Marqarita sözü azərbaycan dilində

Marqarita

Yazılış

  • Marqarita • 94.8174%
  • MARQARİTA • 4.7114%
  • marqarita • 0.4711%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marqarita
Marqarita — ad. Bu adı olan tanınmışlarMarqarita Fernandez — Dominikan Respublikasının birinci xanımı. Marqarita Porete — Fransız mistik. Marqarita Zavala — Meksikanın birinci xanımı.DigərMarqarita (ada) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası.
Avstriyalı Marqarita
Avstriyalı Marqarita (ing. Margaret of Austria) (d. 10 yanvar 1480 — ö. 1 dekabr 1530) — Müqəddəs Roma imperatoru Maksimilyanın yeganə qızı. Habsburq Niderlandiyasının ilk qadın naibəsi. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın qızı olan Marqarita hələ 2 yaşında ikən anası vəfat etdi. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın oğlu və varisi Conla evləndirildi. == Mənbə == Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan.
Marqarita (ada)
Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir. Əhalisi 490 min nəfərdir (2011). == Coğrafiyası == Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir. == Tarixi == Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir.
Marqarita Aliyçuk
Marqarita Sergeyevna Aliyçuk (d. 10 avqust 1990; Seversk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Marqarita Aliyçuk, Rusiyanı 2008 Peкin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Marqarita Aliyçuk, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yelena Posevina, Anna Qavrilenko, Tatyana Qorbunova, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Marqarita Annenskaya
Marqarita Matveyevna Annenskaya (30 iyul 1896, Tiflis – 11 yanvar 1967, Bakı) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956) == Səhnə fəaliyyəti == Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Əsas rolları: Panova ("Lyubov Yarovaya", K.Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J.B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.
Marqarita Byufort
Marqarita Byufort (ing. Margaret Beaufort) (d. 31 may 1443 - ö. 29 iyun 1509) — İngiltərə kralı VII Henrinin anası, Gül müharibəsindəki önəmli fiqurlardan biri. Oğlu taxta çıxsa da, heç vaxt kral xanımı olmadı və bu səbəblə tarixi mənbələrdə Leydi Marqarita olaraq anılır. İngiltərə kralı III Eduardın şəcərəsindən gələn Marqarita İngiltərə taxtına olan mübahisəli iddiasını oğluna ötürdü və yeganə oğlu olan Henri Tüdorun taxta oturması uğrunda bir çox intriqalara qarışdı. Onun səyləri nəticəsində oğlu Henri Tüdor Bosvort döyüşündə III Riçardı məğlub edərək taxta oturdu. Beləcə İngiltərə tarixində Tüdorlar dönəmi başladı. Bundan başqa Leydi Marqarita İngiltərədəki mədəni inkişafın da güclü dəstəkçilərindən oldu. == Həyatı == === İlk illəri === Leydi Marqarita 31 may 1443-cü ildə Con Byufortun və Marqarita Byuçempin yeganə qızı və varisi olaraq Bedfordşirdə dünyaya gəldi.
Marqarita Fernandez
Marqarita Fernandez — Dominikan Respublikasının birinci xanımı Marqarita Fernandez 1965-ci ildə anadan olub. Dominikanın prezidenti Lionel Fernandes ilə ailə həyatı quran Marqaritanın Emil Ramon, Qabriela Angelissa və Yolanda America Maria adlı övladları var. 2009-cu ilin oktyabr 16-da Margarita Fernandezin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı üzrə xoşməramlı səfiri kimi namizədliyi irəli sürülüb. Fernandezin 2012-ci ilin prezident seçkiləri üçün onun ilkin namizədliyi qeydə alınıb.
Marqarita Levieva
Marqaritan Vladimirovna Levieva (rus. Маргари́та Влади́мировна Леви́ева; 9 fevral 1980, Leninqrad) — Rusiya-ABŞ aktrisası.
Marqarita Mamun
Marqarita "Rita" Mamun-Suxorukova (d. 1 noyabr, 1995; Moskva, Rusiya) — Rusiyalı bədii gimnast. Marqarita Mamun 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Marqarita Mamun həm də, 2013, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarında 4 qızıl və 5 gümüş medala, 2013–2015-ci illərdə baş tutan Dünya Çempionatlarında isə 7 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olan Marqarita Mamun 2013-cü ildə Kazan şəhərində baş tutan XXVII Ümumdünya Yay Universiadasının 4 qat çempionudur. Marqarita Mamun Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 avqust 2016-cı il tarixli 429 nömrəli Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. == Həyatı == Marqarita Mamun 1995-ci il 1 noyabrda Moskva şəhərində anadan olub. Marqarita Mamun həm Rusiya, həm də Banqladeş vətəndaşlığına sahibdir. Onun atası, Abdulla Al Mamun, milliyyətcə benqaldır və ixtisasca dəniz mühəndisidir. Abdulla Al Mamun, qızının Olimpiya çempionu olmasından 6 gün sonra, avqustun 26-sı uzun sürən xərçəng xəstəliyindəən sonra vəfat edib.
