Mehdizadə sözü azərbaycan dilində

Mehdizadə

Yazılış

  • Mehdizadə • 99.5781%
  • MEHDİZADƏ • 0.4219%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi. == Haqqında == Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası. == Həyatı == Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır. 2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır. === Şəxsi həyatı === 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. == Mükafatlar və nominasiyalar == 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür. 18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Mehdi Mehdizadə
Mehdi Məmməd oğlu Mehdizadə (18 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984, Bakı) — Azərbaycan pedaqoqu və ictimai-siyasi xadimi, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954, 1960–1980). == Həyatı == Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurban Mehdizadə
Rauf Mehdizadə
Mehdizadə Rauf Nurəddin oğlu — texniki elmləri üzrə, elmlər doktoru. 1967-ci ildə Moskva Energetika İnstitunun, Azərbaycanda "Yüksək gərginliklərin" (yaradıcısı) banisi akademik Ç.M. Cuvarlının rəhbərlik etdiyi "Yüksək gərginliklər fizikası və texnikası" laboratoriyasına qəbul olunmuşdu. Həmin labaratoriyanın mühəndis vəzifəsindən aparıcı elmi işçiyə qədər, yüksəlmişdir. Ailəlidir 1 övladı var. == Elmi nailiyyətləri == Mehdizadə R.N. yüksək elektrik sahələrinin və elektrik boşalmalarının materiallara təsirini, vakum aralığının, maye və bərk elektrik izolyasiyalarının elektrik deşilməsi proseslərinin mexanizminin öyrənilməsi və onların elektroenergetika, elektrotexnika və xüsusi təyinatlı cihaz və qurğularda tətbiq edilməsi ilə məşğul olmuşdur. 1981-ci ildə Mehdizadə R.N. Leninqrad politexnik İnstitunda namizədlik dissertasiyasını müdafiə etmiş. 1988-ci ildə Cuvarlı Ç.M. və Qorin Y.V. ilə birlikdə "Elektromənfi qazlarda tacvari boşalma" adlı monoqrafiya dərc etdirmişdir. 2002-ci ildən əvvəlcə "Yüksək gərginliklərin Fizikası və texnikası", sonradan isə "tətbiqi elektrodinamikanın müasir metodları" labaratoriyalarına rəhbərlik etmişdir. 2010-cu ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Mehdizadə R.N. 160-dan çox elmi məqalə və 15 müəlliflik şəhadətnaməsi-potentin müəllifidir.
Sultan Mehdizadə
Sultan Ağa oğlu Mehdizadə (18 yanvar 1916) — Qızıl ordunun çavuşu, İkinci Dünya Müharibəsinin iştirakçısı. Birinci dərəcəli Vətən Müharibəsi Ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Stalinqradın müdafiəsi uğrunda" medalları ilə təltif olunub. Şərəf Ordeninin tam kavaleridir. == Həyatı == 18 yanvar 1911-ci ildə Şamaxıda anadan olub. Odessa dəniz nəqliyyatı institutunda üç kurs bitirdikdən sonra SSRİ Hərbi-Dəniz donanmasına hərbi xidmətə çağırılıb. Müharibənin əvvəlində Sakit okean donanmasında xidmət edirdi. == Döyüş yolu == 1942-ci ilin 8 sentyabrında Saratov vilayətində şəxsi heyətinin böyük hissəsinin dənizçilərdən ibarət olduğu 143-cü əlahiddə atıcı briqadası formalaşdırıldı. Qırmızı dənizçi Mehdizadə isə bu briqadanın tərkibində olan 97-ci piyada kəşfiyyat taqımına düşdü. 1942-ci ilin oktyabr ayından etibarən briqada Stalinqrad cəbhəsinin qoşunlarının tərkibində Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin noyabrında Stalinqrad ətrafındakı döyüşlərdə Sultan ilk dəfə yaralandı.
Zəkəriyya Mehdizadə
