maşın-meliorasiya sözü azərbaycan dilində

maşın-meliorasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maşın-meliorasiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meliorasiya
Meliorasiya (lat. melioratio - yaxşılaşdırmaq) — torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.Tətbiq sahəsinə görə meliorasiya üç əsas qrupa bölünür: Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası - Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya) daxildir. Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası. Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir. Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası.Qurutma, duzsuzlaşdırma və kimyəvi meliorasiyası da əsas mübarizə tədbiri ərazinin drenlənməsi, suvarma meliorasiyasında isə əsas tədbir suvarma şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı mübarizə aparmalı torpaq vardır. Respublikada müxtəlif drenlər, Ceyranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xaxınçay, Arpaçay, Bəhramtəpə su anbarları və qovşaqları tikilib istifadəyə verilmişdir.
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.
Kimyəvi meliorasiya
== Kimyəvi meliorasiya == Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması). == Kimyəvi optium == Torpaq və su mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti.
Meliorasiya mühəndisliyi
Meliorasiya mühəndisliyi — ixtisasında çayların və digər su mənbələrinin su еhtiyatlarından istifadə еtmək üçün inşa оlunan hidrоtехniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı və оnların tədqiqi üzrə mütəхəssislər hazırlanır. Bu iхtisasda tələbələrə su anbarlarının layihələndirilməsi, su еnеrjisindən istifadə оlunması, hidrоеnеrgеtik qurğular sistеminin yaradılması (su еlеktrik stansiyalarının tikintisi), su nəqliyyatı qurğuları tikintisi (gəmi hərəkəti yоlları və şlüzlər, gəmi qaldıranlar, gəmiçilik limanları) və digər su nəqliyyatı yоllarından istifadə оlunması, balıqçılıq təsərrüfatında yaradılan hidrоtехniki qurğular və daşqın sularından mühafizə üçün yaradılan hidrоtехniki qurğular kоmplеksi və s. öyrədilir. “Meliorasiya mühəndisliyi” ixtisasına yiyələnən məzunlar əkinə yararlı tоrpaq sahələrindən səmərəli istifadə еtmək üçün həyata kеçirilən kоmplеks mеliоrasiya tədbirlərini: müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irreqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsini, tikintisini, istismarını, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması üsullarını,mеliоrasiya tikintilərinin ətraf mühitə təsirini öyrənir və gеniş prоfilli mütəхəssis kimi hazırlanır. Bu iхtisas və iхtisaslaşmaları bitirmiş mütəхəssislər Azərbaycan Mеliоrasiya və Su təsərrüfatı ASC-nin tabеliyində оlan müəssisələrdə, bu sahə üzrə fəaliyyət göstərən еlmi-tədqiqat institutlarında, su еlеktrik stansiyalarının tikinti və istismarında, həmçinin dəniz hidrоtехniki qurğuların tikintisində işləyə bilərlər. == Təsviri == Son 100 il ərzində təcrübəli mühəndislər Meliorasiyaya çayların əhliləşdirilməsi, nəhəng bəndlərin və kanal işlərinin tikintisi və Amerika Qərbinə məskunlaşma gətirən nəhəng elektrik stansiyalarının idarə edilməsi ilə vurğulanan zəngin tarix vermişlər. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisas üzrə magistratura təhsilini bitirən məzunlar tikinti-montaj, sənaye, istismar, su təsərrüfatı və enerji sahəsində, elmi-tədqiqat təşkilatlarında çalışa,həmçinin istənilən növ tikinti işlərinə rəhbərlik edə bilmə bacarıqlarına malik olurlar.Magistratura mərkəzində meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasına yiyələnən tələbələr ətraf mühitin mühafizəsi üzrə dövlət təşkilatlarında çalışa və su təsərrüfatı obyektlərinin və hidromeliorativ sistemlərin istismarı və yenidən qurulması ilə məşğul ola bilərlər. Bu gün