memarlığı sözü azərbaycan dilində

memarlığı

Yazılış

  • memarlığı • 98.9492%
  • Memarlığı • 1.0508%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan memarlığı
Gürcüstan memarlığı — Gürcüstan ərazisində yerləşən bina və tikililərin memarlıq üslublarını ifadə edir. Gürcü milli memarlığında tarixən qala, kilsə, qəsr və qüllə istiqamətləri daha çox inkişaf etmişdir. Yuxarı Svaneti qüllələri, Şatili və Xevsureti qalaları orta əsrlər gürcü müdafiə tikililərinin ən yaxşı nümunələridir. Tarixən Erməni və Bizans memarlıqları ilə ünsiyyətdə olmasına baxmayaraq, gürcü kilsə memarlığı bir neçə xüsusi cəhətə malikdir. Tarixi gürcü kilsə və kafedralları düzbucanqlı və ya xaçvari təməl üzərində ucalan hündür barabanlı günbəzlə tamamlanan struktura malikdir. "Gürcü xaç-günbəz stili" də adlandırılan bu üslub Gürcüstan ərazisində IX əsrdən başlayaraq inkişaf etmişdir. Həmin dövrdən əvvələ aid gürcü kilsələri isə bazilika formasına malikdirlər.
Mayya memarlığı
Mayya memarlığı — Mayya sivilizasiyasının mühüm bir hissəsi. Mayya memarlığı müxtəlif dövrlərdə və müxtəlif şəhərlərdə fərqlənirdi. Mayya memarlığına aid olan binaların divarları, bir qayda olaraq, qırmızı idi. == Materiallar == Əsasən Mayya memarlığında tikilən binalarda əhəng daşından istifadə edilmişdir. Tikintidə istifadə edilən sement, əhəng, qum və su qarışığından yaranmışdır. Eyni bu tərkibin daş tozu ilə qarışığından divarları və tavanları əhatə edən mala yarandı. Daha sonra həmin divar və tavanlarda ieroqliflər və şəkillər kəski ilə tətbiq olundu. == İnkişaf tarixi == Mayya memarlığı formalaşma dövründə meydana gəldi. O dövrdə digər mədəniyyətlərin güclü təsiri altında inkişaf etmişdir. O dövrün binaları daşqından mühafizə olunmaq üçün aşağı platformalarda tikilən, pəncərəsiz və bir qapıdan olan adi daxmalar idi.
Mesopotamiya memarlığı
Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi. E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir.
Modern memarlığı
Modern memarlığı — memarlıq üslubu, 1890–1910-cu illərdə Avropada yayılmışdır. İncəsənət modern üslubunda işləmiş ilk memarlarından biri, Belçikalı Viktor Horta olub. Öz layihələrində, o, yeni materiallar, əsasən metal və şüşə istifadə etmişdir. Dəmirdən hazırlanmış struktur daşıyanlara fantastik, bitkiyə bənzər, formalar verirdi. Fransada modern fikiri Hektor Qimar yayıldırıb. Amma ən çok klassik anlayışdan Antonio Qaudi getdi.
Moldova memarlığı
Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir. Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830–1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır. Колотовкин А. В., Шойхет С. М., Эльтман И. С. Архитектура Советской Молдавии. — Москва: Стройиздат, 1987.
Monqolustan memarlığı
Monqolustan memarlığı — Monqolustan ərazisində formalaşmış memarlıq. Monqolustan ərazisində eramızın əvvəllərinə aid yaşayış məskənlərinin, IX–XIII əsrlərə aid istehkamlı şəhərlərin xarabalıqları qalmışdır. XVI əsrin sonlarından XX əsrin əvvəllərinədək Çin-Tibet memarlığının təsiri ilə saray və məbəd tikililər inşa edilmişdir. Bunlara Ulan-Batorda Erdeni-dzu, Qandan monastırları və s. aiddir. Ən qədim incəsənət abidələri Tunc dövrünə aid qaya təsvirləri, daş heykəllər, tunc kimi məmulatlarla təmsil olunur. Monqolustan Xalq Respublikası 1924-cü ildə qurulduqdan sonra ölkə ərazisində geniş tikinti işləri aparılmışdır. Ulan-Bator kimi köhnə şəhərlər yenidən qurulmuş, Darxan, Nalayxa, Sayn-Şand kimi yeni şəhər və qəsəbələr salınmışdır. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş tətbiq edilmişdir. Щепетильников Н. М. Архитектура Монголии.
