meht sözü azərbaycan dilində

meht

Yazılış

  • meht • 50.0000%
  • Meht • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elgiz Mehtiyev
Elgiz Şahin oğlu Mehtiyev (1 mart 1999, Bəylər, Saatlı rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1 mart 1999-cu il tarixində Saatlı rayonunun Bəylər kəndində anadan olub.2006—2014-cü illərdə Bəylər kənd ümumi orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbiyə yollanan Elgiz, TərTər rayonunun "N" saylı hərbi hissəsində qulluq edib. === Ailəsi === Atası - Şahin Mehdiyev Anası - Elbəniz Mehdiyeva == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elgiz Mehtiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgiz Mehtiyev noyabrın 5-də. Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Eşqin Mehtili
Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə "İlin ən yaxşı şagirdi" adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır.
Kamleş Mehta
Kamleş Mehta (1 may 1960) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kamleş Mehta Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Kamleş Mehta Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mehtab Qadınəfəndi
Mehtab Qadınəfəndi (d. 1830 - ö. 20 iyul 1888) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı. == Həyatı == Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir. Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı.
Mehtab Quliyev
Mehtab Ənvər oğlu Quliyev (6 dekabr 1997, Kiçik Qaramurad, Gədəbəy rayonu – 30 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilanın azad edilməsi zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən həlak olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.
Mehtagalak
Mehtagalak — Livan müğənnisi Nensi Ajramın ilk albomu. Albom Nensinin 15 yaşında, yəni 2 oktyabr 1998-ci ildə buraxılmışdır. "Mehtagalak" (Ərəbcə ərəb. محتجالك‎) adı “Sənə möhtacam” mənasını verir. == Mahnıların siyahısı == "Mehtagalak" (azərb. Sənə möhtacam‎) "Moudhesh" (azərb. Müdhiş‎) "Ana Am Faker Feer" (azərb. Səni düşünürəm‎) "Akid Ya Hayati Aktar" (azərb. Əlbəttə, ey həyatım, daha çox‎) "Awal Sahra" (azərb. İlk axşam‎) "Al Hob Tier" (azərb.
Mehtap Altunok
Mehtap Altunok (d. 1972), Türkiyəli Səsləndirmə sənətçisi və aktrisa. O, müxtəlif televiziya seriyalarında və reklamlarında rol almışdır. Ayrıca bəzi istehsalların səsləndirməsini iştirak etdi və bir dövr NTV kanalında hava proqnozu aparıcılığı etmişdir. Türkiyədə CarrefourSA hipermarket təqdimat filmlərində ekran üzü olmuşdur. Son dövrdə Show TV ekranlarında Həkimlər adlı serialda Jülide obrazını canlandırmışdır. Altunok 2015 in yaz aylarında TRT 1 də başlayan Baba Candir serialında iştirak etmişdir.
Mehtarlam
Mehtarlam — Əfqanıstanın Ləğman vilayətinin inzibati mərkəzi. Şəhər Əlingar çayı üzərində yerləşir. Cəlalabad şəhərindən isə 47 km uzaqlıqda yerləşir. 2006-cı il 6 fevralda Burada Karikatürstlər Məhəmmədi karikatüra etdikləri üçün güllələnmişdi. Şəhər Samanilər şeyxi Mahmud Qəzni tərəfindən salınıb.
Mehti Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehtər musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb. Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur. Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır.
Mehtərli (Vərziqan)
Mehtərli (fars. مهترلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 881 nəfər yaşayır (186 ailə).
Mehtərəhməd (Şəbüstər)
Mehtərəhməd (fars. مهتراحمد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (68 ailə).
Oktay Mehtiyev
Oktay Mehtiyev (5 avqust 1970, Krasnoselski, Saatlı rayonu) — cərrah, Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti və İdarə Heyəti sədrinin birinci müavini, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrası assisten. == Həyatı == Oktay Mehtiyev 5 avqust 1970-ci il Saatlı rayonunda anadan olmuşdur. 1976–1983-cü illərdə Saatlı rayonunda Qara Nuru tam orta məktəbində təhsil alıb. 1983–1987-ci illərdə Respublika İdman Təmayüllü İnternat məktəbini qızıl medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutuna stomatologiya fakültəsinə daxil olmuşdur və 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 uşağı var. == Fəaliyyəti == 1992–1999 – Azərbaycan Tibb Universiteti – baş laborant. 1999–2017 – Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasında – assistent. 1998-h.h. – Azərbaycan Kikboksinq Federasiyasının 1-ci Vitse Prezidenti.
Rüfət Mehtizadə
Rüfət İsrayıl oğlu Mehtizadə (1 aprel 1996; Qulubəyli, İmişli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Mehtizadə 1 aprel 1996-cı ildə İmişli rayonunun Qulubəyli kəndində İsrayıl Mehtizadənin ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rüfət Mehtizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. 2015-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mehtizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Sətdar Mehtiyev
Sətdar Raqif oğlu Mehtiyev (18 avqust 1993; Hacıqabul, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttar Mehtiyev 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlmiş, şəhər 4 saylı şəhid Natiq Ağayev adına orta məktəbi bitirib. == Hərbi xidmətləri == Sətdar Mehdiyev 2011–2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olduqdan sonra Tərtər rayonunda kəşfiyyat taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sətdar Mehdiyev 2020-ci il sentyabrın 29-da Murovdağ zirvəsinin alınması ilə nəticələnən döyüşdə rəşadət göstərmişdir. 2020-ci ilin oktyabrın 3-də Madagiz-Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttar Mehtiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zubin Mehta
Zubin Mehta (hind ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[…], Bombey, Britaniya Hindistanı) — Hindistannın parsilər əsilli dirijoru. == Bioqrafiyası == Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır. 1958 ci ildə Mehta Liverpul filarmoniyasından dirijor assistentliyinə dəvət alır.
Rauf Mehtiyev
Mehtiyev
Mehdiyev və ya Mehtiyev — soyad. Ramiz Mehdiyev — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022) Vüqar Mehdiyev — Azərbaycanı təmsil edən yüngül atlet. İlham Mehdiyev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı Əşrəf Mehdiyev — Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri.

"meht" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#meht nədir? #meht sözünün mənası #meht nə deməkdir? #meht sözünün izahı #meht sözünün yazılışı #meht necə yazılır? #meht sözünün düzgün yazılışı #meht leksik mənası #meht sözünün sinonimi #meht sözünün yaxın mənalı sözlər #meht sözünün əks mənası #meht sözünün etimologiyası #meht sözünün orfoqrafiyası #meht rusca #meht inglisça #meht fransızca #meht sözünün istifadəsi #sözlük