Marquşa sözü azərbaycan dilində

Marquşa

Yazılış

  • Marquşa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Marquşavan
Şıxarx (əvvəlki adları: Leninavan, daha əvvəl — Marquşevan; ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Şıxarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Şıxarx qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini "Marağa" adlandırdılar. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar ərzidə abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstünü daşla hörmüşlər. 30 iyun 1959-cu il tarixində Marquşevan kəndinin adı dəyişdirilib Leninavan adlandırılmışdı. Digər mənbəyə görə, indiki Şıxarx 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. Sovet vaxtı Azərbaycan SSR 1961-ci il üçün, 1963-cü il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə Marağa kəndi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan kənd Sovetinin tərkibində göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 yanvar 1966-cı il tarixli Fərmanı ilə Leninavan kəndini şəhər tipli qəsəbələr kateqoriyasına keçirmək, şəhər tipli Leninavan qəsəbəsində qəsəbə Soveti yaratmaq, Leninavan kənd Sovetini ləğv etmək, şəhər tipli Leninavan qəsəbəsi ilə birləşdiyi üçün Marağa kəndini yaşayış məntəqələri siyahısından çıxarmaq haqqında o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarının təsdiq edilməsi qərara alınmışdı. Qarabağ münaqişəsinin başlamasından əvvəl Azərbaycan SSR 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Leninavan şəhər tipli qəsəbəsi Azərbaycan SSR-nin tərkibindəki o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Leninavan qəsəbə Sovetinin mərkəzi kimi göstərilir.
Marquşavan əməliyyatı
Marquşavan əməliyyatı və ya Marağa əməliyyatı — 10 aprel 1992-ci ildə, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı indiki Şıxarx kəndinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi Azərbaycanın Tərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.

Oxşar sözlər

#marquşa nədir? #marquşa sözünün mənası #marquşa nə deməkdir? #marquşa sözünün izahı #marquşa sözünün yazılışı #marquşa necə yazılır? #marquşa sözünün düzgün yazılışı #marquşa leksik mənası #marquşa sözünün sinonimi #marquşa sözünün yaxın mənalı sözlər #marquşa sözünün əks mənası #marquşa sözünün etimologiyası #marquşa sözünün orfoqrafiyası #marquşa rusca #marquşa inglisça #marquşa fransızca #marquşa sözünün istifadəsi #sözlük