Mariy sözü azərbaycan dilində

Mariy

Yazılış

  • Mariy • 66.6667%
  • mariy • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mariy El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mariy dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. == Əlifba == Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Кama") və "Морко мланде" ("Мorka torpağı") qəzetləri çıxır.
Ana Mariya Arraez
Ana Mariya Arraez Perez (1 yanvar 1976) — Venesuelalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Venesuelanı təmsil edir. Ana Mariya Arraez dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Ana Mariya Masiel
Ana Mariya Masiel (d. 18 noyabr 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Ana Mariya Masiel 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana Mariya Masiel 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Ana Mariya Setina
Ana Mariya Setina (9 oktyabr 1995) — Sloveniyanı təmsil edən qadın badmintonçu.
Anna Mariya
Anna Mariya — qız adı.
Anna Mariya Motsart
Anna Mariya Motsart (alm. Anna Maria Walburga Mozart‎, qızlıq soyadı Pertl; 25 dekabr 1720 – 3 iyul 1778, Paris) — Volfqanq Amadey Motsartın anası, Sankt-Qilqendə anadan olmuşdur (Avstriya), valideynləri — Yeva Rozina və Nikolaus Pertl. == Bioqrafiya == Leopold Motsart ilə 1747-ci ildə evlənmişdir. Onların 7 övladı var idi, onlardan yalnız ikisi yetkinlik yaşına çatdı. Onların qızı Mariya Anna istedadlı bir musiqiçi idi, lakin o, kiçik qardaşının uğurları fonunda kölgədə qalmışdır. Hər iki uşağı da atası tərəfindən Avropaya səyahətə aparıldı. Anna Mariya Motsart bir neçə dəfə oğlunu müşayiət etmişdir. Bəstəkar və dünya səviyyəli musiqi müəllimi ilə evlənsə də, iki möhtəşəm istedadlı uşağın anası olmasına baxmayaraq, musiqi istedadları ilə seçilməmişdir. Anna Mariya, 1778-ci il iyulun 3-də oğlu ilə birlikdə Parisə qastrol səfərində qızdırmadan vəfat etmişdir. == Uşaqları == Mariya Anna Motsart Volfqanq Amadey Motsart == Ədəbiyyat == Ingo Reiffenstein (Hrsg.): Fort mit Dir nach Paris!
Anna Mariya Yopek
Anna Mariya Yopek (14 dekabr 1970, Varşava) — Polşa caz müğənnisi. == Həyatı == 14 dekabr 1970-ci ildə Varşavada doğulub. == Albomları == Ale jestem (1997) Szeptem (1998) Jasnosłyszenie (1999) Dzisiaj z Betleyem (1999) Bosa (2000) Barefoot (international edition of Bosa) (2002) Nienasycenie (2002) Upojenie (feat.
Anxel Di Mariya
Anxel Di Maria (14 fevral 1988[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Yuventus klubunun və Argentina milli futbol komandasının yarımmüdafiçəsi.
Aqnes Mariya Klerk
Aqnes Mariya Klerk (ing. Agnes Mary Clerke, 10 fevral 1842[…] – 20 yanvar 1907[…], London) — astronom, astronomiya aid kitabların müəllifi. == Həyatı == Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu. Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı. 1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtalyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.
Araqonlu Mariya
Araqonlu Mariya (29 iyun 1482, Kordova, Əndəlüs – 7 mart 1517, Lissabon) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ikinci xanımı olaraq Portuqaliya kraliçası.
Araqonlu Mariya (Kastiliya kraliçası)
Araqonlu Mariya (isp. María de Aragón; 1403, Kastiliya – 18 fevral 1445, Villakastin[d], Kastiliya və Leon) – Araqon kralı I Ferdinandın qızı və Kastiliya kraliçası. == Həyatı == Mariya 1403-cü ildə Kastiliyada dünyaya gəldi. Atası sonrakı illərdə Araqon taxtına əyləşən Ferdinand, anası isə Alburkerkeli Elyanora idi. 1416-cı ildə atası vəfat etdi və taxta qardaşı Alfonso keçdi. Buna baxmayaraq qardaşı ölkədə sevilmirdi və oğul varisi də yox idi. Bu səbəblə Kastiliya ilə müttəfiq olmaq niyyətində idi. Bu məqsədlə bacısı Mariyanı 1418-ci ildə əmisi oğlu olan Kastiliya kralı II Conla evləndirdi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı: Ketrin (1422–1424) — doğumundan ölümünədək Asturiya şahzadəsi. Elyanora (1423–1425) — bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Avstriyalı Mariya (1505-1558)
Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi. Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi. 1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı.