Marqarita Porete
Marqarita Porete (fr. Marguerite Porete; 1250[…], Eno qraflığı – 1 iyun 1310, Paris, Fransa krallığı) — Fransız mistik. "Sadə ruhların güzgüsü" kitabını paylaşmaqdan imtina etdiyi üçün iblisə xidmət etməkdə günahlandırılmış və 1310-cu ildə yandırılaraq edam edilmişdir.
Marqarita Simonyan
Marqarita Simonyan (rus. Маргари́та Симо́новна Симонья́н; 6 aprel 1980, Krasnodar) — Erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı. Rusiyanın RT kanalının baş redaktorudur. Xarici KİV-lər Marqarita Simonyanın televiziya şousunu Vladimir Putinin təbliğatını təşviq etmək üçün platforma olmaqda ittiham edir.
Marqarita Tüdor
Marqarita Tüdor (ing. Margaret Tudor) (28 noyabr 1489, London – 18 oktyabr 1541[…]) — Şotlandiya kralı IV Ceymsin xanımı, Şotlandiya kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin qızıdır. Ərinin ingilislərlə müharibədə həlak olmasının ardından taxta çıxarılan 1 yaşlı oğlu V Ceymsin yerinə 2 il boyunca naiblik etmişdir. Marqaritanın IV Ceymslə baş tutan bu evliliyi təxminən 100 il sonra İngiltərə və Şotlandiya krallıqlarının birləşməsi ilə nəticələndi. Belə ki, onun ilk nigahından doğulan nəvəsi Mariya və ikinci nigahından doğulan nəvəsi Henri Stüart evlənmiş, bu cütlüyün yeganə övladı olan Ceyms isə 1567-ci ildə Şotlandiya, 1603-cü ildə İngiltərə kralı elan edilmişdir. Nəticədə hər 2 krallıq sonsuza qədər birləşmişdir. == Həyatı == === Uşaqlıq illəri === Marqarita Tüdor 28 noyabr 1489-cu ildə İngiltərə kralı VII Henrinin böyük qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 2 gün sonra Həvari Andreyin anma günündə Müqəddəs Marqarita kilsəsində vəftiz edildi və nənəsi Marqarita Byufortun şərəfinə Marqarita adını aldı. Uşaqlıq illəri ilə bağlı ilk məlumat 8 yaşına aiddir.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Marqarita Əzizova
Marqarita Əzizova (d. 25 aprel 1993) — Azərbaycanı təmsil edən voleybolçu. Marqarita Əzizova, Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan Avropa Oyunlarına qatılıb və 4-cü yeri tutub.
Savoylu Marqarita
Savoylu Marqarita (28 aprel 1589, Turin – 26 iyun 1655, Miranda-de-Ebro[d]) — hersoq Savoylu I Karl Emmanuilin və İspaniya kralı II Filipin qızı Katalina Mikaelanın 5-ci övladı, Mantuya kralı IV Françesko Qonzaqanın həyat yoldaşı. Tarixə Portuqaliyanın son ispan vitse-kraliçası (sərdarı) kimi düşüb. == Bioqrafiya == === Françesko Qonzaqanın yoldaşı === 1608-ci ilin fevralın 19-da Mantuya taxtının varisi Françesko ilə Turində ailə qurur. 1612-ci il fevralın 9-u onun yoldaşı atasının taxtına keçir, lakin həmin ilin dekabrın 22-si vəfat edir. Evli olduğu zaman ərzində Marqarita 3 uşaq doğur, lakin onlardan yalnız biri – böyük qızları Mariya Qonzaqa həyatda qala bilir. Yoldaşı və oğlu çiçək xəstəliyinin qurbanı olur. Yoldaşı vəfat etdikdə Marqarita hamilə olduğunu iddia edirdi ki, lakin qısa zamanda onun yalanı ifşa edildi. Beləliklə, taxt yoldaşının qardaşı I Ferdinando Qonzaqaya keçir. Kardinal olan Ferdinando dini sandan imtina edərək, Mantuyanın hersoq tacını geyir. Eyni zamanda, Mariya Qonzaqa de-yure olaraq Monferratın hersoqluq tacının sahibi olur, çünki tarixi olaraq bu hersoqluq yalnız ana xətti ilə əldə edilə bilərdi.
