Hesperis matronalis
Hesperis matronalis (lat. Hesperis matronalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin hesperis cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik bitkidir. Gövdəsi əyilmiş, qısa budaqlı və ya uzun, hündürlüyü (15) 30-100 sm, sadə və ya qarışıq tükcüklüdür. Yarpaqları yumurtavari və ya uzunsov-lansetvari, ucubiz, kənarları diş-dişli və ya demək olar bütöv, aşağı yarpaqları saplaqlı, yuxardakılar oturaq, dar lansetvaridir. Salxımı qeyri-sıxdır. Çiçəkləri xoş ətirli, ləçəkləri bənövşəyi, çəhrayı, az hallarda ağ rəngdədir. Buynuzmeyvələri demək olar ki düz, təsbehvari, uzunluğu 5-12 sm, nazik, çılpaq və ya tüklənmişdir. Toxumları xırda, mixəyidir.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır.