mayelər sözü azərbaycan dilində

mayelər

Yazılış

  • mayelər • 95.0980%
  • Mayelər • 4.9020%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Tormoz və amortizator mayeləri
Tormoz və amortizator mayeləri — Mexanizmlərdə bəzən maye və buxar qarışığı sıxılarkən əyləcin pedalında iş prinsipi dayanır. Bu hadisəni aradan qaldırmaq üçün xüsusi tormoz mayelərindən istifadə edilir. Onları qaynama temperaturuna və özlülüyünə görə DOT (Departament of Transpartation – ABŞ Nəqliyyat Nazirliyi) normasına əsasən təsnifata ayırırlar. Özlülük iki temperatur əsasında (1000C və 400C) müəyyən edilir. Tormoz mayelərinin sürtkü xassələri tormoz silindrlərinin işçi təbəqəsinin siyrilməsinin qarşısını almaqla yanaşı, metalları korroziyadan qorumalı və davamlığını təmin etməlidir. Odur ki, tormoz mayelərinə inhibitorlar əlavə edilir. Tormoz mayeləri əsasən (93–98%) müxtəlif əlavələrdən, aşqarlardan və bəzi boyalardan (7–2%) ibarətdir. Öz tərkibinə görə onlar minerallara, qlikollara və silikonlara ayrılır. Minerallar t/m-ə əsasən müxtəlif qarışıqlardan sivuş yağı və spirtlərdən (məs. butil spirtindən) 1:1 nisbətində hazırlanır (БСК).

"mayelər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mayelər nədir? #mayelər sözünün mənası #mayelər nə deməkdir? #mayelər sözünün izahı #mayelər sözünün yazılışı #mayelər necə yazılır? #mayelər sözünün düzgün yazılışı #mayelər leksik mənası #mayelər sözünün sinonimi #mayelər sözünün yaxın mənalı sözlər #mayelər sözünün əks mənası #mayelər sözünün etimologiyası #mayelər sözünün orfoqrafiyası #mayelər rusca #mayelər inglisça #mayelər fransızca #mayelər sözünün istifadəsi #sözlük