Mediçilər sözü azərbaycan dilində

Mediçilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mediçilər • 66.6667%
  • mediçilər • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mediçilər
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.

Oxşar sözlər

#mediçilər nədir? #mediçilər sözünün mənası #mediçilər nə deməkdir? #mediçilər sözünün izahı #mediçilər sözünün yazılışı #mediçilər necə yazılır? #mediçilər sözünün düzgün yazılışı #mediçilər leksik mənası #mediçilər sözünün sinonimi #mediçilər sözünün yaxın mənalı sözlər #mediçilər sözünün əks mənası #mediçilər sözünün etimologiyası #mediçilər sözünün orfoqrafiyası #mediçilər rusca #mediçilər inglisça #mediçilər fransızca #mediçilər sözünün istifadəsi #sözlük