Moğol memarlığı
Moğol memarlığı — türk memarlığından bəhrələnən xüsusi memarlıq üslubu olub müasir Hindistan ərazisində Böyük Moğol İmperiyası dövründə mövcud memarlıq sənətidir. XVI-XVII əsrlərdə özünün inkişaf dövrünü yaşamışdır. Moğol imperatorluğu dövründə müsəlman-hind memarlığının bir sıra nümunələri yaradılmışdı. Əkbər şah dövründə Hümayun şahın Dehlidəki məqbərəsi, Aqra və Lahor şəhərində saraylar, Təthpur-Sikri qalası inşa edilmişdi. Əkbər şah Aqra şəhərindən 25 mil aralıda yerləşən, özü tikdirdiyi Təthpur-Sikri qalasında 1569-1584-cü illərdə yaşamışdı. Moğol memarlığının ən yüksək nümuməsi Tac-Mahal məqbərəsidir. Moğol imperatoru Cahan şah sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üzərində 1630-1652-ci illərdə Tac-Mahal məqbərəsini tikdirmişdi. Bu məqbərə «Hindistanın incisi» adlanır. Ağ mərmərdən tikilmiş məqbərənin memarı usta Məhəmməd İsa Əfəndi, onun köməkçiləri səmərqəndli Məhəmməd Şərif və İstanbullu Xan Rumi idilər. Məqbərə müxtəlif miniatür janrda rəsmlərlə bəzədilmişdir.
Nasist memarlığı
Nasist memarlığı — Nasional Sosialist Alman İşçi Partiyasının hakim olduğu 1933-1945-ci illər arasında Nasist Almaniyasında hökm sürən memarlıq üslubu və fəaliyyəti. Roma İmperiyasına heyran olan Adolf Hitler romalıları da ari irq olaraq qəbul etmiş və onların üslublarından təsirlənərək neoklasik memarlıq abidələrinin tikilməsini istəmişdir. Dövrün totalitar rejimlərindən ən başda gələn Nasist Almaniyası ideologiyasının ruhuna uyğun olaraq totalitar və monumental strukturlar da inşa etmişdir və Velthauptştadt Germaniya kimi utopik və totalitar monumental layihələr hazırlamağı planlamışdır.
Neointibah memarlığı
Neointibah memarlığı — XIX-cu əsrin memarlıq üslubu.
Neoklassik memarlığı
Neoklassik memarlığı — memarlıq üslubu. Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ. 1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922). 1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair). 1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Osetiya memarlığı
Osetiya memarlığı — əsrlər boyu yaradılan Osetiya xalqının bənzərsiz maddi mədəniyyətinin sübutları. Osetinlərin məskunlaşdığı ərazidə çoxlu sayda memarlıq abidələri var ki, bunlardan ən diqqət çəkəni dağlıq zonada geniş yayılmış orta əsr qalaları və qüllələridir. Osetinlərin müdafiə məqsədi daşıyan tikililəri döyüş ("mæsıq") və yarı döyüş yaşayış qüllələri ("qænax"), qalalar ("qaluan"), qaya və mağara qalaları və çəpər divarları növlərinə bölünür. Bu tip abidələrin hər biri müəyyən tikinti üsulu, xüsusi planlaşdırma və konkret məqsədlə xarakterizə olunur. Osetiyada müxtəlif dərəcədə qorunmuş üç yüzdən çox qüllə qeydə alınıb ki, onlardan ən yaxşı qorunub saxlanılan döyüş qüllələridir, tarixi yaşayış binaları isə daha pis vəziyyətdədir. General İvan Abxazovun 1830-cu ildəki cəza ekspedisiyası zamanı çoxlu qüllələr və digər istehkamlar dağıldı və ya zərər gördü. Rəsmi sənədlərdə Darvaqs kəndindəki Şanaevlər qülləsi, Lamardonda Karsanovlar qülləsi, Çmi kəndindəki üç qüllə və Barzikau, Lats, Xidikus, Ualasıx kəndlərində bəzi binaların dağılması barədə məlumatlar qeyd olunub, bundan başqa sənədlərdə 10 yaşayış məntəqəsinin yandırılaraq dağılması da qeyd olunur. Ayrıca, Osetiya qüllələri və qalaları Cənubi Osetiyaya edilən müxtəlif cəza yürüşləri zamanı kütləvi şəkildə dağıdılırdı. Kosta Xetaqurov "Osoba" (1894) etnoqrafik oçerkində Osetiya qüllələrinin ardıcıl olaraq dağıdılmasından bəhs edir: Memarlıq abidələri arasında dəfn sərdabalarını ("zapadzı") də qeyd etmək lazımdır, hər soyun, ailənin öz sərdabaları, mavzoleyləri var idi. Darvaqs kəndindən bir qədər aralıda, Raminıraq dağının yamacında, bütöv "Ölülər şəhəri"ni (IX-XVIII əsrlər) təşkil edən Qafqazın ən böyük nekropolu yerləşir.
