Mehdiyev sözü azərbaycan dilində

Mehdiyev

Yazılış

  • Mehdiyev • 99.6647%
  • MEHDİYEV • 0.2995%
  • mehdiyev • 0.0358%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elman Mehdiyev
Elnur Mehdiyev
Elnur Mehdiyev — rejissor, aktyor. == Həyatı == Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Emin Mehdiyev
Mehdiyev Emin Natiq oğlu - 22 sentyabr 1992, Bakı) - Azərbaycan futbolçusu, yarımmüdafəçi. == Tərçümeyi halı == Emin Mehdiyev 22 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Neftçi" Bakı klubunun yetirməsidir, peşəkar futbolda öz fəaliyyətinə 2009-cu ildə başlamışdır. O, 2010-cu ildən "Neftçi" Bakı komandasının əsas heyətinə daxil edilmiş, həmin mövsümdə iştirak etdiyi 23 oyunda 1 qol vurmuşdur. 2010-cu ildə Emin Mehdiyev icarə qaydasında Bakının "Abşeron" komandasına keçmiş və bir mövsüm ərzində həmin komandanın əsas heyətində çıxış etmişdir. Bu komandanın tərkibində o, 17 oyun keçirmiş və 7 qol vurmuşdur. 2011-ci ildən yenidən "Neftçi" komandasına qayıtmış və 2015-ci ilədək həmin komandada oynamışdır. 2012–2013-cü və 2013-2014-cü il mövsümlərində "Neftçi" Bakı futbol komandasının tərkibində Çempionlar liqasının 2 oyununda və UEFA Avropa liqasının 4 oyununda çıxış etmişdir. Onun bu oyunlarda ilk debutu 17 iyul 2012-ci ildə Bakı şəhərində Dalğa Arena stadionunda Gürcüstanın "Zestafoni" komandasına qarşı oyunda çıxışı olmuşdur. E.Mehdiyev matçın 82-ci dəqiqəsində əvəzetmə nəticəsində oyuna daxil olmuşdur.
Fazil Mehdiyev
Fazil Umud oğlu Mehdiyev (20 avqust 1966, Ələkçi, Laçın rayonu – 24 sentyabr 1991, Abdalgülablı[d], Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi.
Firudin Mehdiyev
Firudin Mehdi oğlu Mehdiyev ( ) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). == Həyatı == Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. == Əsas rolları == Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim == Həyatı == Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. === Təltif və mükafatları === Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Hicran Mehdiyev
Hicran Mehdiyev — Texnika elmləri namizədi, iqtisadi informatika kafedrasının baş müəllimi, Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsi (2000). == Həyatı == 20 fevral 1961-ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. 1977-ci ildə Cəbrayıl şəhər orta məktəbini bitirmişdir və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1982-ci-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institununda proqramçı mühəndis, kiçik elmi işçi, qrup rəhbəri vəzifələrində işləmişdir. 1987-1990-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda məqsədli aspiranturada təhsil almiş və 1992-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-1998-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasinda baş müəllim vəzifəsində çalışmışdır. 2000-ci ildən tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsində çalışır. == Elmi adları == 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir 1992-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda namizədlik dissertasiyası müdafiə etmişdir == Tədqiqat sahəsi == Informasiya texnologiyalarinin tehsildə tətbiqi, ekspert-öyrədici sistemlərinin yaradılması. == Əmək fəaliyyəti == BDU 2000-2002-ci illərdə informasiya texnologiyalari və programlaşdırma, 2002-ci ildən iqtisadi informatika kafedraları Informatika, riyaziyyat və informatikanın tədrisi metodikası, əməliyyat sistemləri və proqramlaşdərma dilləri, 14 elmi əsərin müəllifidir. == Seçilmiş əsərləri == 1.
Hüseyn Mehdiyev
Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü. == Həyatı == Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub. 1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin, Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.).
Həsən Mehdiyev
Həsən Mеhdiyеv (Həsən Musа оğlu Mеhdiyеv; 5 may 1925, Naxçıvan – 21 avqust 2001, Bakı) – yаzıçı, nаsir, publisist. == Həyatı == Həsən Mehdiyev Nахçıvаn Pеdаqоji Tехnikumunu bitirmiş (1941), Bаkıdа ikiillik pаrtiyа məktəbinin müdаvimi (1947–1949) оlmuşdur. Böyük Vətən mühаribəsinin (1941–1945) iştirаkçısıdır. Оrdudаn tərхis еdildikdən sоnrа Şahbuzdа, Naxçıvandа sоvеt, kоmsоmоl və pаrtiyа işində çаlışmışdır. Həsən Mehdiyev 1952-ci ildə Bakıyа köçmüş, nəşriyyаt və mətbuаt sаhəsində fəаliyyət göstərmiş, “Аzərnəşr”də bədii ədəbiyyаt şöbəsinin müdiri (1967–1972), “Еlm və həyаt” jurnаlının bаş rеdаktоru (1975–1993) оlmuşdur. Həsən Mehdiyev “Nахçıvаn” аdlı ilk kitаbı 1959-cu ildə nəşr еdilmişdir. “Mənim Gülgəz bаcım” (1971), “Dаğ çiçəyi” (1980) pоvеstlərinin, “Əlvidа dеmədik” (1969), “Охşаr tаlеlər” (1982), “Sənsiz kеçən günlərim” (1985), “Dünyаmı qаytаr mənə” (1989) rоmаnlаrının müəllifidir. Hеkаyələri (“Sеvgi rаpsоdiyаsı” tоplusu, 1969), publisistik yаzılаrı vаr.
Mehdi Mehdiyev
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. === Ailəsi === Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Münasib Mehdiyev
Məhəmməd Mehdiyev
