Təbriz mehmanxanası (Naxçıvan)
Təbriz mehmanxanası — Naxçıvan şəhərində yerləşən mehmanxana.
Mehmanxana Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında XVIII əsrə aid tarixi-memarlıq abidəsi İsmayılxan hamamı və Dədə Qorqudun heykəli yerləşir.
Otelin həyətində avtomobil dayanacağı vardır. 100 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. 95 nömrə fondu vardır. Bunlardan 1-i apartament – kral dairəsi, 22-si lüks, 18-i studiya, 54-ü isə I kateqoriya nömrələrdir. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və sair göstərilir.
Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zal, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi yerləşir.