Osmanlı memarlığı
Osmanlı memarlığı — Osmanlı Dövlətinin bəylik olaraq qurulub, imperatorluq olaraq yayıldığı və hökm sürdüyü dövrlərdə ucaltdığı və ya irəli sürülən memarlıq üslubları və əsərlərini əhatə edir. Osmanlı memarlığı özündən əvvəl gələn Erkən dövr Anadolu memarlığı, Səlcuq memarlığı, Bizans memarlığı, İran memarlığı və Məmlük memarlığından təsirlənmişdir. Osmanlı memarlığının, Aralıq dənizi regionu ilə Orta Şərq memarığı ənənələrinin sintezi olduğunu düşünən memarlıq tənqidçiləri də vardır. Hər nə qədər fərqli dövrlərdəki ehtiyaca və texnologiyaya görə fərqli quruluş növləri inşa edildisə də, ümumiyyətlə Osmanlının hakim olduğu bölgələrdə məscidlər və ətrafında strukturların inşa edilməsi sıxlıqla rast gəlinən bir hal idi. Məscidlər, ətraflarına edilən ictimai strukturlarla birlikdə bir kompleks təşkil edirdilər. Erkən dövr arxitekturası 1299-ci ildə Osmanlı Dövlətinin Osman Qazi tərəfindən Söğütdə Osmanlı tərəfindən qurulması ilə 1501-ci ildə Bəyazid məscidinin (1501–1505) tikintisinin başlaması arasındakı dövrü əhatə edir. Bəzi tədqiqatçılar isə bu dövrün Ədirnədə yer alan Üç Şərəfəli Məscid inşaatının 1437-ci ildə tamamlanmasıyla bitdiyini qəbul edərlər. 1437-ci ildə tikintisi tamamlanan Üçşərəfəli Məscidi həm erkən dövrün ən əhəmiyyətli əsərlərindən qəbul edilməkdədir; həm də klassik dövrün xüsusiyyətlərindən olan daxili həyətə malik planlar və ana qübbə elementlərinin ilk dəfə tətbiq olunduğu bir quruluşdur. Bu dövrə aid strukturlar əsasən İznik, Bursa və Ədirnə şəhərlərində inşa edilmişdir. Osmanlı arxitekturasına aid ilk təqdirəlayiq tətbiqlər İznikdə inşa edildi.
Palazzo memarlığı
Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palladio memarlığı
Palladio memarlığı — italyan memarı Andrea Palladionun (1508-1580) ideyalarından çıxarılan klassisizmin erkən forması. Stil qədim Yunanıstan və Roma klassik məbəd arxitekturasının prinsipləri, perspektivləri nəzərə alaraq ciddi riayət etməyə əsaslanır. Andrea Palladio tərəfindən hazırlanmış demək olar ki, bütün binalar Veneto, Venesiya və Viçentsa ərazilərində yerləşir. Bu əsasən Venesiya şəhərindəki Il Redentore kilsəsi kimi müxtəlif villalar və kilsələrdir. Bütün villaları Palladio onların mühitini nəzərə alaraq tərtib etmişdir. Memarlıqda dörd kitab olan Palladionun elmi əsərləri, Romanın nəzəri mühəndisi Vitruvi və onun təqibçisi olan Leon Battist Alberti, Qədim Roma memarlığının prinsiplərinə sadiq olan, dekorativ zəngin İntibah dövrü üslubu yerinə dəqiq geometrik nisbətlərə əsaslanan fikirləri davam etdirir. Binanın bütün fasadları tamamilə eyni olduğu üçün quruluş hər tərəfdən yaxşı görünə bilər. Bundan əlavə, bu vəziyyətdə, portiklər, dördüncü istiqamətlərdən təşkil edilirdi ki, mülkiyyətçilər günəşdən qorunarkən bütün torpaqlarını nəzərdən keçirə bilsinlər. Portikin alternativi kimi, Palladio bəzən lociyadan istifadə edirdi. Əksər hallarda bunlar daha çox girintili portiklər və divarlardakı geniş açılışları olan adi otaqlar idi və otaqların daxili yerini ətraf mühitə açırdı.
