* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] “Allah gözdən saxlasın”, “afərin”, “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır. Ə.Haqverdiyev. [Anası:] Oğlum axırda oxuyub nəçərnik olacaq. Maşallah, indidən elə nəçərnik kimi də dolanır. Qantəmir. // Bəzən istehza, kinayə məqamında işlənir. Maşallah, gecə-gündüz valimiz; Çalır fartapiyan, oynayır bilyart. Q.Zakir. Maşallah, söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan … danışanın ağzından, ağzını yumsun, getsin işinə. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / maşallah2 Allahın istədiyi şey (tərif); Allah gözdən saxlasın! Afərin! Mərhəba!
Azərbaycan kişi adlarının izahlı lüğəti / maşallah3 MAŞA(A)LLAH ə. 1) Allahın istədiyi kimi; 2) afərin, əhsən // Allahın istədiyi kimidir!
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / maşallah2 межд. 1. браво, молодец (употребляется для выражения похвалы, одобрения, но и для порицания). Maşallah, yaxşı cavab verdin! браво, хорошо ответил! 2. чтобы не сглазить. Maşallah, nə qəşəngləşmişsiniz! чтобы не сглазить, как вы похорошели!
Azərbaycanca-rusca lüğət / maşallah