Valualı Marqarita
Valualı Marqarita (ing. Margaret of Valois; fr. Marguerite de Valois) (d. 14 may 1553 – ö. 27 mart 1615) — Navarra və Fransa kralı IV Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı II Henri və Yekaterina Mediçinin qızı, II Fransisk, IX Karl və III Henrinin doğma bacısı idi. Fransadakı katoliklər və kalvinistlər arasında sülh yaratmaq məqsədilə planlaşdırılan Marqaritanın Navarra kralıyla baş tutan evliliyi, nigahdan 6 gün sonra baş tutan Varfolomey gecəsi qətliamı ilə ləkələndi. Kiçik qardaşı Anju hersoqu Fransiskin hugenotlar üzərinə tərtib etdiyi hərbi əməliyyatlar əsnasında qardaşının tərəfini tutmuş, bu səbəblə ərinin dərin nifrətini qazanmışdır. Navarra kraliçası olaraq əri və Fransa monarxiyası arasındakı münasibətləri tənzimləməyə çalışan Marqarita 2 saray arasında get-gəl edərək uzlaşma yaratmaq istəsə də, nəticədə öz evliliyi pozuldu. Ərinin ondan üz çevirməsinin ardından Marqarita 1585-ci ildə Navarradakı müxalif qüvvələrə və katolik birliklərə rəhbərlik etməyə başladı.
Avstriyalı Marqarita Tereza
Avstriyalı Marqarita Tereza (isp. Margarita Teresa de Austria) (12 iyul 1651[…], Madrid – 12 mart 1673, Vyana) – Müqəddəs Roma imperatoru I Leopoldun xanımı. Atası İspaniya kralı IV Filipp, anası isə Müqəddəs Roma imperatoru III Ferdinandın qızı Mariya Annadır. Məşhur ispan rəssamı Dieqo Velaskesin Las Meninas portretinin baş fiqurudur. == Mənbə == Ingrao, Charles W., The Habsburg Monarchy, 1618–1815 (New Approaches to European History) [Paperback], # Paperback: 288 pages, Cambridge University Press; 2 edition (October 2, 2000), in English, ISBN 0-521-78505-7 Kann, Robert A., A History of the Habsburg Empire, 1526–1918, Paperback, 661 pages, University of California Press, edition (November 26, 1980), in English ISBN 0-520-04206-9 ISBN 978–0520042063 Magosci, Paul Robert, ´´Historical Atlas of Central Europe (History of East Central Europe, Vol.
Mariya Marqarita Kirx
Mariya Marqarita Kirx (alm. Maria Margaretha Kirch‎, 25 fevral 1670 – 29 dekabr 1720) —Alman astronomu. == Həyatı == 1670-ci ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rahib olan atası qadınların təhsil almasının vacibliyinə inanırdı və bu səbəbdən öz qızına çox erkən yaşdan etibarən müəllimlik edir. Atasının ölümündən sonra Mariyanın təhsili ilə əmisi məşğul olur. Mariya kiçik yaşlarında astronomiyaya maraq göstərməyə başlayır. Gənclik illərində astronomiya ilə əlaqəsini gücləndirmək üçün ailəvi tanış olduğu astronom Kristofer Arnoldun köməkçisi və şagirdi olur. Arnold vasitəsiylə Mariya dövrünün ən məşhur alman astronomlarından biri olan Qotfrid Kirxlə tanış olur. Aralarındakı 30 illik yaş fərqinə baxmayaraq, onlar 1692-ci ildə ailə qururlar. Beləliklə, o, astronomiya karyerasına başlamış olur.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Avstriyalı Marqarita (İspaniya kraliçası)
Avstriyalı Marqarita (isp. Margarita de Austria) (25 dekabr 1584, Qras – 3 oktyabr 1611[…], Eskorial) — İspaniya və Portuqaliya kraliçası. == Mənbə == Magdalena S. Sánchez, Pious and Political Images of a Habsburg Woman at the Court of Philip III (1598–1621). in: Magdalena S. Sánchez and Alain Saint-Saëns (ed.), Spanish women in the golden age: images and realities. Greenwood Publishing Group (1996). Wurzbach, Constantin, von, ed. (1860). "Habsburg, Karl II. von Steiermark" . Biographisches Lexikon des Kaiserthums Oesterreich [Biographical Encyclopedia of the Austrian Empire] (in German). 6.
