Maqomayev sözü azərbaycan dilində

Maqomayev

Yazılış

  • Maqomayev • 99.7207%
  • MAQOMAYEV • 0.1719%
  • maqomayev • 0.1074%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maqomayev
Maqomayev
Müslüm Maqomayev
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Məhəmməd Maqomayev
Məhəmməd Maqomayev (27 iyul 1916, Bakı – 24 aprel 1945, Berlin) — Kino rəssamı. == Həyatı == Bəstəkar Müslüm Maqomayevin oğludur. Müğənni Müslüm Maqomayevin atasıdır. Məhəmməd Maqomayev rəssam, şair ruhlu romantik insan olub. O, İkinci Dünya müharibəsində cəbhəyə yollanmış, 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuş, Polşada dəfn edilmişdir. == Filmoqrafiya == Abbasın bədbəxtliyi (film, 1935)(cizgi filmi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Maqomayev (teleserial, 2020)
Maqomayev (rus. Магомаев) — Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayev haqqında ilk teleserial. Serialın çəkilişi 6 ilə yekunlaşıb. Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi SSRİ Xalq artisti Tamara Sinyavskayadır. Rejissorlar Dmitri Tiurin və Roman Prıqunovun quruluş verdikləri ekran əsərində müğənnini serbiyalı aktyor Miloş Bikoviç, həyat yoldaşı – opera müğənnisi Tamara Sinyavskayanı isə rusiyalı aktrisa, "Miss Rusiya 2010" müsabiqəsinin qalibi İrina Antonenko canlandırır.
Müslim Maqomayev küçəsi
Müslim Maqomayev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, bir küçə. == Tarixi == 1939-cu ildə görkəmli azərbaycanlı bəstəkar və dirijor Müslüm Maqomayev (1885–1937) adına layiq görülmüşdür. Küçənin köhnə adı Dvortsovaya idi. == Tikili == 20 — Kukla Buta teatr studiyası. 24 — Xıdır məscidi == Görməli yer == 90 — sənətçi Mir-Teymur Məmmədovun ev-sexi. == Mənbə == Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Бакинский театр марионеток, обретший свой постоянный дом, ждет своих зрителей Президент Азербайджана и его супруга приняли участие в открытии Театра марионеток в Баку Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine Баку, Сабаильский район, Крепость, Улица М. Магомаева, дом 90.
Müslüm Maqomayev (1976)
== Məzmun == Film ölməz əsərlərində milli musiqimizin qaynaqlarından bəhrələnmiş, zəngin yaradıcı irs qoyub getmiş böyük bəstəkarımız Müslüm Maqomayevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. O, Qori seminariyasında dostlaşdığı ölməz Üzeyir Hacıbəyovla milli sənət yollarında da qoşa addımlamış, peşəkar opera sənətimizi yeni əsərlərlə zənginləşdirmişdir. Filmdə bu böyük sənət dostluğu qabarıq əks etdirilmişdir.
Müslüm Maqomayev (bəstəkar)
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (6 (18) sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır. Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminarıyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Üzeyir Hacıbəyov ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra — dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı. İki operanı — "Şah İsmayıl" və "Nərgiz" yazmışdır. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır.
Müslüm Maqomayev (dəqiqləşdirmə)
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Müslüm Maqomayev (gəmi)
"Müslüm Maqomayev" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevun adını daşıyır. == Fəaliyyət istiqaməti == Bu gəmi eyni tipli “Rəşid Behbudov” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir.
Müslüm Maqomayev (müğənni)
Müslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942, Bakı – 25 oktyabr 2008, Moskva) — görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973),"Şöhrət Ordeni" laureatı (1997). == Həyatı == Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.
Müslüm Maqomayev gəmisi
"Müslüm Maqomayev" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi. Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevun adını daşıyır. == Fəaliyyət istiqaməti == Bu gəmi eyni tipli “Rəşid Behbudov” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir.
