marjinalizm sözü azərbaycan dilində

marjinalizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • marjinalizm • 66.6667%
  • Marjinalizm • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marjinalizm
Marjinalizm (fr. Marginalisme) — XIX əsrin 70-ci illərində kapitalizmin iqtisad elmində subyektiv-psixoloji istiqamət meydana gəlmişdir. Marjinalizm fransız sözü olub, mənası "hədd" deməkdir. Marjinalizm iqtisadi hadisə və proseslərin təhlilində son kəmiyyətə, həddə üstünlük verir, faydalılıq həddi, məhsuldarlıq həddi, gəlirlilik həddi, məsrəf həddi və s. bu kimi iqtisadi kateqoriyaları öz tədqiqatının mərkəzində saxlayır. Marjinalizmin ideyalarının ilkin yaradıcıları və tədqiqatçıları Avstriyanın paytaxtı Vyana Universitetinin professorları Karl Menger, Yevgeni Bem-Baverk və Fridrix Vizer olmuşlar. Məhz həmin səbəbdəndir ki, bu cərəyanın çox mühüm bir hissəsi hazırda Avstriya məktəbi adı ilə məşhurdur. Bununla yanaşı həmin məktəbin İngiltərədə Uilyam Stenli Cevons, İsveçrədə Leon Valras, Fransada Şarl Jid və s. kimi görkəmli tərəfdarları və davamçıları olmuşlar. Avstriya məktəbi nümayəndələrinin və onların davamçılarının tədqiqatlarının əsas məzmunu odur ki, burada fərdin psixologiyası ictimai münasibətlərin əsasında saxlanılır, məhdud resurslar şəraitində subyektin öz mövcud tələbatlarını ödəmək üçün iqtisadi qərarları, davranışı əsas tədqiqat obyektinə çevrilir.

Oxşar sözlər

#marjinalizm nədir? #marjinalizm sözünün mənası #marjinalizm nə deməkdir? #marjinalizm sözünün izahı #marjinalizm sözünün yazılışı #marjinalizm necə yazılır? #marjinalizm sözünün düzgün yazılışı #marjinalizm leksik mənası #marjinalizm sözünün sinonimi #marjinalizm sözünün yaxın mənalı sözlər #marjinalizm sözünün əks mənası #marjinalizm sözünün etimologiyası #marjinalizm sözünün orfoqrafiyası #marjinalizm rusca #marjinalizm inglisça #marjinalizm fransızca #marjinalizm sözünün istifadəsi #sözlük