mavzoley sözü azərbaycan dilində

mavzoley

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mavzoley • 71.6981%
  • Mavzoley • 24.5283%
  • MAVZOLEY • 3.7736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayşə Bibi (mavzoley)
Ayşə Bibi (qaz. Айша бибі) ― Tarazın qərbində, Ayşə Bibi kəndində yerləşən, zadəgan bir qadına aid 11-12-ci əsr mavzoleyi. Tikili yerli əhali arasında sevgi və sədaqət abidəsi olaraq məşhurlaşmışdır. == Dizayn == Rəvayətə görə, məqbərə Qaraxanilər sülaləsinin hökmdarı tərəfindən sufi şairi Xakim-Atanın qızı, gözəl nişanlısı Ayşə Bibi üçün tikilmişdir. Mavzoleyin memarlıq formaları və bəzəkləri incə krujeva xatırladır. Bütün bina 60 müxtəlif çiçəkli həndəsi naxış və xəttatlıqdan istifadə edilərək oyulmuş terrakota plitələrlə örtülmüşdür. Ayşə Bibi mavzoleyi üslub baxımından Buxaradakı Samani türbəsinin davamçılarındandır. === Abidə === Ayşə Bibi daha böyük bir kompleksin bir hissəsidir. Tikilidən on metr məsafədə Babacı Xatun ("müdrik kraliça") adlı ikinci bir məqbərə, yolun qarşı tərəfində isə müqəddəsləşdirilmiş əhəng daşı mağarası var. Kompleks qərbdən Taraz vahəsinə baxan silsilədə yerləşir.
Halikarnas mavzoleyi
Halikarnas mavzoleyi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. 5-ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi.Məqbərə eramızdan əvvəl 351-ci ildə yaradılmışdır. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarusu yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatlı maşın Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.Mavsolun adından "mavzoley" sözü yaranmışdır... Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır. == Qalereya == == Ədəbiyyat == Bodream, İjon-Piser Sullyet, Anagramme Ed, 2010, ISBN 978-2-35035-279-4. == İstinadlar == == Həmçinin bax == Misir ehramları Rodoslu Koloss == Xarici keçidlər == Oktay Talıstanlı.
Rza Pəhləvinin mavzoleyi
Rza Şah Pəhləvinin türbəsi — Tehranın cənubunda,Rey Şəhərində İran şahının məzarı. 1980-ci ilin fevralında İran İslam İnqilabının ilk günlərində Rza Şahın türbəsi ayətullah Sadeq Xalxalinin rəhbərliyi ilə məhv edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.39
2006 ••••••••••••••• 0.45
2007 •••••••••••••••••••• 0.63
2011 ••• 0.09
2012 •••••• 0.17
2013 •••••••••• 0.29
2015 •••••• 0.17
2017 ••••••••••• 0.33
2018 ••••• 0.15

mavzoley sözünün leksik mənası və izahı

mavzoley sözünün etimologiyası

  • 1 E.ə. 377-ci ildə Kiçik Asiyanın cənub-şərqini Mavsol isimli hökmdar idarə etməyə başlayır. Kiçik Asiyanın bu hissəsi Kariya adlanırdı. Mavsol yunanlar və onların mədəniyyətinə valeh idi, daim yunan şəhərləri arasında yaranan münaqişələrə qarışırdı. Nəhayət, çar Kariyanın paytaxtını sahil şəhəri Halikarnasa köçürür. Mavsol bütün yunan dünyasına hökmranlıq etmək arzusunda idi. O, Egey dənizi adalarını hakimiyyəti altında olduqları Afinaya qarşı qızışdırır və Kariya sahillərinə yaxın yerləşən Rodos adasına nəzarəti ələ keçirir. Ancaq bundan az sonra, e.ə. 353-cü ildə çar qəflətən vəfat edir. Mavsolun dul qalmış həyat yoldaşı Artemisiya təsəllini ərinə abidə ucaltmaqda tapır. O, Halikarnas limanından ucalan nəhəng məqbərə inşa etməyi əmr edir. Məqbərədə dünyasını dəyişmiş çarın nəşi ilə yanaşı, onun bir neçə böyük heykəli də var imiş. İçəridən tikilinin divarlarını barelyeflər bəzəyirmiş. Amma məqbərə dövrümüzə qədər gəlib çıxmayıb. Yunanlar Mavsolun Mavsoley adlandırılmış abidəsini dünyanın yeddi möcüzəsi siyahısına daxil etmişlər. İndi biz Mavsolu ancaq buna görə xatırlayırıq. O vaxtdan etibarən dəbdəbə ilə bəzədilmiş istənilən məqbərə və ya “vahiməli” görkəmi ilə sərdabəni xatırladan istənilən tikili mavzoley adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / mavzoley

mavzoley sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MAVZOLEY Mavzoleyin mərmərinə işıq düşür, nur ələnir... (S.Vurğun); SƏRDABƏ [Tərxan:] ..şəhər qırağındakı yəhudi qızının sərdabəsinə gələrsən, o yerə ki, yəhudilərin ziyarətgahıdır (Ə.Məmmədxanlı); TÜRBƏ Türbə qəbirləri əcdadımızın; Torpağa işləyən köklərimizdir (B.Vahabzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / mavzoley

mavzoley sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. мавзолей (большое надгробное архитектурное сооружение). Mavzoley qarşısında перед мавзолеем

    Azərbaycanca-rusca lüğət / mavzoley

mavzoley sözünün inglis dilinə tərcüməsi

mavzoley sözünün fransız dilinə tərcüməsi

mavzoley sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] прил. мавзолей (сурун винел эцигдай еке кӀвал хьтин гуьмбет, туьрбе); // мавзолейдин.

    Azərbaycanca-ləzgicə lüğəti / mavzoley

"mavzoley" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mavzoley nədir? #mavzoley sözünün mənası #mavzoley nə deməkdir? #mavzoley sözünün izahı #mavzoley sözünün yazılışı #mavzoley necə yazılır? #mavzoley sözünün düzgün yazılışı #mavzoley leksik mənası #mavzoley sözünün sinonimi #mavzoley sözünün yaxın mənalı sözlər #mavzoley sözünün əks mənası #mavzoley sözünün etimologiyası #mavzoley sözünün orfoqrafiyası #mavzoley rusca #mavzoley inglisça #mavzoley fransızca #mavzoley sözünün istifadəsi #sözlük