Burqundiyalı Marqarita (Fransa kraliçası)
Burqundiyalı Marqarita (fr. Marguerite de Bourgogne; 1290 – aprel 1315, Şato-Qayar[d]) — Fransa kralı X Lüdovikin ilk xanımı, Fransa kraliçası. Kraliçalığı dövrü boyunca həbsdə tutulmuşdur. Marqarita Fransa kralı IX Lüdovikin qızı Aqnessa və Burqundiya hersoqu II Robertin ikinci qızı olaraq 1290-cı ildə dünyaya gəldi. 1305-ci ildə Fransa kralı IV Filippin böyük oğlu və yenicə Navarra kralı olan I Lüdoviklə evləndirildi. Üstəlik cütlük uzaq qohum idi. Belə ki, I Lüdovikin atası Fransa kralı IV Filipp Marqaritanın dayısıoğlu idi. Cütlüyün yeganə övladı olan Janna 1312-ci ildə dünyaya gəldi. 1314-cü ilin əvvəlində Marqarita Nesl qalası skandalında ələ keçirildi. İngiltərə kraliçası olan və o əsnada Parisə ziyarətə gələn baldızı Fransalı İzabellanın əleyhində şahidlik etməsiylə, Marqarita və kralın digər gəlini Burqundiyalı Blanş təqsirli görülərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər.
Fransalı Marqarita (İngiltərə kraliçası)
Fransalı Marqarita (fr. Marguerite de France; 1282, Paris – 14 fevral 1318) — İngiltərə kralı I Eduardın ikinci xanımı, İngiltərə kraliçası. == Mənbə == Williamson, David (1986). Kings and Queens of Britain. Topsfield, MA: Salem House Publ. ISBN 0-88162-213-3 Crawford, Anne (2003). "Margaret of France (c.1277–1318)". In Hartley, Cathy (ed.). A Historical Dictionary of British Women.
Yorklu Marqarita
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Luzinyanlı Marqarita
Puatye-Luzinyanlı Marqarita (1276 – 1296) — Kral III Torosun birinci arvadı olaraq Ermənistan kraliçası. O, 1293-cü ildən üç il sonra ölümünə qədər kraliça oldu. Onun dörd il padşahlıq edən III Levon və taleyi məlum olmayan Boemund adlı iki oğlu var idi. == Ailəsi == Marqarita 1276-cı ildə Kipr Kralı III Hyu və İbelinli İzabellanın qızı olaraq anadan olub. Kipr Kralı I İoahann da daxil olmaqla 10 qardaş-bacısı var idi. O, 12-ci əsrin sonlarından etibarən Kipr və Yerusəlimin səlibçi dövlətlərini idarə edən nüfuzlu fransız luzinyan sülaləsinin kadet qolunun üzvü idi. == Ermənistan kraliçası == 9 yanvar 1288-ci ildə Ermənistan Kralı II Levonun oğlu Toros ilə evləndi. Papa IV Honoriy onların evliliyi üçün icazə verdi; bu baş tutdu və dispensasiya 23 may 1286-cı il tarixli idi. O, 1289-cu ildə varis oldu və 1293-cü ildə Erməni Kilikiya Krallığının kralı kimi devrilmiş qardaşı II Hethumun yerinə keçdi. 8 yanvar 1290-cı ildə təxminən 13 və ya 14 yaşında Marqarita Levon adlı oğul dünyaya gətirdi, o, daha sonra 1303-cü ildən 7 noyabr 1307-ci ilə qədər bir monqol tərəfindən öldürüldüyü zamanadək padşah kimi hökmranlıq etdi.