Zəkəriyya Məmməd oğlu Mehdizadə (24 mart 1913, Cəbrayıl ‒ 18 noyabr 1990, Bakı) ― azərbaycanlı psixoloq-alim, professor. == Həyatı == Zəkəriyya Məmməd oğlu Mehdizadə 24 mart 1913-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya gəlib. İlk təhsilini 1920–1924-cü illərdə kəndlərindəki ibtidai məktəbdə alıb. Təhsilini 1926–30-cu illərdə Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki II dərəcəli məktəbdə (doqquzillik) davam etdirib. 1930–1931-ci illərdə Xızı rayonunda natamam orta məktəbdə müəllim işləyib. 1932–1936-cı illərdə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil alıb. 1936-cı ildə Azərbaycan XMK tərəfindən Cəbrayıl rayonuna riyaziyyat müəllimi göndərilən Zəkəriyya Mehdizadə 1936–1942-ci illərdə Cəbrayıl rayonunda müəllim, M.Qorki adına orta məktəbdə direktor müavini (dərs hissə müdiri), direktor, rayon Xalq Maarif Şöbəsində inspektor və müdir vəzifələrində çalışıb. 1926-cı ildə ÜİLKGİ-nin, 1931-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Şurasının, 1940-cı ildə isə Sov.İKP-nin üzvü seçilib. 1942–1944-cü illərdə Cəbrayıl rayon Partiya Komitəsininin Təbliğat və Təşviqat şöbəsinin müdiri, 1944–46-cı illərdə isə rayon partiya komitəsinin II katibi vəzifələrində çalışıb. 1946–1947-ci illərdə Bakı şəhər Xalq Maarif şöbəsində metodist və 1 saylı məktəbdə riyaziyyat müəllimi işləyib.
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. == Həyatı və yaradıcılığı == Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 114 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir. 2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin] 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar.
İntiqam Mehdizadə
İntiqam Mehdizadə (14 fevral 1945, İsmayıllı – 8 iyun 2022) — yazıçı-publisist, jurnalist, ssenarist. == Həyatı == İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır. Hal-hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyir. Evlidir, iki övladı, dörd nəvəsi var.
Əli Mehdizadə
Hacıbaba Mehdizadə
Mehdi Mehdizadə küçəsi (Bakı)
Mehdi Mehdizadə küçəsi — Bakı şəhəri Xətai rayonu ilə Nəsimi rayonunun kəsilməsində yerləşən bir istiqamətli küçədir. Küçə öz başlanğıcını 28 May küçəsindən götürür və Nəcəfqulu Rəfiyev küçəsində sona çatır. == Mühüm ünvanlar == Mehdi Mehdizadə küçəsi № 1 — Bakı Vaqon Təmiri Zavodu Mehdi Mehdizadə küçəsi № 8B — Tis Art sərgi salonu Mehdi Mehdizadə küçəsi № 38–10 saylı poçt şöbəsinin poçt agentliyi Mehdi Mehdizadə küçəsi № 14 — Xətai rayon Telefon Qovşağı Mehdi Mehdizadə küçəsi № 14 — Ulduz Telecom MMC Mehdi Mehdizadə küçəsi № 14–25 saylı poçt şöbəsinin poçt agentliyi Mehdi Mehdizadə küçəsi № 62L — Cherry Restoranı Mehdi Mehdizadə küçəsi № 69–37-ci polis bölməsinin müvəqqəti saxlama təcridxanası Mehdi Mehdizadə küçəsi № 69 — Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi == Kəsişdiyi küçələr == Elman Ovçuyev küçəsi Həsən Salmani küçəsi Yusif Səfərov küçəsi Sergey Senyuşkin küçəsi Yeryomenko küçəsi Fəzail Bayramov küçəsi Natiq Əliyev küçəsi Ayaz İsmayılov küçəsi 8-ci Qaraşəhər küçəsi İzzət Orucova küçəsi == Adlandırılması == Əvvəllər Əsədulla Axundov adını daşıyan küçə sonradan tanınmış akademik, Azərbaycan SSR-nin Maarif Naziri Mehdi Mehdizadənin adını daşımaqdadır.
Mehdizadə və Mərdanov (kitab)
Mehdizadə və Mərdanov — Kitabça müxtəlif illərdə Azərbaycada təhsilə rəhbərlik etmiş iki şəxsin – Mehdi Mehdizadə və Misir Mərdanovun idarəçilik metodlarına həsr olunub. Eləcə də bu onların timsalında Azərbaycan təhsilinin 30 il əvvəlki ab-havası ilə indiki vəziyyətləri müqayisə edilir. Kitabçadan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. == Mənbə == Nadir İsrafilov. Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.

"mehdizadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mehdizadə nədir? #mehdizadə sözünün mənası #mehdizadə nə deməkdir? #mehdizadə sözünün izahı #mehdizadə sözünün yazılışı #mehdizadə necə yazılır? #mehdizadə sözünün düzgün yazılışı #mehdizadə leksik mənası #mehdizadə sözünün sinonimi #mehdizadə sözünün yaxın mənalı sözlər #mehdizadə sözünün əks mənası #mehdizadə sözünün etimologiyası #mehdizadə sözünün orfoqrafiyası #mehdizadə rusca #mehdizadə inglisça #mehdizadə fransızca #mehdizadə sözünün istifadəsi #sözlük