Postmodern memarlığı
Postmodern memarlıq - 1960-cı illərdə yaranmış yeni memarlıq üslubu. 1980-ci ildə məşhur oldu.
Qotika memarlığı
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Roman memarlığı
Roman memarlığı — Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti adı. Şimali Avropa ölkələrində XI-XII əsrlərdə Roma sənətinin təsiri altında inkişaf edən sənətə şərti olaraq Roman incəsənəti deyilir. Bu dövrdə Avropada memarlıq sənəti insanlara gərəkli baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən təsviri sənət növləri də Roman üslubunda tikilmiş abidələrlə əlaqədar yaranıb və inkişaf edirdi. XI-XII əsrlərdə tikilən kilsələrdə Katolik kilsəsinin tələblərinə cavab verən boyakarlıq, heykəltaraşlıq və s. sənətlərdən geniş istifadə olunurdu. Roman kilsələrinin memarlıq nümunələri kimi həm zahiri görünüşü, həm də daxili quruluşu və bəzəyinə görə asanlıqla tanımaq mümkündür. Kilsənin fasad tərəfindən yanlarından adətən, müdafiə qüllərinə bənzər dairəvi qüllələr tikilirdi. Roman kilsələri bayır tərəfdən çox möhkəm, ağır və bir qədər də kobud görünür. Qapı pəncərələr kiçik olduğundan kilsənin içərisi çox zaman qaranlıq olur. Roman kilsəsi içəridən porlar hissəsi ilə bölünür.
Rutul memarlığı
Rutul memarlığı — yaşayış məskənlərini çətin keçilən yerlərdə quran rutulların ənənəvi memarlığıdır, çünki tez-tez baş verən müharibələr və düşmən basqınları onları müdafiələrini gücləndirmək üçün qala divarları, xəbərdaredici və müdafiə qüllələri tikməyə məcbur etmişdi. ən erkən — yüksək daş sütunlar üzərində ucaldılmış, köməkçi tikililərdən ayrı duran bir mərtəbəli və ya bir otaqlı tikililər; həyəti və yardımçı tikililəri olmayan iki mərtəbəli tikililər; kiçik açıq həyəti olan bir mərtəbəli və ya iki mərtəbəli ev, burada təsərrüfat və yardımçı otaqlar . L. İ. Lavrovun fikrincə, erkən orta əsrlərdə Şərqi Qafqazda (Cənubi Dağıstanda) əsas yaşayış növü daş tikili, Şimali Qafqazın Xəzər dənizinə qədər dağətəyi ərazilərində isə turlu evlər olmuşdur . M. İ. İlyin qeyd edir ki, " darbazi " tipli tavanlı yaşayış evi paleolit dövrünə aid mağara yaşayış yerlərindən və ibtidai qazıntılardan irəli gələn təkmilləşdirilmiş qazıntı növüdür. Bununla belə, Cənubi Dağıstanın memarlığının heç də bütün materialları dağ evlərinin təkamül yolunun universallığını təsdiq etmir . Dağlıq ərazilərin məlum təcrid olunması, yaşayış növünün dəyişdirilməsi proseslərinin XIX əsrə qədər orada getməsinə kömək etdi. son dərəcə yavaş və qeyri-bərabər. Bu, bir sıra hallarda müxtəlif vaxtlarda tikilmiş yaşayış binalarını eyni inkişaf mərhələsinə aid hesab etməyə imkan verir. Cənubi Dağıstanda nəinki qala evləri, hətta bir otaqlı yaşayış məskənləri də orijinal formada praktiki olaraq qorunub saxlanmayıb. Yaşayış binasının daha da fərqləndirilməsi evin ən yaşayış yerində (mətbəx, kiler, qonaq otağı, kunatskaya və s.) Ayrı-ayrı funksional binaların ayrılması ilə əlaqələndirildi.