Müslüm Maqomayev küçəsi
Müslim Maqomayev küçəsi — Bakıda, İçərişəhər tarixi rayonunda, bir küçə. == Tarixi == 1939-cu ildə görkəmli azərbaycanlı bəstəkar və dirijor Müslüm Maqomayev (1885–1937) adına layiq görülmüşdür. Küçənin köhnə adı Dvortsovaya idi. == Tikili == 20 — Kukla Buta teatr studiyası. 24 — Xıdır məscidi == Görməli yer == 90 — sənətçi Mir-Teymur Məmmədovun ev-sexi. == Mənbə == Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Бакинский театр марионеток, обретший свой постоянный дом, ждет своих зрителей Президент Азербайджана и его супруга приняли участие в открытии Театра марионеток в Баку Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine Баку, Сабаильский район, Крепость, Улица М. Магомаева, дом 90.
Müslüm Maqomayev parkı
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Moskvanın mərkəzində, Bolşaya Nikitskaya və Tverskaya küçələri arasında, Leontievski, Voznesenski və Eliseyevski zolaqları ilə əhatələnmiş, Mərkəzi İnzibati Dairəsinin Presnenski rayonunda kiçik mənzərəli park-meydan. Parka 2018-ci ildə SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayevin adı verilmişdir.. == Tarixi == Park Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə birbaşa bitişik olduğu üçün tədricən Azərbaycan mədəniyyəti mövzusuna yiyələnib. İlk olaraq 1991-ci ildə burada indi Azərbaycanın tərkibində olan Gəncə şəhərindən olan orta əsr şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Şairin Azərbaycanın Moskvaya hədiyyəsi olaraq Azərbaycan səfirliyinin bilavasitə yaxınlığında ucaldılmış abidəsi iki ölkə arasında mədəni əlaqələri təcəssüm etdirir. Şairin bürüncdən tökülmüş, əlində kitabla ənənəvi, Moskva abidəsi üçün qeyri-adi, şərq geyimində, mürəkkəb formalı orta-hündür postamentdə oturmuş ifadəli fiquru qısa müddətdə o dövrdə adı olmayan parkın bədii dominantına çevrildi. Əlavə bəzək üçün Qafqazda (eləcə də Krımda) bulaqların və suqəbuledici fəvvarələrin layihələndirilməsinin köhnə ənənəsinə uyğun bəzədilmiş daş fəvvarə ilə bəzədilmiş abidənin arxasında daş balyustrat qoyulmuşdur. == Təsviri == 2011-ci ildə Nizaminin abidəsinin yanına daha bir abidə əlavə edildi - parkın Voznesenski və Yeliseyevski döngələrinin kəsişməsinə baxan küncündə SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin bürünc heykəli ucaldıldı. Müslüm Maqomayevin abidəsi parkın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir.
Azərbaycan (mahnı, Müslüm Maqomayev)
Azərbaycan — sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq Artisti Müslüm Maqomayevə məxsus mahnı. Mahnı iki dildə, Azərbaycan və Rus dillərində Müslüm Maqomayev tərəfindən ifa olunub. == Yazılma tarixi == Mahnı 1974-cü ildə yazılıb. 1975-ci ildə Müslüm Maqomayev mahnını ilk dəfə indiki Heydər Əliyev Sarayında ifa edib.
Müslüm Maqomayev (film, 1976)
== Məzmun == Film ölməz əsərlərində milli musiqimizin qaynaqlarından bəhrələnmiş, zəngin yaradıcı irs qoyub getmiş böyük bəstəkarımız Müslüm Maqomayevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. O, Qori seminariyasında dostlaşdığı ölməz Üzeyir Hacıbəyovla milli sənət yollarında da qoşa addımlamış, peşəkar opera sənətimizi yeni əsərlərlə zənginləşdirmişdir. Filmdə bu böyük sənət dostluğu qabarıq əks etdirilmişdir.