Mehdiyev Məhəmməd Fərman oğlu (2 oktyabr 1941, Təzəkənd, Laçın rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Məhəmməd Mehdiyev 2 oktyabr 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1951-ci ildə Laçın rayonunun Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olmuşdur.1961-ci ildə orta məktəbi bitirmişdir. 1966-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına göndərilmişdir. 1975-ci ildə Rostov Dövlət Universitetinin elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 1994-cü ildə professor elmi adını almışdır. Bakı Dövlət Universitetinin "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri, "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanıdır. 1970-ci ilin yanvarında təyinatla Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1976-cə ildə baş elmi işçi vəzifəsinə seçilmişdir.
Məmməd Mehdiyev
Məmməd Əsəd oğlu Mehdiyev (1911, Şamaxı – 1988, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun IX rektoru. 1911-ci ildə Şamaxıda anadan olmuşdur. Ali təhsilini 1935-ci ildə İrəvan Baytarlıq İnstitutunda bitirmiş, ardınca Maksim Qorki adına Kazan Aqrar İnstitutunda təhsil almışdır. İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 1988-ci ildə vəfat etmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, fakültə dekanı işləmişdir. 1953-cü ildə baytarlıq elmləri doktoru dərəcəsini və professor elmi adını almışdır. 1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1954–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda direktor və rektor qismində ali təhsil müəssisəsinin 9-cu rəhbəri olmuşdur.
Məmmədismayıl Mehdiyev
Məmmədəli Mehdiyev
Məmmədəli Mehdiyev (9 aprel 1993, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. Məmmədəli Mehdiyev 2011-ci ilin noyabrında 18 yaşında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu. Bu onun birinci ciddi uğuru idi. 2012-ci il ərzində Məmmədəli Mehdiyev gənclər arasında beynəlxalq turnirlərdə, həmçinin mayda Azərbaycanda baş tutan IJF Qran-Pri beynəlxalq turnirində bürünc medallara sahib oldu. Məmmədəli Mehdiyev üçün 2013-cü il də uğurlu oldu. Yunanıstanda və Almaniyada gənclər arasında beynəlxalq turnirləri, Gürcüstanda isə European Open beynəlxalq turnirini bürünc medalla başa vuran Məmmədəli Mehdiyev iyulda Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarında bürünc medalın sahibi oldu. İlin nüfuzlu turnirlərində isə Məmmədəli Mehdiyev Sarayevo şəhərində (Bosniya və Herseqovina) gənclər arasında Avropa Çempionatında və Lyublyana şəhərində (Sloveniya) gənclər arasında Dünya Çempionatlarında da bürünc medalların sahibi oldu. 2014-cü il ərzində Məmmədəli Mehdiyev Azərbaycanda və Cənubi Koreyada baş tutan IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2015-ci il isə Məmmədəli Mehdiyev üçün uğursuz mövsüm oldu. Məmmədəli Mehdiyev African Open və Oceania Open beynəlxalq turnirlərini müvafiq olaraq bürünc və qızıl medallarla başa vurdu.
Nadir Mehdiyev
Nadir Hüseyn oğlu Mehdiyev (27 iyun 1971, Bakı) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Nadir Mehdiyev 27 iyun 1971-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Kinorejissor Hüseyn Mehdiyevin oğludur. Nadir Mehdiyev bədii, sənədli filmlərin, musiqi kliplərinin quruluşçu operatorudur. "Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015) Azərbaycanın əməkdar mədəniyyət işçisi (31 iyul 2017) Operator assistenti kimi Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) Haray (film, 1993) (tammetrajlı bədii film) Operator kimi Səhnədə keçən həyat (film, 1991) (qısametrajlı sənədli film) Dostuma məktub (film, 1992) (tammetrajlı sənədli film) Udi xalqı (film, 1993) (qısametrajlı sənədli film) Müharibə yolları (1995) (sənədli film) Hökm (film, 1994) (tammetrajı bədii film) Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film) Bakı metrosu-30 (film) (qısametrajlı sənədli film) Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (film, 1998) Zəncir (1999) (sənədli film) Bir anın həqiqəti (film, 2003) (çoxseriyalı bədii film) Məkanın melodiyası (film, 2004) (tammetrajlı bədii film) Bomba (film, 2005) (tammetrajlı bədii film) Məşədi İbad 94 (film, 2005) (tammetrajlı bədii film) Qrinviç meridianından... kənarda (film, 2007) (qısametrajlı bədii film) Əgər unutsaq.. (film) (sənədli film) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) Top həm düşər, həm qalxar (film, 2011) (sənədli film) Dolu (film, 2012) (tammetrajlı bədii film) Qanun naminə (serial, 2013) 5+ (film, 2014-2015) (bədii serial) Yuxarıda və aşağıda (film, 2015) (kinoalmanax) ("": quruluşçu operator) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Həddən artıq uyğunluq (film, 2016) (tammetrajlı bədii film) Oğlan evi 2 (film, 2016) Ağanatiq (film, 2017) Əlvida, Şmidt!
Nizami Mehdiyev