Alban memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Albaniya memarlığı
Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi. == Tarixi == Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir. Belə ki, onlar e.ə. VII əsrə aid edilir. Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi. Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur. == Xristian memarlığı == XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi; Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri. XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir. == Türk-islam memarlığı == XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir.
Anqlosaksların memarlığı
Anqlosaksların memarlığı — İngiltərənin və Uelsin bəzi hissələrinin memarlıq tarixində V əsrin ortalarından 1066-cı il Normand işğalına qədər davam edən bir dövrdür. Britaniyada Anqlosaksların binaları əsasən sadədir və dam üçün ağac və samandan istifadə edilir. Beynəlxalq olaraq qəbul edilən heç bir nümunə mövcud deyil. Ancaq Anqlosaks kilsə memarlığının qalıqları hələ də mövcuddur. Azı 50 kilsə bir çox Anqlosaks memarlıq xüsusiyyətləri ilə Anqlosaks mənşəlidir və başqa nümunələrin də Anqlosaks memarlığına aid olması iddia edilir, baxmayaraq ki, bir çox hallarda Anqlosaks hissəsi kiçikdir və çox dəyişdirilmişdir. Adətən əlavələrə və dəyişdirilmələrə görə XI əsr işğalından əvvəlki və sonrakı işləri ayırmaq çətindir. Hal-hazırda mövcud olan kilsələrdən ağacdan düzəldilmiş biri istisna olmaqla, əsasən, daşdan və kərpicdən tikilmişdir və bəzi hallarda Qədim Roma memarlığı yenidən istifadə edilmişdir. == VII əsr == == VIII, IX və X əsrlər == == XI əsr == == İstinadlar == Bede, Ecclesiastical History of the English People Clapham, A. W. (1930) English Romanesque Architecture Before the Conquest, Oxford. Fernie, E. (1983) The Architecture of the Anglo-Saxons, London. Pevsner, N. (1963) An Outline of European Architecture, Harmondsworth.
Sasani memarlığı
Sasani memarlığı — Eramızın 224-651-ci illəri arasında hökmranlıq edən Sasanilər imperiyası təkcə siyasi və hərbi qüdrəti ilə deyil, həm də memarlıq və incəsənətdəki nailiyyətləri ilə tarixə damğasını vurmuşdur. Qədim Yaxın Şərq, Roma və Bizans memarlığından təsirlənərək özünəməxsus üslub inkişaf etdirən Sasani memarlığı monumental strukturları, zərif bəzəkləri və yenilikçi texnikaları ilə diqqəti cəlb edirdi. Sasani memarlığının ən fərqli xüsusiyyətlərindən biri monumentallıqdır. Saraylar, məbədlər, karvansaraylar və körpülər Sasani memarlığının gücünü və əzəmətini əks etdirən ən mühüm nümunələrdir.Tak-ı Kesra kimi saray kompleksləri nəhəng ölçüləri və heyranedici günbəzləri ilə imperiyanın gücünü simvolizə edirdi. Ktesifon kimi paytaxt şəhərlərdə tikilmiş monumental tikililər Sasani şəhərlərinin siluetini müəyyən edirdi. Sasani memarlığında günbəzlərdən istifadə geniş yayılmışdır. Kərpicdən və ya kerpiçdən tikilmiş qübbələr böyük yerləri örtmək üçün ideal bir həll təklif etdi. İvan adlanan hündür və tağlı giriş qapıları da Sasani memarlığının nadir elementləridir. Bu elementlər təkcə estetik dəyər daşımır, həm də akustika və havalandırma kimi məsələlərdə funksionallıq təmin edirdi.Sasani memarlığında gips qabartma, mozaika və freska kimi müxtəlif bəzək üsullarından istifadə edilmişdir. Sasani sənətinin əsas elementlərini həndəsi motivlər, stilizə edilmiş heyvan fiqurları və şah fiqurları təşkil edirdi.
