mağaralar sözü azərbaycan dilində

mağaralar

Yazılış

  • mağaralar • 95.2756%
  • Mağaralar • 4.7244%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azıx mağaraları
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.
Azərbaycan mağaraları
Azərbaycanda çox sayda təbii mağara vardır. Bu mağaraların əksəriyyəti karst mağaraları, və azı isə vulkanik mağaralar (lava tunelləri). Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Azərbaycanın ən məşhur mağaralarından biri olan Azıx mağarası, daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi yaşamışlar. == Azərbaycanda mağaraların siyahısı == Siyahı bütün mağaraları əhatə etmir. == Azərbaycanda mağara komplekslərinin siyahısı == Siyahı bütün mağara komplekslərini əhatə etmir.
Cəhənnəmağzı mağaraları
Cəhənnəmağzı mağaraları (türk. Cehennemağzı Mağaraları) — Türkiyənin şimalında, Zonquldak ilinin Qaradaəniz Ereğli ilçəsində yerləşən, yan-yana düzülmüş üç mağaradan ibarət mağara sistemi. Mağaralardan biri erkən xristianlıqda kilsə kimi istifadə olunmuşdur. Cəhənnəmağzı mağaraları Ereğli muzeyinə bağlı arxeoloji ərazidir. == Mağaralar == İlk mağara iki hissəyə bölünmüşdür. Birinci hissənin döşəməsi orijinal bitkilərdən və həndəsi motivlərdən ibarət mozaika ilə döşənmişdir.Bölmədə sütunlar, kapitellər və yağ lampası üçün nişələr var. İkinci hissənin şərq divarında kiçik bir apsida açılmışdır və onun qarşısında pilləkənlər var. Çox qədim xristian kilsəsi olan bu mağara xristianlığın ilk illərində gizli bir ibadət yeri olaraq istifadə edilmişdir.İkinci mağara yol kənarından təxminən 10–12 metr (33–39 ft) yüksəklikdəki yamacda yerləşir. Bura yerli xalq tərəfindən "Böyük Yusif mağarası" adlanır. Yamacdakı dar bir girişdən başalayn 3 pilləli şaquli bir pilləkənlə çıxılan mağara, dağın içinə doğru 1.5 kilometr (0.93 mil) irəliləyir.
Datszu mağaraları
Datszu mağaraları — Çinin Siçuan əyalətində və Çuntsin şəhərində VII–X əsrlərə aid heykəlli mağaralar. Mühafizə olunan 75 hissədən ibarət kompleks. == Haqqında == Datszu mağaraları yerli və dünya incəsənəti tarixində xüsusi yer tutur. Qədimdə burada iqtisadi və mədəni cəhətdən inkişaf etmiş rayon yerləşirdi, digər yerlərdən qabaq burada daosizm və buddizm meydana gəlmişdir. Buna görə də daşda oyma sənəti bu rayonda qədim tarixə malikdir, mağaralarda daş təsvirlərə burada hər yerdə rast gəlmək olar, 50 qəzada 200-dən artıq mağara qorunub saxlanmışdır. == Tarixi == Onların tikintisi Cənub və Şimal sülalələri dövründə başlanmış (420-589-cu illərdə), Min və Tsin sülalələrinə qədər davam etmişdir (1368-1911-ci illər), Tan sülaləsi dövründə isə (618-1279-cu illər) mağaraların yaradılması daha sürətli aparılmışdır. Bu gün onlar Qansudakı "Moqao", Xenandakı "Lunmen" və Şansidəki "Yunqan" mağaraları ilə eyni dərəcədə məşhurdurlar. Sıçuan və Çuntsindəki mağara heykəl kompozisiyaları arasında "Datszu" yeraltı zalları ən böyük ölçüsü, dolğunluğu və yüksək bədiiliyi ilə seçilir. Onları "incəsənət xəzinəsi", "daşda oyma diyarı" adlandırırlar. "Datszu" mağaraları Datszu qəzasında yerləşir, bu Çuntsindən cəmi 165 km uzaqdadır.
Ellora mağaraları
Ellora mağaraları — Hindistanda Maharaştra ştatında yerləşən Ellora kəndindəki mağaralar sistemi. 1983-cü ildən UNESCO bədii irsinə daxil edilmiş bu məbəd və qalalar 6-9 əsrlərə aiddir. 34 mağaradan 12 buddist, 17-isi induizm, 5 isə caynist məbədidir. == Haqqında == Hindistanda Maharaştra əyalətinin şimalında Auranqabad şəhərinə 30–40 km uzaqlığında olan Ellora mağaralarının tarixi olduqca qədimdir. Acanta mağaralarına çox yaxındır, lakin aralarındakı fərqdən ötrü iki mağara müqayisə belə edilə bilməz. Ellorada yalnız şəkillər deyil, heykəl və heykəlciklər də aşkarlanmışdır və əlavə olaraq tək bir məbəd deyil bir çox dinə aid məbədlər də tapılmışdır. Mağaralar şimal-cənub istiqamətində oyulublar və ən başdakı mağara ilə ən sondakı arasında təxminən 2 kilometr məsafə var. Bu sahədə cəmi 34 mağara var. Bu 34 mağaradakı məbədlərın hamısı eyni dinə aid deyil. 17 induizmə, 12 buddist və 5 dənə də caynist məbədi mövcuddur ki, bu da tarixdə fərqli dinlərə xidmət etdiyini ortaya qoyur.