Marqarita de Valua
Valualı Marqarita (ing. Margaret of Valois; fr. Marguerite de Valois) (d. 14 may 1553 – ö. 27 mart 1615) — Navarra və Fransa kralı IV Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı II Henri və Yekaterina Mediçinin qızı, II Fransisk, IX Karl və III Henrinin doğma bacısı idi. Fransadakı katoliklər və kalvinistlər arasında sülh yaratmaq məqsədilə planlaşdırılan Marqaritanın Navarra kralıyla baş tutan evliliyi, nigahdan 6 gün sonra baş tutan Varfolomey gecəsi qətliamı ilə ləkələndi. Kiçik qardaşı Anju hersoqu Fransiskin hugenotlar üzərinə tərtib etdiyi hərbi əməliyyatlar əsnasında qardaşının tərəfini tutmuş, bu səbəblə ərinin dərin nifrətini qazanmışdır. Navarra kraliçası olaraq əri və Fransa monarxiyası arasındakı münasibətləri tənzimləməyə çalışan Marqarita 2 saray arasında get-gəl edərək uzlaşma yaratmaq istəsə də, nəticədə öz evliliyi pozuldu. Ərinin ondan üz çevirməsinin ardından Marqarita 1585-ci ildə Navarradakı müxalif qüvvələrə və katolik birliklərə rəhbərlik etməyə başladı.
Faust və Marqarita (film, 1897)
Faust və Marqarita (fransızca: "Faust et Marguerite") — qısametrajlı ilk filmlərdən biridir. Səssiz filmdir. Rejissoru Jorj Melyesdir. İstehsal edildiyi 1897-ci ildə göstərilən film kino tarixinin ilk filmləri sırasındadır. == Xarici keçidlər == Faust və Marqarita — Internet Movie Database saytında.
Marqarita Çernovanın binası (Rostov-na-Donu)
Marqarita Çernoqanın binası — Rostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi 27/47 ünvanında yerləşən bina. Binanın tikintisi 1899-cu ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Binanın sahibi Marqarita Çernova olmuşdur. Layihəsinin müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur. == Tarixi == Bolşoy Sadovnaya küçəsi ev 27/47 ünvanında yerləşən bina Marqarita Nikitiç Çernovanın pərəstişkarı tərəfindən inşa edilərək ona hədiyyə edilmişdir. Bu şəxs Paramnovlar ailəsinin üzvü olmuşdur. Binanın layihə müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində binada ballar, şənliklər təşkil edilirdi. Binanın birinci mərtəbəsində əsasən ticari obyektlər yerləşirdi.
I Marqarita (Burqundiya qrafinyası)
I Marqarita (fr. Marguerite I de Bourgogne; 1309 – 9 may 1382, Paris) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası. O, həmçinin Flandriya qrafı I Lüdovikin xanımı, Flandriya qrafinyası oldu. Ancaq ərinin 1346-cı ildə Kresi döyüşündə həlak olmasının ardından yeganə oğlu II Lüdovik qraf elan edildi və azyaşlı olması səbəbilə, Marqarita onun naibəsi təyin edildi. 1357-ci ildə adaşı olan nəvəsi Marqaritanı bacısı Jannanın nəvəsi və varisi I Filipplə evləndirdi. Məqsəd valideynlərindən miras qalan Artes və Burqundiya qraflıqlarını əldən qaçırmamaq idi. Ancaq bu cütlüyün övladı olmadı və 1361-ci ildə I Filippin vəfatının ardından Artes və Burqundiya qraflığı nənə Marqaritanın əlinə keçdi. Nəvə Marqaritanı isə 1369-cu ildə Fransa kralı II Conun oğlu Cəsur Filiplə evləndirdi. 1382-ci ildə nənə Marqarita vəfat etdi və bütün mülkləri 2 il sonra vəfat edəcək yeganə oğlu II Lüdovikə miras qaldı. Onun ölümündən sonra isə bu mülk və ünvanlar nəvəsi Marqaritaya miras qaldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.88 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 34.26
2003 ••••••••• 14.17
2004 ••• 4.72
2005 ••••• 7.42
2006 •• 1.80
2007 •• 1.90
2008 •• 2.92
2009 ••• 3.68
2010 •• 2.72
2011 1.63
2012 1.46
2013 •• 2.04
2014 •• 1.72
2015 •• 2.38
2016 ••••• 6.94
2017 •• 1.79
2018 1.50
2019 •• 2.64
2020 •• 2.39

Oxşar sözlər

#marqarita nədir? #marqarita sözünün mənası #marqarita nə deməkdir? #marqarita sözünün izahı #marqarita sözünün yazılışı #marqarita necə yazılır? #marqarita sözünün düzgün yazılışı #marqarita leksik mənası #marqarita sözünün sinonimi #marqarita sözünün yaxın mənalı sözlər #marqarita sözünün əks mənası #marqarita sözünün etimologiyası #marqarita sözünün orfoqrafiyası #marqarita rusca #marqarita inglisça #marqarita fransızca #marqarita sözünün istifadəsi #sözlük