Avstriyalı Mariya (Macarıstan və Bohemiya kraliçası)
Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi. Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi. 1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı.
Avstriyalı Mariya (hersoqina)
Avstriyalı Mariya (ing. Archduchess Maria of Austria) (15 may 1531, Praqa, Bohemiya tacı torpaqları[d] – 11 dekabr 1581) — Yulix-Klevez-Berq hersoqu Uilyamın ikinci xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais]. Vol. 4. Société académique d'Agen. p.
Avstriyalı Mariya Amaliya
Avstriyalı Mariya Amaliya (alm. Maria Amalia von Österreich‎) (22 oktyabr 1701, Vyana – 11 dekabr 1756) — Müqəddəs Roma imperatoru VII Karlın xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Andrea Rueth: Maria Amalia. In: Jürgen Wurst, Alexander Langheiter (Hrsg.): Monachia. Städtische Galerie im Lenbachhaus, München 2005, ISBN 3-88645-156-9 Alois Schmid: Maria Amalia, Erzherzogin von Österreich. In: Neue Deutsche Biographie (NDB). Vol. 16, Duncker & Humblot, Berlin 1990, ISBN 3-428-00197-4 Bettina Braun; Katrin Keller; Matthias Schnettger (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit.
Avstriyalı Mariya Anna (Portuqaliya kraliçası)
Avstriyalı Mariya Anna (port. Maria Ana de Áustria) (7 sentyabr 1683, Lins, Ens[d] – 14 avqust 1754, Lissabon) — Portuqaliya kralı V Conun xanımı, Portuqaliya kraliça-konsortu. Müqəddəs Roma imperatoru I Leopold və üçüncü xanımı Elyanora Maqdalenanın qızıdır. == Mənbə == Raggi, Giuseppina (2017). "The Queen of Portugal Maria Anna of Austria and the Royal Opera Theaters by Giovanni Carlo Sicinio Galli Bibiena". Music in Art: International Journal for Music Iconography. 42 (1–2): 121–140. ISSN 1522–7464 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
Avstriyalı Mariya Anna (hersoqina)
Avstriyalı Mariya Anna (alm. Maria Anna von Österreich‎) (13 yanvar 1610, Qras – 25 sentyabr 1665 və ya 28 sentyabr 1665, Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru II Ferdinandın və xanımı Bavariya Anna Mariyanın qızıdır. 1635-ci ildə Bavariya kürfürstü olan dayısı I Maksimilyanla evləndirildi. Ərinin vəfatından sonra kürfürst seçilən 15 yaşlı oğlu Ferdinandın adına 3 il bölgəni idarə etdi. == Mənbə == Friedrich Anton Wilhelm Schreiber: Maximilian I. der Katholische, Kurfürst von Bayern und der dreißigjährige Krieg, Fleischmann, 1868, p. 707 C. Arnold: Grundriß der bayerischen Geschichte, Jaquet, 1853, p. 99 Roswitha von Bary: Henriette Adelaide. Kurfürstin von Bayern. Unveränderter Nachdruck der Original-Ausgabe München 1980.
Avstriyalı Mariya Anna (İspaniya kraliçası)
Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634, Vyana – 16 may 1696[…], Madrid) — İspaniya kralının xanımı. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır. 15 yaşında ikən dayısı olan IV Filipplə evləndi və İspaniya kraliçası oldu. Ərinin vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karlosa kral naibəsi olaraq xidmət etdi. Sonrakı illərdə isə oğlunun əqli zəifliyi səbəbilə ölümünədək dövlət idarəsində söz sahibi oldu. Oğlunun rəsmi bir varisi olmaması, qohumluq əlaqələri olan digər Avropa monarx ailələrinin ölkəyə müdaxiləsi ilə nəticələndi. == Mənbə == Barton, Simon (2009). A History of Spain. Palgrave.