Teymuri memarlığı
Teymuri memarlığı — Teymurilər dövlətində mövcud olmuş memarlıq üslubu. Teymuri memarlığının ənənələri Teymurilər dövlətinin dağılmasından sonra Baburun Hindistanda qurduğu Böyük Moğol İmperiyasında da davam etmişdir. Teymuri memarlığı özünəməxsus cəhətləri ilə fərqlənir. Mərkəzi Asiya və İranda özündən əvvəl mövcud olmuş dövlətlərin memarlığından təsirlənən Teymuri memarlığı bir növ sintez təşkil edən əsərlərlə tanınmışdır. Əsasən türbə, məscid, mədrəsə və dərgah kimi bölmələri olan komplekslərin əsas xüsusiyyətlərindən biri fasadını örtən mozaika işləmələri olan kaşı, soğana bənzəyən xarici qübbə və daxildəki yüksək iç qübbənin meydana gətirdiyi qübbə sisteminin özünəməxsus cəhətləri idi. Teymuri memarlığında ən önəmli yeri türbələr tuturdu. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahı-Zində kompleksidir. Bu kompleksdə Teymurilər soyundan önəmli şəxslərin türbələri yerləşir. Bir digər nümunə kimi Səmərqənddə yerləşən və 1380-1390-cı illərə aid edilən Ruhabad türbəsini göstərmək olar. Ruhabad türbəsi kub formalı əsas binanın üzərində yerləşən, səkkizbucaqlı təmburun daşığıdı qübbədən ibarətdir.
Türk memarlığı
Türk memarlığı, Türkiyədə memarlıq və ya Türkiyə Respublikası dövrü memarlığı — 1923-cü ildə qurulan, Türkiyə Respublikası ərazisində davam edən memarlıq prosesi. Mövcud memarlıq üslubu, müəyyən dövrlərdə Türkiyə tarixi boyunca yaşanan xüsusi problemlər, qarşıdurma, müharibə və mitinqlərdən meydana gəlmişdir. Bu ziddiyyətlər arasında ən başlıcası, xüsusilə respublikanın ilk dövrlərində gündəmə gələn Şərq-Qərb dilemmasıdır. Bundan əlavə, milli-ümumbəşəri, ənənəvi-modern, dindarlıq-dünyəvilik və fərqli siyasi baxışlar kimi dilemmalar, memarlıq təcrübələrinin gedişatına da mühüm təsir göstərən faktorlardan olmuşdur. Bu dövrləri bir-birindən ayırmaq mümkün deyil. Bir dövrün və ya bir üslubun təmsilçisi kimi xarakterizə olunan bəzi türk memarlar, karyeralarının sonrakı dövrlərində də fərqli üslublarda da əsərlər dizayn etmişdir. Türkiyənin qurulduğu ilk illərdə, memarlığa dəstək verəcək və dövlət dəstəyi təmin edəcək muxtar burjuaziya olmamışdır. Bu səbəbdən də Osmanlı İmperiyası dövründə elitist bir məzmuna sahib olan və yalnız saraya bağlı olan memarlar, yeni dövrdə də dövlət rəhbərliyinə bağlı qalmışdır. Bu vəziyyət 1950-ci illərdən başlayaraq dəyişməyə başlasa da, özəl sektorun inkişafı və memarlıq sahəsinin meydana çıxaraq dominant hala gəlməsi çox sonralar baş vermişdir. Müasir Türkiyə memarlığı, Osmanlı memarlığından böyük təsir almışdır.