Herakl mağaraları
Herakl mağaraları (ərəb. مغارة هرقل‎) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara. == Təsviri == Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir. Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı. Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər == Tarixi == E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni 1878-ci il — mağara yenidən aşkar edildi 1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub1920-ci il — mağara publika üçün açıldı 1952=ci il — Milli irs obyekti elan edildi 1982-ci il — elektrik fənərlər quraşdırıldı 1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi. Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi.2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı 2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı == Əfsanələr == Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradan Cəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərək Cəbəli-Tariq qayasında yerləşən Müqəddəs Mixail mağarasına çıxmaq olar.
Herkules mağaraları
Herakl mağaraları (ərəb. مغارة هرقل‎) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara. == Təsviri == Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir. Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı. Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər == Tarixi == E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni 1878-ci il — mağara yenidən aşkar edildi 1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub1920-ci il — mağara publika üçün açıldı 1952=ci il — Milli irs obyekti elan edildi 1982-ci il — elektrik fənərlər quraşdırıldı 1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi. Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi.2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı 2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı == Əfsanələr == Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradan Cəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərək Cəbəli-Tariq qayasında yerləşən Müqəddəs Mixail mağarasına çıxmaq olar.
Karlsbad Mağaraları Milli Parkı
Karlsbad Mağaraları Milli Parkı — ABŞ-də, Nyu-Meksiko ştatının Eddi Kaunti bölgəsində yerləşən milli park. Park UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.Karlsbad Mağaraları Milli Parkı ABŞ-ıb Nyu-Meksiko ştatının cənub-şərqindədir. Milli parkın əsas cəlbedici yeri turistik mağara olan Karlsbad mağaralarıdır. Milli park Milad bayramı və Yeni il istisna olmaqla ilin hər günü ziyarətçilərə açıqdır. Turistlər mağaranı gəzmək üçün girişdən daxil ola və ya lifdən istifadə edə bilərlər. Mağaranın girişi Karlsbad mağarasının təxminən 18 mil cənub-qərbində yerləşir. Milli park Junior Ranger proqramında iştirak edir. Milli parkın iki yeri Milli Tarix Yerləri Siyahısına düşmüşdür: Mağaralar Tarixi Bölgəsi və Ratlsneyk Qeyzerləri Tarixi Bölgəsi. Milli parkın 2/3 hissəsinın səhralardan ibarət olması buranın gələcəkdə dəyişikliklərə uğramasına imkan vermir. Karlsbad mağaralarına Big Room adında təbii əhəngdən ibarət 1220 metr uzunluğunda, 191 metr genişliyində və 78 metr hündürlüyündə böyük bir salon da daxildir.
Lunmen mağaraları
Lunmen mağaraları (çin. 龙门石窟) — Çinin Xenan əyalətində Loyan şəhərindən 13 kilometr cənubda yerləşən budda mağarlaları kompleksi. Qədim Çinin daş mağaralar sənətinin xəzinəsidir. V əsrin sonunda Şimali Vey sülaləsinin imperator hökuməti paytaxtı Loyan şəhərinə köçürdü. O dövrdə artıq Hindistandan buddizm götürülmüş və imperator əyanları arasında yayılmağa başlamışdı. Buddizmin təsiri altında dağlarda mağaralar yaratmaq dəbə düşmüşdü. Şimali Vey imperatoru Syaovenin dövründə (493-cü ildə) Loyandan cənubda Lunmen dağlarında buddizm ayinlərinin yerinə yetirilməsi üçün mağaraların yaradılması işlərinə başlanıldı. Sonrakı 400 il ərzində Tan, Sun və ardıcıl gələn digər 4 sülalənin dövründə irimiqyaslı tikinti işləri davam etdirilmişdi. Beləliklə, Lunmen mağaralarının tarixi 1400 ildən artıq hesablanır. Loyandan cənubdakı Lunmenşan (qərb dağları) və Syanşan (şərq dağları) dağlarının İ çayı sahillərində yerləşən qaya və ətəklərində bizim günlərə qədər 1352 mağara, 785 kiot, təxminən 100000 budda heykəli və 3680-dan çox xəttatlıq yazılı abidə və heykəl saxlanılır.