Müslüm Maqomayev parkı (Kiyev)
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenkovski rayonunda park-meydan. Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin günc tərəfində yerləşir. Populyar opera və estrada müğənnisi və bəstəkarı SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyır. Park 18 iyul 2018-ci ildə Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə açılmışdır. 2020-ci ilin iyulunda rəsmi olaraq Müslüm Maqomayev parkı adlandırılıb.. Meydanın mərkəzində Müslüm Maqomayevin abidəsi (heykəltaraş Seyfəddin Qurbanov) ucaldılıb. == Açılışı == 18 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşəbbüsü və hərtərəfli dəstəyi ilə məşhur opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan SSR və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində parkın rəsmi açılış mərasimi baş tutdu. Meydan Streleç küçəsinin kəsişməsində və Vyaçeslav Çernovol küçəsinin günc tərəfində yerləşir. Park Azərbaycan şirkətlərindən biri tərəfindən yenidən qurulmuşdur. Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Müslüm Maqomayev parkı (Moskva)
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Moskvanın mərkəzində, Bolşaya Nikitskaya və Tverskaya küçələri arasında, Leontievski, Voznesenski və Eliseyevski zolaqları ilə əhatələnmiş, Mərkəzi İnzibati Dairəsinin Presnenski rayonunda kiçik mənzərəli park-meydan. Parka 2018-ci ildə SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayevin adı verilmişdir.. == Tarixi == Park Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə birbaşa bitişik olduğu üçün tədricən Azərbaycan mədəniyyəti mövzusuna yiyələnib. İlk olaraq 1991-ci ildə burada indi Azərbaycanın tərkibində olan Gəncə şəhərindən olan orta əsr şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Şairin Azərbaycanın Moskvaya hədiyyəsi olaraq Azərbaycan səfirliyinin bilavasitə yaxınlığında ucaldılmış abidəsi iki ölkə arasında mədəni əlaqələri təcəssüm etdirir. Şairin bürüncdən tökülmüş, əlində kitabla ənənəvi, Moskva abidəsi üçün qeyri-adi, şərq geyimində, mürəkkəb formalı orta-hündür postamentdə oturmuş ifadəli fiquru qısa müddətdə o dövrdə adı olmayan parkın bədii dominantına çevrildi. Əlavə bəzək üçün Qafqazda (eləcə də Krımda) bulaqların və suqəbuledici fəvvarələrin layihələndirilməsinin köhnə ənənəsinə uyğun bəzədilmiş daş fəvvarə ilə bəzədilmiş abidənin arxasında daş balyustrat qoyulmuşdur. == Təsviri == 2011-ci ildə Nizaminin abidəsinin yanına daha bir abidə əlavə edildi - parkın Voznesenski və Yeliseyevski döngələrinin kəsişməsinə baxan küncündə SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin bürünc heykəli ucaldıldı. Müslüm Maqomayevin abidəsi parkın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir.
Oxuyur Müslüm Maqomayev (film, 1971)
Oxuyur Müslüm Maqomayev — Tofiq İsmayılovun filmi. == Məzmun == Müəlliflər tamaşaçıları görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığı ilə tanış edir. O, filmdə "Şah İsmayıl", "Faust", "Yevgeni Onegin", "Riqoletto" operalarından ariyalar, sovet bəstəkarlarının əsərlərini ifa edir. Filmdə müğənninin yaradıcılıq laboratoriyası, onun tərcümeyi-halının ayrı-ayrı səhifələri, Maqomayevin mahnı, səhnə obrazı üzərində necə işlədiyi, onun musiqi, mahnı barədə fikirləri də öz əksini tapmışdır. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq İsmayılov, İqor Boqdanov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Rəssam: Rafiz İsmayılov, Nadir Zeynalov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Əbdül Mahmudov Montaj edən: T.Lixaçeva, Y.Fomina Assistent: D.Əsədov, R.Səfərəliyev Qrim edən: V.Bereznyakov Redaktor: K.Jdanova, Eyvaz Borçalı Filmin direktoru: A.Dudiyev İnzibatçı: Nadir Əliyev (titrlərdə yoxdur) === Rollarda === Müslüm Maqomayev — özü Leyla Şıxlinskaya — Tatyana Larina == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda konsert kompleksi. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır. == Binası == === Tarixi === 1910-cu ilə kimi Bakıda şəhər varlılarının əylənməsi üçün taxtadan pavilyon mövcud idi. Suvaqlanmış və əhənglənmiş bu taxta bina "Ağ klub" adlandırılırdı. Bina Bakı qalasının Şirvan qapısı yaxınlığında yerləşirdi. Bir dəfə gecə güclü xəzri nəticəsində binada yanğın başlayır və "Ağ klub" tamamilə yanaraq məhv olur. Binanın qəsdən yandırılması da ehtimal edilir. 1910-cu ildə "Ağ klub"un yanaraq məhv olmasından sonra şəhərdə zənginlərin əylənməsi üçün yeni bina inşa edilməsinə ehtiyac var idi. Binanın layihəsinin hazırlanması mülki-mühəndis Qavriil Ter-Mikelova həvalə edilir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

Cəmaləddin Maqomayev
Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977). == Həyatı == Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur. Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir. Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur.