Nizami Mehdiyev — fizika-riyaziyyat elmləri doktoru, professor (2001). Mehdiyev Nizami Mikayil oğlu 14 dekabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərində anadan olmuşdur. 1966-cı ildə M. Sidqi adına Ordubad şəhər orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Universiteti "Yarımkeçiricilər fizikası" ixtisası üzrə bitirərək, fakültə elmi şurasının zəmanəti ilə həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirantlıq müddətində o, Bakı Dövlət Universitetində professor Axundov Qüdrət Əli oğlunun rəhbərliyi altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrdə çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq edərək 1975-ci ildə "Laylı kristallarda elektrolüminessensiya və çeviricilik hadisəsi" adlı namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Nizami müəllim 1977-ci ildə Rusiya Elmlər Akademiyasının İoffe adına Fizika və Texnika İnstitutuna ezam olunmuş, orada hazırda "Nobel" mükafatı laureatı J. İ. Alferovun rəhbərlik etdiyi "Heterokeçidlər" laboratoriyasında və N. A. Qorinovanın rəhbərlik etdiyi "Yarımkeçiricilərin texnologiyası" laboratoriyasında tədqiqatlar aparmış, doktorantura keçmişdir. 1991-ci ildə "Anizotrop selenidlərdə generasiya və rekombinasiya prosesləri" adlı doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və 2001-ci ildə professor adına layiq görülmüşdür. Nizami Mehdiyev 1975–1997-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, eləcə də Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası "Fizika" kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyərək tələbələrə "Ümumi fizika kursu" üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparır.
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Mehdiyev
Mehdiyev və ya Mehtiyev — soyad. Ramiz Mehdiyev — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022) Vüqar Mehdiyev — Azərbaycanı təmsil edən yüngül atlet. İlham Mehdiyev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı Əşrəf Mehdiyev — Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri.
Nüsrət Mehdiyev
Oktay Mehdiyev
Mehdiyev Oktay Nüsrət oğlu (22 oktyabr 1976) — Azərbaycan aktyoru. Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub. 1994-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir. 1999-cu ildən hal-hazıradək H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V. Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T. Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə. M. Lələdağ "Tələ"), Vəliqulu (C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G. Xuqayev "Bir köpək vardı"), Təkgöz (K. Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y. Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə. M. Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə. Əmirli "Varlı qadın"), və s. göstərmək olar. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 220 №-li otaq (film, 2010) Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015) Mən burdayam, İlahi!
Oqtay Mehdiyev
Paşa Mehdiyev
Qabil Mehdiyev
Qabil Mehdiyev (tam adı: Qabil Sabir oğlu Mehdiyev; d. 1 may 1977, Naxçıvan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Respublikanın Fəxri bədən tərbiyəsi və idman işçisidir. "Tərəqqi" medalı ilə təltif olunub. "Qızıl qələm" mükafatı laureatıdır. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının sabiq prezidenti. 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ailəlidir. Bir qızı və bir oğlu var. 1984-cü ildə C. Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.
Qərib Mehdiyev
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir. Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır. Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir. Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır.
Firudin Mehdiyev (aktyor)
Firudin Mehdi oğlu Mehdiyev ( ) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). == Həyatı == Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. == Əsas rolları == Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Firudin Mehdiyev (şəhid)
Fərqanə Mehdiyeva
Fərqanə Habil qızı Mehdiyeva (19 fevral 1964, Ərəbqardaşbəyli, Salyan rayonu – 2 may 2020, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü. == Həyatı == Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur. == Yaradıcılığı == Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.
Gülər Mehdiyeva
Mehdi Mehdiyev (dövlət xadimi)
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. === Ailəsi === Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Mir Yaqub Mehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini. Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib. Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.
Nisbət Mehdiyeva
Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994). Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir. Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti).

Oxşar sözlər

#mehdiyev nədir? #mehdiyev sözünün mənası #mehdiyev nə deməkdir? #mehdiyev sözünün izahı #mehdiyev sözünün yazılışı #mehdiyev necə yazılır? #mehdiyev sözünün düzgün yazılışı #mehdiyev leksik mənası #mehdiyev sözünün sinonimi #mehdiyev sözünün yaxın mənalı sözlər #mehdiyev sözünün əks mənası #mehdiyev sözünün etimologiyası #mehdiyev sözünün orfoqrafiyası #mehdiyev rusca #mehdiyev inglisça #mehdiyev fransızca #mehdiyev sözünün istifadəsi #sözlük