin köməyi ilə səthdə eninə yerləşmiş çatlar üzə çıxarıla bilirsə, çevrə boyunca cərəyanla induksiya edilmiş maqnit sahəsi ilə uzununa istiqamətdə olan çatları da tapmaq mümkündür .
Transkranial maqnit stimulyasiyası
Transkranial maqnit stimulyasiyası (TMS) - kortikal neyronların stimulyasiyası üçün istifadə olunan intensiv maqnit sahəsinin generasiyası texnikasıdır. TMS əks-göstərişləri olmayan qeyri-invaziv müalicə metodudur. Depressiyalarda qabığın sol dorsal larteral sahəsinin yüksək tezlikli stimulyasiyası və ya qabığın sağ dorsal larteral sahəsinin zəif tezlikli stimulyasiyasının effektivliyi sübuta yetirilib.b, lakin TMS-nin antidepressiv effektinin davamlılığına dair sübutlar yoxdur.
Şimal maqnit qütbü
Şimal maqnit qütbü — xəyalı olaraq yer qabığında 90° həmdəvərində hərəkət edən yerin maqnit qüvvəsinin təsirindən yaranan maqnit qütbü. == Yerləşməsi == Maqnit qütbləri ilə Coğrafi qütblər eynilik təşkil etməyərək üst-üstə düşmür. XVII əsrdə şimal maqnit qütbü Arktikanın buzlaqları üzərində indiki Kanada sərhədlərinə yaxınlaşırdı. Bu o deməkdir ki, Kompasın əqrəbi şimalı təqribi göstərir. . Hər gün maqnit qütbü ellip sayağı trayektoriya çızaraq hərəkət edir. Maqnit qütbü il ərzində şimal və şimal-qərb istiqamətində 10 km hərəkət edir. Bu səbəbdən maqnit qütbü daimi bir yerdə qalmır və dəqiq olmur. XX əsrdən qütb Taymır yarımadası istiqamətinə yönəlmişdir. 2009-cı ildə maqnit qütbünün hərəkət surəti 64 km təşkil etmişdi. Şimal maqnit qütbünün əks hissəsində Cənub maqnit qütbü yerləşir.
Azərbaycan Islam Müqavimət Hərəkatı
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri. == Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı == Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. === Polşada === Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar. Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin tərkibində 12 azərbaycanlı döyüşçü 1944-cü il noyabrın 28-də A.Bubnovun rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar.

Oxşar sözlər

#maqnit-müqavimət nədir? #maqnit-müqavimət sözünün mənası #maqnit-müqavimət nə deməkdir? #maqnit-müqavimət sözünün izahı #maqnit-müqavimət sözünün yazılışı #maqnit-müqavimət necə yazılır? #maqnit-müqavimət sözünün düzgün yazılışı #maqnit-müqavimət leksik mənası #maqnit-müqavimət sözünün sinonimi #maqnit-müqavimət sözünün yaxın mənalı sözlər #maqnit-müqavimət sözünün əks mənası #maqnit-müqavimət sözünün etimologiyası #maqnit-müqavimət sözünün orfoqrafiyası #maqnit-müqavimət rusca #maqnit-müqavimət inglisça #maqnit-müqavimət fransızca #maqnit-müqavimət sözünün istifadəsi #sözlük