* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Fransa kralı XIV Lüdovik dövrünün ən görkəmli hökmdarı idi. O, sərkərdə kimi də şöhrət qazanmaq istəyirdi. Bu səbədən ölkəni müharibələr silsiləsinə sürüklədi. Nəticədə Fransa Avropanın ən qüdrətli dövlətlərindən birinə çevrildi. O zamanlar müharibələr xüsusi hazırlıq keçmiş peşəkar hərbçilərdən ibarət kiçik dəstələrlə aparılırdı. Məsələ orasındadır ki, keçmişdə atıcı silahlar o qədər də mükəmməl olmadığından təlim görməmiş əsgərlər bütün istək və bacarıqlarını ortaya qoysalar belə, hədəfi çox nadir hallarda düzgün nişan ala bilirdilər. Bu silahı səmərəli etməyin yeganə yolu əsgərlərə hamının eyni zamanda atəş açmasına imkan yarada biləcək nizami cərgə yaratmağı öyrətmək idi. XIV Lüdovik, təbii ki, əsgərlərə vahid cərgədə hərəkət eləməyi, sıradakı yerini atəş altında tərk etməməyi, komandirin əmri ilə hamının eyni zamanda tətiyi çəkməyi öyrətməyin vacib olduğunu düşünürdü. Bu iş üçün Lüdovik uyğun bir adam tapdı – onun adı Jan Martine idi. 1660–70-ci illər arasında o, ardı-arası kəsilməyən qaba hərbi təlimlər nəticəsində istədiyi məqsədə çatdı. Buna görə, təbii ki, hamı ona nifrət edirdi. O vaxtdan sərt hərbi nizam-intizam tərəfdarlarını Martine adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / martine