Estoniya memarlığı
Estoniya memarlığını əsasən qalalar ilə fərqlənən qədim dövrə və müxtəlif üslublarda möhtəşəm memarlıq nümunələrinin inşa edildiyi xristianlığın yayılmasından sonrakı dövrə bölməklə iki hissəyə ayırmaq olar. == Tarix == === Qədim Estoniya === Erkən Estoniya memarlığının fərqləndirici xüsusiyyəti ölkənin hər yerində tapılan çoxlu qalalar və təpə qalalarıdır, məsələn, Varbola və Valjala qalaları. Bunlar 1000kv. metr ərazini əhatə etməklə əhəmiyyətli və mühüm yol ayrıclarında yerləşirdilər və nəticədə Tallinn, Tartu və Otepya kimi ticarət mərkəzlərinə çevrildilər. === Qotik memarlıq === Xristianlıq Estoniyaya şimal səlib yürüşləri ilə gətirildi və Estoniyanın cəmiyyətində, mədəniyyətində və memarlığında böyük dəyişikliklərə səbəb oldu. Təsirlər əsasən almandilli ərazilərdən və Skandinaviyadan gəldi. Yeni din 13-cü əsrdən başlayaraq indiki Estoniya ərazisində kilsələrin ucaldılmasına təkan verdi. İlk kilsələr, ehtimal ki, taxtadan idi; bunların heç biri günümüzə çatmayıb. Digər salamat qalan ən erkən kilsələr isə möhkəm tikilmiş və qalaya bənzəyirdilər; Saaremaadakı Valjala kilsəsi buna bir nümunədir. İlk kilsə memarlığında mühüm rol oynamış ustalar və heykəltəraşlar əsasən Qotland adasından gəlmişdilər.
Fransız İntibah memarlığı
Fransız İntibah memarlığı — Fransa Krallığının müxtəlif bölgələrində XV - XVII əsrləri əhatə edən fransız memarlığı.Stilistik olaraq, Renessans arxitekturası, XII əsrdə Fransada yaradılmış Qotik arxitekturasını izlədi. Renessans arxitekturası Barokko ilə əvəz edilmişdir. == Tarixi == XVI əsrin ilk illərində Fransa Krallığı Şimali İtaliya müharibələrində iştirak edirdi. Müharibə dövründə təkcə Renessansın bədii dəyərləri deyil, üslub fikirləri də Fransaya köçdü. Bu illər ərzində Fransada bir çox Renessans qalası inşa edilmişdir. Məsələn: Ambuaz qalası (1495). I Fransiskin dövründə Renessans üslubu hakim oldu. I Fransisk dövründə, italiyalı və yerli memarlar tərəfindən həyata keçirilən genişmiqyaslı tikintilər baş vermişdir. Bu vaxt tikilmiş Şambor qəsri (1519-1536), Qotik strukturu və Renessansın birləşməsidir. Renessans üslubu tədricən II Henrinin memarlıq üslubu kimi tanınan Fransız manyerizminə köçdü.
Kolonial intibah memarlığı
Kolonial intibah memarlıq üslubu Amerika müstəmləkə memarlığının elementlərini canlandırmağa çalışır. Kolonial intibah memarlığı üslubunun başlanğıcları tez-tez amerikalıları öz müstəmləkə keçmişlərinin memarlıq ənənələri ilə tanış edən 1876-cı ilin yüzillik sərgisi ilə əlaqələndirirdi. 1880–1910-cu illərdə ABŞ-də Kraliça Anne tipli memarlığın üstünlük təşkil etdiyi bir dövrdə olduqca az sayda Kolonial intibah evləri tikilmişdir. 1910-1930-cu illərdə Kolonial intibah memarlığı hərəkatı yüksəldi. Bu dövrdə ABŞ-də evlərin təxminən 40%-i intibah memarlığı üslubunda inşa edilməyə başlamışdır. Müharibədən sonrakı dövrdə (1950-1960-cı illərin əvvəlləri), Kolonial intibah evləri daha sadələşdirilmiş formada tikilməyə davam etmişdir. İndiki dövrdə də bir çox yeni ənənəvi evlər Kolonial intibah memarlığı üslubundan istifadə edilərək tikilir. Kolonial intibah memarlığı üslubunda dominant təsirlər Gürcüstan və federal memarlığı olsa da, Kolonial intibah evləri də, Hollandiya müstəmləkə üslubundan və orta əsrlərdən sonrakı ingilis üslublarını da az dərəcədə cəlb edir. Kolonial intibah evləri tez-tez bu prototiplərin bəzilərinin cəhətlərini sərbəst birləşdirən eklektik bir tərzə sahibdirlər. Memarlıq hərəkatı ilə əlaqəli olsa da, "Kolonial intibah" tarixi qorunma, landşaft memarlığı, bağ dizaynı və müstəmləkə formalarından ilham alan və ya ilham verən dekorativ sənət növlərinə də aiddir.
