Ettore Mayorana
Ettore Mayorana (5 avqust 1906, Kataniya, Siciliya – ən tezi 1959, İtaliya) — neytrino üzərində işləyən italyan nəzəri fizik idi. 25 mart 1938-ci ildə o, Palermodan Neapola gəmi ilə səyahət etmək üçün bilet aldıqdan sonra müəmmalı şəraitdə yoxa çıxdı.
Mayorana tənliyi və Mayorana fermionları onun adını daşıyır. 2006-cı ildə onun xatirəsinə Mayorana mükafatı təsis edilib.