* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Münasibətdə xoşluq, səmimilik, xoşrəftarlıq, dostluq, mehriban münasibət. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Mehribanlıq beşiyimdir; Yerim bağça, yurdum bağdır; Alnım açıq, üzüm ağdır. S.Vurğun. □ Mehribanlıq etmək (qılmaq) – mehriban olmaq, səmimilik göstərmək, xoş münasibət göstərmək, yaxınlıq etmək. Çün ol sənə qıldı mehribanlıq; Yaxşılığa eyləmə yamanlıq. Füzuli.
Azərbaycan dilinin izahlı lüğəti / mehribanlıq2 1. MEHRİBANLIQ Buzov təzəcə eydirdiyi əmcəklər Şərəfnisənin əlində mum kimi yumşalmışdı, qadın öz mehribanlıq, nəvaziş yağan səsilə aram-aram sağıcının əzəli mahnısını mızıldandıqca inək... balası üçün qorumaq istədiyi südü buraxırdı (Ə.Cəfərzadə); LÜTF Mehribansan, görürəm var mənə lütfün, kərəmin (M.Seyidzadə); MƏHƏBBƏT (Mehribanın) çocuqlarına qarşı bəslədiyi məhəbbət onu məcbur edirdi... (S.Hüseyn); ŞƏFQƏT. 2. mehribanlıq bax gülərüzlülük
Azərbaycan dilinin sinonimlər lüğəti / mehribanlıq1 MEHRİBANLIQ – ƏTİACILIQ Əhməd onun səsindəki süni mehribanlığı duydusa da, üstünü vurmadı (İ.Şıxlı); Elə ətiacılığı onu hörmətdən salmışdı (S.Qədirzadə). MEHRİBANLIQ – SƏRTLİK Dostun olsa rəşadət; Mehribanlıq, ədalət (M.Rahim); Surxayın sərtlik və ehtiyatkarlığı ailədən xaricdə özünü göstərirdi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / mehribanlıq1 приветливость, дружелюбие, задушевность, привязанность, ласковость
Azərbaycanca-rusca lüğət / mehribanlıq2 сущ. 1. ласковость: 1) свойство ласкового. Təbəssümün mehribanlığı ласковость улыбки, baxışın mehribanlığı ласковость взгляда чьего, кого 2) ласковое, приветливое отношение. Tərbiyəçinin mehribanlığı ласковость воспитателя 2. теплота, сердечность, приветливость. Mehribanlıq hiss etmək почувствовать теплоту, mehribanlıq göstərmək показать (проявить) сердечность
Azərbaycanca-rusca lüğət / mehribanlıq1 is. tendresse f ; affabilité f ; amabilité f ; aménité f
Azərbaycanca-fransızca lüğət / mehribanlıq