May-Respublika sözü azərbaycan dilində

May-Respublika

Yazılış

  • May-Respublika • 91.7749%
  • may-Respublika • 8.2251%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
28 May - Respublika Günü
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. == Tarix == 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü.
Respublika
Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyişdirilir, nümayəndəli orqan və ya bilavastə seçicilər adından məhdudlaşdırılan formada hakimiyyətə sahib olmaq hüququ əldə edir. == Respublikanın formaları == Respublikanın müasir dövrdə üç başlıca növü vardır: prezident, parlament və qarışıq tipli respublika. Prezident respublikası ilk dəfə ABŞ-də təsis edilmişdir. Parlament respublikasında ali icra hakimiyyəti dövlət başcısına deyil , parlament tərəfindən təşkil edilən hökumətə məxsusdur. Qarışıq idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının ünsürlərini birləşdirir.Burada ali icra hakimiyyəti prezidentlə parlament arasında bölüşdürülür. Bəzən onu yarımprezident idarə forması da adlandırırlar. 1958-ci il konstitusiyası ilə Fransada yaradılan V respublika buna aydın misal ola bilər.Dövlətin təsnifatının digər meyarları da mövcuddur. Belə ki, dinə münasibətdə dövlət dünyəvi və dini ola bilər. Dini dövlətlər bir qayda olaraq ruhani şəxslər - din xadimləri tərəfindən idarə olunur.
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Bank Respublika
Bank Respublika — bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixçə == Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur. 28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və Sparkassen International Development Trust səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar. Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir. Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair. Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – "Sizə faydalı", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir. Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Muxtar respublika
Muxtar respublikalar suverenliyinə görə dövlətlərin təsnifatında federal dövlətlər kimi təsnif edilirlər: suveren hüquqlar, üstün bir suveren güc vasitəsi ilə konstitusiya ilə idarə edilə bilən, ancaq xarici münasibətlər istisna olmaqla, öz sərhədləri daxilində suveren səlahiyyətlərini həyata keçirə bilən və respublika xüsusiyyətinə malik olmaları, dolayı yolla sahib olduqları hakimiyyəti qanunlar verməklə yerinə yetirən dövlətlərdir. Unitar bir dövlətin demək olar ki, bütün keyfiyyətlərinə malikdirlər. Ümumiyyətlə, sərhədləri etnik fərqliklər nəzərə alaraq müəyyən edilmişdir. Bəzi muxtar respublikaların öz konstitusiyaları da ola bilər. Rusiya respublikalarının timsalında bu ölkələrin xüsusiyyətləri və quruluşları aydın şəkildə başa düşülə bilər.
Parlamentli respublika
Parlamentli respublika — icra hakimiyyətinin (hökumətin) qanunvericilik orqanından (parlament) qanuniliyini əldə etdiyi və ona cavabdeh olduğu parlament idarəetmə sistemi altında fəaliyyət göstərən respublika. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, İtaliya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Gürcüstan, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
Radio Respublika
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Respublika (dəqiqləşdirmə)
Respublika
Respublika (qəzet)
Respublika qəzeti — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir.
Respublika Sarayı
Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır.Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsi müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur.Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir.Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub.Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur. == Tarixi == XX əsrin ikinci yarısında Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı ki, bunların sırasına Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün inşa edilən yeni binalar daxil idi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi. 1960-cı ildən Bakıda genişekranlı kinoteatr tikilməsi qərara alındı ki, bu tikintiyə 1962-ci ildə başlanıldı.1960–1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962-ci ilin mayında başlandı.
Respublika Velotreki