Moqao Mağaraları
Moqao mağaraları, (çin. 莫高窟), Moqao mağara-məbəd kompleksi, Bin Budda mağaraları və ya Dunhuanq mağaraları adları ilə tanınır. Çinin Qansu əyalətinin Dunhuanq şəhərin 25 km cənub-şərqində Minqsha dağının ətəyində yerləşən mağarada 492 məbəd vardır. Tarixi İpək Yolunun üzərində yerləşən mağarada Buddist sənətinin ən gözəl əsərləri vardır.Buddist yeraltı məbədinin tikilişinə 366-cı ildə başlamış və bu dövr ərzində burada ən dəyərli buddist əsərlərinə sığınacaq olmuşdur. Moqao mağaraları Lonqmen mağara-məbəd kompleksi və Yunqan mağara-məbəd kompleksi ilə birliktə Çinin ən tanınan Buddist yeraltı məbədlərindən biridir. 1987-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir. == Tarixi == Danışılanlara görə 366-cı ildə Lezun (Lè Zūn, 樂尊) adında bir Buddist rahip Dunhuanq şəhərinə gəlir. Minqsha Dağına baxan zaman qızıl rəngli günəş işıqlarının arasında minlərlə Budda xəyal edən Lezun, xəyalından ilham alaraq ilk mağaranın qazıntısına başlayır. Sonralar mağaraların sayı artır, Tan sülaləsi dövründə mağaraların sayının minə çatdığı məlumdur. Sadə bir həyat tərzi seçən Buddist rahiplər kamilləşmək məqsədi ilə bu mağaralara üz tuturdular.
Velbita mağaraları
Velebit mağaraları (ing. Velebit caves) — Xorvatiyanın Velebit dağ massivində yerləşən bir neçə dərin mağaralar sistemi. Lukina yama — Xorvatiyanın ən dərin mağarası. Dərinliyi 1431 metr olan bu mağara dünyada dərinliyinə görə 16-cı yerdədir. Cənub-Şərqi Avropanın ən dərin mağarası. Mağaranın dibində, göl və kiçik çaylarda ən böyük zəlilər koloniyası mövcuddur (Erpobdella mestrovi). Bu ehtimal olunur ki, yeni növ, cins və aiiləyə aid olunur. Mağarada aşkar olunan digər canlılara quru ilbizlərini misal göstərmək olar (Zospeum tholussum). Ümumən Xorvatiyanın Velbit mağaralar şəbəkəsində yetərincə maraqlı və qəribə zəlilərə rast gəlinir. Onlar daha çox ən dərin su hövzələrdə məskunlaşıblar.
Velebit mağaraları
Velebit mağaraları (ing. Velebit caves) — Xorvatiyanın Velebit dağ massivində yerləşən bir neçə dərin mağaralar sistemi. Lukina yama — Xorvatiyanın ən dərin mağarası. Dərinliyi 1431 metr olan bu mağara dünyada dərinliyinə görə 16-cı yerdədir. Cənub-Şərqi Avropanın ən dərin mağarası. Mağaranın dibində, göl və kiçik çaylarda ən böyük zəlilər koloniyası mövcuddur (Erpobdella mestrovi). Bu ehtimal olunur ki, yeni növ, cins və aiiləyə aid olunur. Mağarada aşkar olunan digər canlılara quru ilbizlərini misal göstərmək olar (Zospeum tholussum). Ümumən Xorvatiyanın Velbit mağaralar şəbəkəsində yetərincə maraqlı və qəribə zəlilərə rast gəlinir. Onlar daha çox ən dərin su hövzələrdə məskunlaşıblar.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Taya mağaraları
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir.Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur.1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır. Buna baxmayaraq, keşişlər burada təlim keçməyə davam edirlər. == Xüsusiyyətlər == Mağaranın Otonaşiqava (hərf. "səssiz çay") adı ilə tanınan bulağı mürəkkəb tunel sistemi boyunca axır və bəzi divarlardan aşağı tökülür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2003 ••••• 0.39
2004 •••••••• 0.67
2006 ••• 0.23
2007 •••••••••••••••••••• 1.69
2008 ••• 0.24
2009 •••• 0.32
2010 •• 0.09
2011 •••••• 0.43
2012 ••••••••••• 0.86
2013 •• 0.15
2014 ••••• 0.34
2016 ••• 0.17
2018 •• 0.15
2019 •••••••••••• 0.97
2020 •••••••• 0.66

"mağaralar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mağaralar nədir? #mağaralar sözünün mənası #mağaralar nə deməkdir? #mağaralar sözünün izahı #mağaralar sözünün yazılışı #mağaralar necə yazılır? #mağaralar sözünün düzgün yazılışı #mağaralar leksik mənası #mağaralar sözünün sinonimi #mağaralar sözünün yaxın mənalı sözlər #mağaralar sözünün əks mənası #mağaralar sözünün etimologiyası #mağaralar sözünün orfoqrafiyası #mağaralar rusca #mağaralar inglisça #mağaralar fransızca #mağaralar sözünün istifadəsi #sözlük