marchan sözü azərbaycan dilində

marchan

Yazılış

  • marchan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Drosera marchantii
Drosera marchantii (lat. Drosera marchantii) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Marchantiaceae
Marşansiyakimilər (lat. Marchantiaceae) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinə aid bitki fəsiləsi. Marşansiyakimilər fəsiləsinin səciyyəvi xüsusiyyəti qapalı havadaşıyıcı kameraların, ixtisaslaşmış arxeqoni və anteridinin, qısa ayaqcıqlı sporoqoninin və sporoqonidə elaterlərin olmasıdır. Bu fəsilə 16 cinsə ayrılır. Ən geniş yayılmış cinsi marşansiya (Marchantia) 52 növlə təmsil olunur. Bu cinsin polimorf marşansiya (M.polymorpha) növü kosmopolit olub, Yer kürəsinin hər yerində rast gəlinir.
Marchantiales
Marşansiya (lat. Marchantiales) — marşansiya (Marchantiidae) yarımsinfinə aid sırası. Bu sırasının nümayəndələrinin tallomu mürəkkəb anatomik quruluşa malikdir. Nümayəndələrinin əksəriyyətinin tallomunun üst qatında assimilyasiyaedici hava qatı, sadə quruluşlu ağızcıqlar, alt tərəfində amfiqastr adlanan pulcuqlar yerləşir. Sadə və dilcikşəkilli rizoidləri olur. Arxeqoni və anteridilər tallomun üst tərəfinin əsasən çuxur hissəsində yerləşir, bəzən qametofitin toxumasına söykənirlər. İnkişaf etmiş növlərdə isə onlar tallomun dirsəyinin üstündəki lövhəciklərin üzərində inkişaf edir. == Təsnifatı == Marşansiya sıranın ən geniş yayılmış fəsiləsi Marşansiyakimilər (Marchantiaceae) fəsiləsidir.
Marchantiidae
Marşansiyalar (lat. Marchantiidae) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinə aid bitki yarımsinfi. Bu yarımsinifə aid olan mamırlar birqat hüceyrəli dorzoventral quruluşa malikdir. Yarımsinif 70-ə qədər növlə nəmsil olunur. == Təsnifatı == Bu yarımsinif 2 sıraya ayrılır: marşansiya (Marchantiales) və sferokarp (Sphaerocarpales).
Marchantiophyta
Marchantiophyta (lat. Marchantiophyta) — mamırkimilər şöbəsinə aid bitki sinfi. == Təbii yayılması == == Botaniki təsviri == Ciyərotu sinfi iki yarımsinfi özündə cəmləşdirir: marşansiya (Marchantiidae) və yungermani (Jungermanniidae). Ciyərotu sinfinin nümayəndələrinin qametofit nəsli lövhəcik, tallom və ya gövdəli yarpaqlı formada olur. Tallom dorzoventral quruluşa malikdir, anatomik morfoloji qurluşuşuna görə tallomun üst tərəfi alt tərəfindən fərqlənir. Rizoidləri yalnız birhüceyrəli, müxtəlif quruluşa malik olur. Sinfin nümayəndələrinin sporoqonisi üçün xarakter əlamət onların tək və ya çoxqatlı qutucuq divarının alt hissəsində sporların inkişaf etməsidir. Sporlar tam inkişaf etdikdə sporoqoninin divarları ya qatlanır, ya da çat verir. Beləliklə, sporların yayılmasının aktivliyi təmin edilir. Sporoqonidə sporlardan əlavə sporları yaymağa xidmət edən gərilmiş hüceyrələr elaterlər olur.
Marchantia
Marşansiya (lat. Marchantia) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinin marşansiyakimilər fəsiləsinə aid bitki cinsi.
Marchantia polymorpha
Polimorf marşansiya (lat. Marchantia polymorpha) — bitkilər aləminin marchantiophyta şöbəsinin ciyərotu sinfinin marşansiya dəstəsinin marşansiyakimilər fəsiləsinin marşansiya cinsinə aid bitki növü. Bu bitki başqa bitkilərlə rəqabətdən kənar olaraq əsasən rütubətli yerlərdə, yanğın baş vermiş ərazilərdə, daşların üzərində inkişaf edir. Polimorf marşansiya 15-20 sm uzunluğunda olub, lentşəkilli, dixotomik (haçavari) budaqlanmışdır. Tallomunun orta hissəsindən qalınlaşmış damar keçir, alt tərəfindən isə rizoidlə sıx örtülü olur. Tallomun üst hissəsi epidermis ilə örtülü olur, onun altında isə rombşəkilli hava kameraları yerləşir. Kameralar rəngsiz bir qat arakəsmə ilə ayrılırlar. Hər kameranın üst tərəfində dəlik vardır ki, o da 4 cərgədə düzülmüş 12 hüceyrə ilə əhatə olunmuşdur. Bu hüceyrələr həmin dəliyin diametrini tənzimləyə bilmədiyindən ağızcıqlar həmişə açıq qalır və qaz mübadiləsini həyata keçirir. Hava kameralarının alt tərəfində çox qatlı, əsasən nişasta tərkibli toxuma yerləşir.

Oxşar sözlər

#marchan nədir? #marchan sözünün mənası #marchan nə deməkdir? #marchan sözünün izahı #marchan sözünün yazılışı #marchan necə yazılır? #marchan sözünün düzgün yazılışı #marchan leksik mənası #marchan sözünün sinonimi #marchan sözünün yaxın mənalı sözlər #marchan sözünün əks mənası #marchan sözünün etimologiyası #marchan sözünün orfoqrafiyası #marchan rusca #marchan inglisça #marchan fransızca #marchan sözünün istifadəsi #sözlük