Respublika Velotreki — Bakı metrosunun "20 yanvar" stansiyası yaxınlığındakı idman qurğusu. == Tarixi == Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub.Respublika Velotreki 20 hektar ərazini əhatə edir.Azərbaycan Velosiped Federasiyasının (AVİF) balansındadır. Burada təmirdən sonra trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Tribuna da qurulmuşdur.Tam olaraq yaxınlığında "Velotrek" adı ilə məşhur olan ticarət mərkəzi fəaliyyət göstərir. == Təmiri == 2015-ci ildə Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmışdır.Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir. Digər qatlarda AVİF-in ofisi, konfrans zalı və digər yardımçı otaqlar da yerləşəcək.Velotrekin girişində isə velosiped satışı və icarəsi üçün mağaza, eləcə də insanların istirahəti üçün kafe fəaliyyət göstərəcəkdir. == Yarışlar == === 2015-ci il === 2015-ci ilin sentyabr ayında Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. İştirakçılar arasında Azərbaycanın trek yığmasının aparıcı üzvləri, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) nüfuzlu turnirlərinin qalib və mükafatçısı Olqa İsmayılova və Sergey Omelçenko da iştirak ediblər.Qadınların sprint, eləcə də kişilərin keyrin mübarizəsi yığma komandamızın liderlərinin qələbəsilə başa çatıb.
Respublika qəzeti
Respublika qəzeti — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir.
Sonuncu respublika
Sonuncu respublika - Bütün dünyada Viktor Suvorov kimi tanınan keçmiş SSRİ təhlükəsizlik xidməti polkovniki Vladimir Rezunun müəllifi olduğu kitab. == Haqqında == Kitab keçmiş SSRİ təhlükəsizlik xidmati polkovniki Vladimir Rezinin sovet rejiminin eybəcərliklərindən qaçaraq 1978-ci ildə Böyük Britaniyaya sığınmasından sonra qələmə alınmışdır. Kitabda əsasən Sovet İttifaqının İkinci Dünya müharibəsində uduzması, döyüşçülərin əsassız qırğına verilməsi və digər hallar böyük ustalıqla təsvir və ifşa edilmişdir.
Sosialist respublika
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Banan respublika
Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir. Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir.Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur. Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər.1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == From Arbenz to Zelaya: Chiquita in Latin America – Video raporu Democracy Now!
10 may
10 may — Qriqorian təqvimində ilin 130-cu günü. (uzun ildə 131-ci) Bu tarixdə ilin sonuna 235 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1291 — Şotlandiya zadəganları kral seçilənə qədər İngiltərə kralı I Eduardın səlahiyyətlərini tanıyıblar. 1534 — Jak Kartye Nyufaundlenda səfər edib. === 1601–1900 === 1774 — XVI Lüdovik və Mariya Antuanetta Fransanın kralı və kraliçası olublar. 1824 — London Milli Qalereyası ictimaiyyətə açılıb. === 1901–cari === 1922 — ABŞ Kinqmen rifini ilhaq edib. 1940 — İkinci Dünya Müharibəsi: Almaniya bombardmanları səhvən Almaniyanın Frayburq şəhərini bombalayıblar. 1941 İkinci Dünya Müharibəsi: Londonda Böyük Britaniya İcmalar palatasına Lüftvaffe tərəfindən havadan zərbələr endirilmişdir.
11 may
11 may — Qriqorian təqvimində ilin 131-ci günü. (uzun ildə 132-ci) Bu tarixdə ilin sonuna 234 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 330 — Konstantinopol təqdis olunub. 1502 — Xristofor Kolumb dördüncü və son səyahətinə çıxıb. === 1601–1900 === 1858 — Minnesota ABŞ-nin 32-ci ştatı olub. === 1901–cari === 1949 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 1997 — Şahmat oynayan superkompüter Deep Blue son oyununda Harri Kasparovu məğlub edərək dünya çempionu olan şahmatçını klassik matç formatında məğlub edən ilk kompüter oldu.2013 — Türkiyənin Reyhanlı şəhərində törədilən partlayışda 52 nəfər ölüb. === Azərbaycana aid hadisələr === 1974 — An-2 təyyarəsi Qax rayonunda qəzaya uğramışdır.
13 may
13 may — Qriqorian təqvimində ilin 133-cü günü. (uzun ildə 134-cü) Bu tarixdə ilin sonuna 232 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1989 — Böyük tələbə qrupları Tyananmen meydanına daxil olub, aclıq aksiyasına başlayırlar. 2020 — Lesoto və Madaqaskarda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 2017 — 2017 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva "Skeletons" mahnısı ilə 14-cü yeri tutmuşdur.
14 may