meliorasiya mühəndisinin müəyyən bir intizam daxilində rol və məsuliyyətləri hər biri bu sahədə çalışan şəxsin yenilik və yaradıcılığına meydan oxuyan saysız-hesabsız layihə və proqramları əhatə edə bilər.Məsələn, inşaat mühəndisi bir layihədə sərfəli körpü və ya bənd layihələndirməkdən başqa bir layihədə bataqlıq ərazilər və ya balıq yetişdirmə koyları yaratmağa keçə bilər. Böyük çay sistemlərinin əməliyyat modellərinin yaradılması, bəndlərin təhlükəsizlik yoxlamalarının aparılması - iri betondan tutmuş kiçik torpaq konstruksiyalara qədər, nəhəng su elektrik stansiyalarının saxlanması... bütün bu vəzifələr - və daha çox!
Amfibiya maşın
Amfibiya daşıma, quruda təkərli və ya tırtıllı avtomobil, suda gəmi olaraq hərəkət etməyi bacaran nəqliyyat vasitəsidir. İkinci dünya müharibəsi dövründə əsas olaraq iki növü meydana çıxmışdır. ABŞ dəniz piyadaları korpusu üçün yaradılmış və daha çox tanka oxşayan LVT ilə quru qoşunlarının yardımı ilə yaradılmış həm rezin təkərli bir quru maşını, həm də pərli gəmi kimi işləyə bilən DUKW hesab olunur. Amfibiya maşınlarına oxşamasına rəğmən Hoverkraft kimi hava yastıqlı nəqliyyat vasitələri amfibiya sinifinə girmir.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Maşın hissələri
Maşın hissələri — maşınqayırmada işlədilən anlayış olub, yığma əməliyyatı aparmadan eyni bir materilaldan hazırlanan ən sadə maşın hissəsi nəzərdə tutulur.Başqa sözlə maşının özü sökülə bilməyən hissəsinə deyilir. O, maşınların mühəndislik prinsiplərinə əsaslanan layihələndirilməsi zamanı elementar tapşırıqların yerinə yetirilməsi üçün texniki vasitədir. Ona görə də, müxtəlif maşınlarda tətbiq olunan hissələr eyni funksiyaya malikdirlər (məsələn vallar, vintlər, oymaqlar və s.). Buna görə də, maşın hissələri fənni mühəndislik təhsilinin əsas hissəsini təşkil edir.Burada maşın hissələrinin ayrı-ayrılıqda və onların başqaları ilə birlikdə işləmə prinsipləri və hesablanması öyrədilir. Bir elm sahəsi kimi maşın hissələri nisbətən yaxşı araşdırılmış və bu sahədə kifayət qədər standart və normativlər hazırlanmışdır. Onlar kütləvi şəkildə istehsal olunduğundan nisbətən aşağı maya dyərinə malikdirlər. Onların yaxşı işləməsi hesabatla bərabər mexaniki emal texnologiyasından da möhkəm asılıdır. == Birləşmələr == Yiv birləşməsi Bolt birləşməsi Vint birləşməsi Sancaq birləşməsi Qaynaq birləşməsi Pərçim birləşməsi Yapışqan birləşməsi Val-oymaq tipli zəmanətli-gərilməli quraşdırma İşgil birləşməsi Şlis birləşməsi Profilli birləşmələr == Mexaniki Ötürmələr == Fırlanma hərəkəti icra edənlər Qayış ötürməsi Zəncir ötürməsi Friksion ötürməsi Variatorlar Dişli çarx ötürməsi Sonsuzvint ötürməsi Vallar Oxlar Yastıqlar Muftalar ƏyləclərDüzxətli hərəkəti icra edənlər Xətti birləşmələr == Başqaları == Kipləşdiricilər Boru birləşmələri Gövdə konstruksiyaları Yaylar. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik.
Maşın kodu
Maşın kodu - Assembler dilindən, yaxud C və ya Pascal kimi istənilən yüksək səviyyəli dildən translyasiyanın son nəticəsi; maşın kodu modu9clları mikroprosessor tərəfindən yüöklənən9 və yerinə yetirilən 1 və 06-ların ardıcıllığından ibarət olur. Maşın koduna 0həm də maşın dili (MACHINE LANGUAGE) deyilir, çünki o, kompüterlərin “başa düşdüyü” yeganə dildir (başqa proqramlaşdırma dillərinin hamısı insanların kompüteri spesifik məsələləri həll etməyə məcbur edə bilmələri üçün insan dilini strukturlaşdırmaq cəhdidir). Yüksək səviyyəli dildə yazılmış proqramları maşın koduna kompilyator-proqramlar çevirir (translyasiya edir) 8B542408 83FA0077 06B80000 0000C383 FA027706 B8010000 00C353BB 01000000 B9010000 008D0419 83FA0376 078BD98B C84AEBF1 5BC3 n-ci Fibonaççi ədədini hesablayan maşın kodu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Maşın tərcüməsi