Avstriyalı Mariya Anna Jozefina
Avstriyalı Mariya Anna Jozefina (alm. Maria Anna Josepha von Österreich‎) (20 dekabr 1654, Reqensburq – 4 aprel 1689 və ya 14 aprel 1689, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın və xanımı Elyanora Qonzaqanın qızıdır. 1678-ci ildə Pfals kürfürstü olan İohan Vilhelmlə evləndirildi. Ancaq ölümündən bir il sonra əri Pfals kürfürstü olmuşdur. == Mənbə == Cartwright, Julia Mary (1913). Christina of Denmark, Duchess of Milan and Lorraine, 1522–1590. New York: E. P. Dutton. pp. 536–539 Ferdinand C. Böheim, Wendelin Boeheim: Chronicle of Wiener-Neustadt, vol. 2, Prandel & Ewald, 1863, p.
Avstriyalı Mariya Antonia
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Avstriyalı Mariya Jozefina (Polşa kraliçası)
Avstriyalı Mariya Jozefina (pol. Maria Józefa) (8 dekabr 1699, Hofburq sarayı[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası və ya Vyana – 17 noyabr 1757, Drezden, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — Polşa kralı və Böyük Litva knyazı III Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Helen, Watanabe-O'Kelly (2004). "Religion and the Consort: Two Electresses of Saxony and Queens of Poland (1697–1757)". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 252–275.
Avstriyalı Mariya Kristina
Avstriyalı Mariya Kristina (isp. María de las Mercedes de Orleans y Borbón) (21 iyul 1858[…] – 6 fevral 1929[…], Madrid) — İspaniya kralının xanımı. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Christina of Spain" . Encyclopædia Britannica. Vol. 6 (11th ed.). Cambridge University Press. p.
Avstriyalı Mariya Leopoldino
Avstriyalı Mariya Leopoldino (28 noyabr 1632, İnsbruk – 7 avqust 1649[…], Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın ikinci xanımı. Atası Avstriya hersoqu V Leopold, anası isə onun xanımı Klaudye Mediçidir. Yeganə övladı olan Karl Jozefin doğumunda vəfat etdi. Övladı isə cəmi 15 yaşında ikən bilinməyən bir səbəblə vəfat etdi. == Mənbə == Bettina Braun, Katrin Keller, Matthias Schnettger: Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit, Böhlau ed., Vienna 2016 ISBN 978-3-20-520085-7 Richard Reifenscheid: Die Habsburger. Von Rudolf I. bis Karl I.; Verlag Styria Graz/Wien/Köln 1982, ISBN 3-85001-484-3 Acton, Harold: The Last Medici, Macmillan, London, 1980, ISBN 0-333-29315-0 Akkerman, Nadine (2011). The Correspondence of Elizabeth Stuart, Queen of Bohemia. Oxford University Press. ISBN 978-0199551088 Barthold, Friedrich Wilhelm (1843). Geschichte des großen deutschen Krieges vom Tode Gustav Adolfs.
Avstriyalı Mariya Tereza
Avstriyalı Mariya Tereza (isp. María Teresa de Austria; fr. Marie-Thérèse d'Autriche) (d. 10 sentyabr 1638 – ö. 30 iyul 1683) — Fransa kralı XIV Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı IV Filipin qızı olaraq İspaniya infantası idi. Mariya Tereza Fransa ilə İspaniya arasındakı müharibənin sonlanması üçün 1660-cı ildə bibisi oğlu olan Fransa kralı XIV Lüdoviklə evləndirildi. Qatı dindarlığı ilə fərqlənən Mariya Tereza Fransanın siyasi həyatından uzaq qaldı. == Mənbə == Wolf 1968, p. 328 Chisholm, Hugh, ed.
Bavariyalı Anna Mariya
Bavariyalı Anna Mariya (21 mart 1551 - 29 aprel 1608) — Avstriya hersoqinası. Bavariyalı Anna Mariya (8 dekabr 1574 - 8 mart 1616) — Avstriya hersoqu II Ferdinandın xanımı, Avstriya hersoqinası. Bavariyalı Mariya Anna Viktoriya (28 noyabr 1660 - 20 aprel 1690) — Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

"mariy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mariy nədir? #mariy sözünün mənası #mariy nə deməkdir? #mariy sözünün izahı #mariy sözünün yazılışı #mariy necə yazılır? #mariy sözünün düzgün yazılışı #mariy leksik mənası #mariy sözünün sinonimi #mariy sözünün yaxın mənalı sözlər #mariy sözünün əks mənası #mariy sözünün etimologiyası #mariy sözünün orfoqrafiyası #mariy rusca #mariy inglisça #mariy fransızca #mariy sözünün istifadəsi #sözlük