14 may — Qriqorian təqvimində ilin 134-cü günü. (uzun ildə 135-ci) Bu tarixdə ilin sonuna 231 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1796 — Edvard Cenner təbii çiçək xəstəliyinin ilk peyvəndini həyata keçirib. 1900 — II Yay Olimpiya Oyunları Parisdə keçirilib. === 1901–cari === 1948 — İsrail müstəqil dövlət elan edilib və müvəqqəti hökumət qurulub. 1955 — Soyuq müharibə: Sovet İttifaqı daxil olmaqla, səkkiz kommunist bloku ölkəsi Varşava Müqaviləsi Təşkilatı adlı qarşılıqlı müdafiə müqaviləsi imzalayıb. 1970 — Andreas Baader Ulrike Maynhof, Qudrun Ensslin və başqaları tərəfindən həbsdən azad edildi. Bu Qırmızı Ordu Fraksiyasının formalaşmasında mühüm məqam oldu. 1973 — ABŞ-nin ilk kosmik stansiyası olan Skylab orbitə buraxılıb.
15 may
15 may — Qriqorian təqvimində ilin 135-ci günü. (uzun ildə 136-cı) Bu tarixdə ilin sonuna 230 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1905 — Las-Veqas şəhəri ABŞ-nin Nevada şəhərində yaradılmışdır. 1940 — Makdonald qardaşları ilk McDonald's restoranını açıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi Azərbaycan hakimiyyətinə qarşı uğurlu hərbi çevriliş edib. 2009 — Bakıda Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılışı olmuşdur. 2022 — 2022 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade to Black" mahnısı ilə 16-cı yeri tutmuşdur.
18 may
18 may — Qriqorian təqvimində ilin 138-ci günü. (uzun ildə 139-cu) Bu tarixdə ilin sonuna 227 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1804 — Fransa Senatı Napoleon Bonapartı Fransanın imperatoru elan edib. === 1901–cari === 2009 — Tamil İlamin Azadlıq Pələngləri Şri-Lanka hökuməti tərəfindən məğlub olaraq iki tərəf arasında təxminən 26 illik vətəndaş müharibəsinə son qoydu. 2020 — Kiribati və Mavrikidə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 Azərbaycan və Moldova arasında diplomatik əlaqələr qurulmuşdur. Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Laçın rayonunu işğal edib. 2013 — 2013 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov "Hold Me" mahnısı ilə 2-ci yeri tutmuşdur. 2019 — 2019 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə 8-ci yeri tutmuşdur.
19 may
19 may — Qriqorian təqvimində ilin 139-cu günü. (uzun ildə 140-cı) Bu tarixdə ilin sonuna 226 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Böyük Britaniya Tonqa adasını ilhaq edib. === 1901–cari === 1919 — Mustafa Kamal Atatürk Samsunda enərək, Türkiyə İstiqlaliyyət müharibəsini başlatdı. 1968 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 1972 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 2007 — İsrafil Aşurlı Everest dağının zirvəsinə çıxan ilk azərbaycanlı olmuşdur. 2015 — Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın nəticəsində 15 nəfər həlak olmuş, 63 nəfər yaralnmışdır. 2019 — "Qəbələ" Azərbaycan Kubokunu qazanıb.
1 may
1 may — Qriqorian təqvimində ilin 121-ci günü. (uzun ildə 122-ci) Bu tarixdə ilin sonuna 244 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1840 — İlk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılmışdır. === 1901–cari === 1931 — ABŞ-də Empayr Steyt Bildinqin açılışı olub. 1961 — Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edir və seçkiləri ləğv edir. === Azərbaycana aid hadisələr === 1955 — Gəncə trolleybusu təsis edilib. 2016 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
29 may
29 may — Qriqorian təqvimində ilin 149-cu günü. (uzun ildə 150-ci) Bu tarixdə ilin sonuna 216 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1848 — Viskonsin ABŞ-nin 30-cı ştatı olub. === 1901–cari === 1919 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 1959 — Birləşmiş Ərəb Respublikası milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələr qurulmuşdur. 2006 — "Bakı" Azərbaycan Premyer Liqası çempionu olmuşdur. 2010 — 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə "Drip Drop" mahnısı ilə 5-ci yeri tutmuşdur. 2019 — Bakıda 2019 UEFA Avropa Liqası finalının açılışı olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 1.12
2013 ••• 0.15
2015 ••••••••••••• 0.68

Oxşar sözlər

#may-respublika nədir? #may-respublika sözünün mənası #may-respublika nə deməkdir? #may-respublika sözünün izahı #may-respublika sözünün yazılışı #may-respublika necə yazılır? #may-respublika sözünün düzgün yazılışı #may-respublika leksik mənası #may-respublika sözünün sinonimi #may-respublika sözünün yaxın mənalı sözlər #may-respublika sözünün əks mənası #may-respublika sözünün etimologiyası #may-respublika sözünün orfoqrafiyası #may-respublika rusca #may-respublika inglisça #may-respublika fransızca #may-respublika sözünün istifadəsi #sözlük