Maşın xətası
Maşın xətası (ing.machine error, ru. машинная ошибка)- qeyri-adi səbəblərdən, məsələn, operativ yaddaşda (RAM) bir bitin qiymətini dəyişə bilən kosmik şüaların təsirindən yaranan fövqəladə nadir hadisə. İlk mikrokompüterlərdə RAM mikrosxemləri çox da saf (kimyəvi tərkibcə) silisium altlıqlar üzərində hazırlanmırdı və bəzən radioaktiv elementlərin ayrı-ayrı atomları parçalanaraq yaddaşın bir bitini dağıdırdı. Güman ki, ən geniş yayılmış maşın xətaları olaraq, sərt diskin oxunuşu zamanı yaranan xətaları hesab etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Maşın öyrənmə
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Maşın öyrənməsi

Maşın Şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Paltaryuyan maşın
Paltaryuyan maşın — tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyucu maddənin təsiri altında tekstilin sapları arasından yuyulur.Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi şlankın köməyi ilə xaric edilir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi.Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır. Qaz-M20 Pobeda bir neçə SSRİ ölkələrində yayılmışdır.
Qabyuyan maşın
Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib. Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi. Onun "əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!" — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü.
Virtual maşın
Virtual Maşın əməliyyat sistemi ilə kompüter platforması arasında bir virtual mühit yaradır və bu virtual mühit üzərində proqramların çalışdırıla bilməsinə imkan verir. Məsələn, Linux-un yeni versiyası çıxdı və siz bunu sınamaq istəyirsiniz. Kompüterinizə format atıb Linux qurmaq təbii ki çətin olacaq. Virtuallaşdırma proqramları sayəsində bu asanlıqla mümkün olur. Hər iki əməliyyat sistemini eyni anda istifadə edə bilərsiniz. Və ya Linux xoşunuza gəldi, lakin Windows-dan da qopmaq istəmirsiniz. Bunun üçün virtuallaşdırma proqramlarını istifadə edərək hər iki əməliyyat sistemini də istifadə edə bilərsiniz. İstədiyiniz zaman bu qurduğunuz əməliyyat sistemini silə bilərsiniz. Bu iki əməliyyat sistemi arasında sürüklə burax üsulu ilə fayllarınızı rahatca köçürə bilərsiniz. Ayrıca bu proqramlar sayəsində bir əməliyyat sistemindən digərinə, kompüteri yenidən başlatmadan rahatca keçə bilərsiniz.
Zirehli maşın
Zirehli avtomobil tarixi kəşf, daxili təhlükəsizlik, silahlı müşahidə və digər sub-müharibə missiyaları üçün istifadə olunan yüngül təkərli zirehli döyüş nəqliyyat vasitəsidir..
Maşın Sazi FK
Maşın Sazi FK (fars. باشگاه فوتبال ماشین‌سازی تبریز‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb. "Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir. == Tarixi == === Qurulması === 1969-cu ildə Maşın Sazi Təbriz maşınqayırma zavodu "Maşın Sazi" adlı yeni futbol komandası yaratmaq qərarına gəlib. "Maşın Sazi" ilk rəsmi matçını 1970-ci ildə keçirib. Bir neçə ildən sonra isə klubun artıq Təbrizdə çoxlu azarkeşləri var idi.
Maşın realiti-şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Maşın realiti şou

Maşın tərəfindən oxunabilir
Maşın tərəfindən oxunabilir (ing.machine readable, ru. машиночитаемый)- kompüterə, onun giriş verilənləri (məsələn, ştrix-kodlar) kimi interpretasiya və istifadə edə bildiyi formada daxil edilən informasıya. İkilik formada kodlaşdırılmış və münasib daşıyıcıda, məsələn, maqnit lentində saxlanılan informasiyanı təsvir etmək üçün də bu termindən istifadə olunur. Getdikcə, verilənlərin təqdimolunma formatlarının daha geniş diapazonu maşın tərəfindən oxunabilir. Məsələn, əvvəllər kompüterlər ancaq bir standart şrifti oxuya bilirdi, indi isə skaner və simvolların optik tanınması proqram təminatı ilə təchiz olunmuş kompüter istənilən çap mətnini tanımağı öyrənə bilər (əlbəttə, yanlışlıqlar da ola bilər). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Oxşar sözlər

#maşın-meliorasiya nədir? #maşın-meliorasiya sözünün mənası #maşın-meliorasiya nə deməkdir? #maşın-meliorasiya sözünün izahı #maşın-meliorasiya sözünün yazılışı #maşın-meliorasiya necə yazılır? #maşın-meliorasiya sözünün düzgün yazılışı #maşın-meliorasiya leksik mənası #maşın-meliorasiya sözünün sinonimi #maşın-meliorasiya sözünün yaxın mənalı sözlər #maşın-meliorasiya sözünün əks mənası #maşın-meliorasiya sözünün etimologiyası #maşın-meliorasiya sözünün orfoqrafiyası #maşın-meliorasiya rusca #maşın-meliorasiya inglisça #maşın-meliorasiya fransızca #maşın-meliorasiya sözünün istifadəsi #sözlük