Bəstəkar Müslüm Maqomayev (film, 1976)
Ayşət Maqomayeva
Ayşət Maqomayeva (qızlıq soyadı və səhnə təxəllüsü: Kinjalova; 19 noyabr 1921, Maykop – 23 avqust 2003, Murmansk) — sovet teatr aktrisası. Stalin təqaüdçüsü (1941). SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası. == Haqqında == Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.. Onun əsli haqqında oğlu Müslüm Maqomayev yazırdı ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgey, yarı rus olub. 1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb. Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, "Şahzadə Turandot", "Həlim" və "Qara qızılgül" kimi bir çox tamaşalarda oynayıb. 1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.
Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu
Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu — "Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi fond. == Gördüyü işlər == 15 sentyabr 2011-ci ildə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Müslüm Maqomayevin abidəsi (Bakı)
Müslüm Maqomayevin abidəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində Dənizkənarı Milli Parkda görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltaraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. == Açılışı == Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli və başqaları açılışda iştirak ediblər.
Müslüm Maqomayevin abidəsi (Moskva)
Müslüm Maqomayevin abidəsi — Rusiyanın paytaxtı Moskva şəhərində Müslüm Maqomayev parkında görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə Müslüm Maqomayevin abidəsinin daxil olduğu memarlıq-heykəltaraşlıq ansamblı Moskvada, Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Müğənninin tunc heykəli qranit pyedestalda ucalır. Müəllifləri heykəltaraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenski olan abidənin hündürlüyü 4,5 metrdən artıqdır. == Açılışı == "Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış abidənin təntənəli açılış mərasimi 15 sentyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Rusiyanın və Azərbaycanın rəsmi şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Azərbaycan (Müslüm Maqomayevin mahnısı)
Azərbaycan — sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi SSRİ Xalq Artisti Müslüm Maqomayevə məxsus mahnı. Mahnı iki dildə, Azərbaycan və Rus dillərində Müslüm Maqomayev tərəfindən ifa olunub. == Yazılma tarixi == Mahnı 1974-cü ildə yazılıb. 1975-ci ildə Müslüm Maqomayev mahnını ilk dəfə indiki Heydər Əliyev Sarayında ifa edib.

"maqomayev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maqomayev nədir? #maqomayev sözünün mənası #maqomayev nə deməkdir? #maqomayev sözünün izahı #maqomayev sözünün yazılışı #maqomayev necə yazılır? #maqomayev sözünün düzgün yazılışı #maqomayev leksik mənası #maqomayev sözünün sinonimi #maqomayev sözünün yaxın mənalı sözlər #maqomayev sözünün əks mənası #maqomayev sözünün etimologiyası #maqomayev sözünün orfoqrafiyası #maqomayev rusca #maqomayev inglisça #maqomayev fransızca #maqomayev sözünün istifadəsi #sözlük