Orta Asiya memarlığı
Orta Asiya memarlığı — Orta Asiya ərazisi qərbdə Xəzər dənizi, cənubdan Kopet-dağ dağları və Hindquş dağ sistemi, şərqdən Pamir və Tyan-Şan massiv dağları, şimaldan isə Cənubi Sibir çölləri ilə əhatələnmişdir. Qədim dövrdə burada yaşamış xalqların taleləri, bir birləri ilə sıx bağlı idi. Buna görə də biz qədim Orta Asiya xalqlarının həyatını bir bütün şəklində öyrənirik. Halbuki onların hər birinin özünəməxsus tarixi və yalnız özlərinə aid olan ərazilərdə yayılmış mədəniyyətləri vardı. Mənbələrdən görünür ki, Orta Asiyada hələ paleolit dövründən yaşayış mövcud olmuşdur. Sinifli cəmiyyətin yarandığı dövrə qədərki mədəniyyətin araşdırılması zamanı bu dövrə aid, hələ yeni yaranmağa başlayan sənət nümunələri tapılmışdır. Özbəkistan ərazisində Neolit və tunc dövrünə məxsus olduğu ehtimal olunan qayaüstü rəsmlər tapılıb. Oxra ilə sxematik fiqurlar işlənib. Burada heyvanlar, ov səhnələri təsvir olunub. E.ə.
Qafqaz Albaniyasının memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Qarabağda alban memarlığı
Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastırı, Kəlbəcər rayonunda Xudavəng monastırı, Xocavənd rayonunda Amaras monastırı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırı və digərlərini göstərmək olar. IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastr binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açır dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni "tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur.
Qədim Misir memarlığı
Qədim Misir memarlığı — dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biri sayılır. Bu zamana qədər heç bir tarixi ərazidə saysız-hesabsız və monumental qurğular yaradılmamışdır. Dünyada ən qədim memarlıq və təsviri incəsənət örnəkləri Şərq dövlətlərinin ərazisində, ilk əvvəl Qədim Misirdə yaranmışdır. Digər xalqlar hələ tarixdən əvvəlki inkişafın mərhələsində olduğu zaman misirlilər artıq yüksək və inkişaf etmiş incəsənət əsərlərinə malik idilər. Memarlığın tarixi Qədim Misirdən başlanır. Qədim Misir ərazisində tikilmiş nəhəng piramida və məbədlər daşdan, qranitdən yonulmuş sfinkslər (əcayıb yarıminsan, yarışir heykəllər) Qahirə, əl-Üqsür, Teben, Əsvan şəhərlərində bu günə kimi qalmaqdadır. Bir çox qədim Misir şəhərləri günümüzə qədər gəlib çıxmamışdır. Buna əsas səbəb həmin şəhərlərin Nil çayının sahilində, daşqın zonasında yerləşməsi olmuş, nəticədə çox şəhərlər batmış, və ya ciddi zədələnərək sonda məhv olmuşdur. Yeni şəhərlər köhnələrin yerində tikilirdi, buna görə qədim şəhərlər məhv edilirdi. Ancaq Qədim Misirin quraqlıq iqlimi çiy kərpicdən (yarımfabrikatın) olan Deir al-Madina, Kaxun kimi yaşayış məntəqəsində ki, tikililər, Orta padşahlıq (müasir Al-Laxun), Buxen və Mirqissedə olan qala tikintiləri və onların qalıqları qalmışdır.
Qədim Roma memarlığı
Qədim Roma memarlığı — Qədim Yunan memarlığının müxtəlif aspektlərini və yeni memarlıq üslublarını inkişaf etdirdi.

"memarlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#memarlığı nədir? #memarlığı sözünün mənası #memarlığı nə deməkdir? #memarlığı sözünün izahı #memarlığı sözünün yazılışı #memarlığı necə yazılır? #memarlığı sözünün düzgün yazılışı #memarlığı leksik mənası #memarlığı sözünün sinonimi #memarlığı sözünün yaxın mənalı sözlər #memarlığı sözünün əks mənası #memarlığı sözünün etimologiyası #memarlığı sözünün orfoqrafiyası #memarlığı rusca #memarlığı inglisça #memarlığı fransızca #memarlığı sözünün istifadəsi #sözlük