Kote Marcanişvili
Kote Marcanişvili və ya Konstantin Marcanişvili, Rusiya imperiyasında da Konstantin Marcanov (gürc. კონსტანტინე [კოტე] ალექსანდრეს ძე მარჯანიშვილი; 28 may (9 iyun) 1872, Kvareli, Rusiya imperiyası – 17 aprel 1933, Moskva, RSFSR, SSRİ) — Rusiya, Gürcüstan və SSRİ teatr və kino rejissoru, gürcü teatrının qurucusu, Gürcüstan SSR xalq artisti.
== Həyatı ==
Kote Marcanişvili 28 may 1872-ci ildə Kvareli şəhərində anadan olmuşdur.Səhnə karyerasına 1893-cü ildə Kutaisi teatrında aktyor kimi başlamışdır. 1894-cü ildə Tiflisdə Akaki Seretelinin "Patar Kaxi" pyesində Patar Kaxi rolunda debüt etmişdir.1897-ci ildən Rus teatrlarında işləməyə başlayır. 1901-ci ildə Vyatka Teatrının səhnəsində ilk tamaşasını — Anton Çexovun "Vanya əmi" ni səhnələşdirmişdir.,
== İncəsənət fəaliyyəti ==
=== Moskva İncəsənət Teatrı ===
1910–1913-cü illərdə yüksək ideoloji repertuar, aktyorluq sənətində realizm prinsipləri ilə işləyən Moskva İncəsənət Teatrında çalışmışdır. Moskva İncəsənət Teatrında Mardjanişvili Knut Hamsunun "Həyat pəncələrində" (1911), Henrik İbsenin "Per Günt" (1912) tamaşalarını səhnələşdirmişdir. O, Fyodor Dostoyevskinin "Karamazov Qardaşları"nın yaradılmasında iştirak etmişdir (1910).
=== Azad teatr ===
Rusiyada 1905-1907-ci illər inqilabından sonrakı dövr, rus mədəniyyətinin yarı rəsmi sovet tənqidçiləri tərəfindən tez-tez "formalizm" olaraq qəbul edilən yeni iş formaları, maraqlı təcrübələr və kəşflər axtarması üçün bir vaxt idi. Bu proses sintetik teatr sənəti ideyasını həyata keçirməyə və opera, operetta, dram və pantomimada çıxış edən çox yönlü aktyorlar yetişdirməyə çalışan Mardcanaşvilini kənarda qoya bilməzdi. Göründüyü kimi, bu zaman teatr sənətinin daha çox əylənmək, ruh yüksəkliyi və ilham istəyi formalaşmışdır.