* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [xüs. is.-dən] : Marafon qaçışı idm. – 42 km 195 m məsafəyə qaçmaqdan ibarət yarış.
Azərbaycan dilinin izahlı lüğəti / marafon1 E.ə. 490-cı ildə farslar nəhəng imperiyalarının daxili işlərinə qarışaraq onları təhqir etmiş afinalıları məhv etmək əzmində idilər. Onların ordusu Egey dənizini keçərək Afinanın nəzarətində olan kiçicik Attika yarımadasının şərq sahillərində, Marafon adlanan balaca bir kəndin yaxınlığında peyda oldu. Afina şəhəri özü isə yarımadanın qərb hissəsində yerləşirdi. Qadınlarla qocalar bura toplaşaraq intizar və iztirab içində xəbər gözləyirdilər. Atlar Attikanın dağlıq ərazilərində çapmağa vərdiş etmədiyindən Filippides adlı peşəkar qaçışçını köməyə çağırdılar. O, Marafonla Afina arasındakı 23 mil məsafəni bacardığı qədər tez qət edərək özünü bazar meydanına yığışıb həyəcan içində xəbər gözləyən şəhər sakinlərinə çatdırdı və onlara bircə: “Biz qalib gəldik. Farslar darmadağın edildilər”, – deyə bildi. Sonra isə yerə yıxılıb öldü. 1896-cı ildə Yunanıstan müasir dövrün I Olimpiya Oyunlarına ev sahibliyi edəndə yunanlar yarışlar siyahısına çox uzaq məsafəyə qaçışı da əlavə edərək onu Filippidesin qəhrəmanlığının şərəfinə marafon adlandırdılar. Bu məsafə rəsmi şəkildə 26 mil 385 yard (42 km 195 m) olaraq qəbul edildi. “Marafon” sözü böyük dözümlülük nəticəsində əldə edilən istənilən müvəffəqiyyətdən danışılarkən işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / marafon1 спорт. I сущ. марафон (бег на большое расстояние). Beynəlxalq marafon международный марафон II прил. марафонский (связанный с сверхдальними дистанциями). Marafon qaçışı марафонский бег, marafon yarışları марафонские соревнования
Azərbaycanca-rusca lüğət / marafon1 is. marathon m ; beynəlxalq ~ marathon international ; musiqi ~u marathon de musique
Azərbaycanca-fransızca lüğət / marafon1 [xüs.is.-dən]: marafon qaçışı спорт. 42 км. 195 м. мензилдиз зверуникай ибарат акъажун.
Azərbaycanca-ləzgicə lüğəti / marafon