Memori sözü azərbaycan dilində

Memori

Yazılış

  • Memori • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1944-cü ilin deportasiya qurbanları memorialı
1944-cü ilin deportasiya qurbanları memorialı (çeç. 1944 шарахь дIабохийначеран хIоллам; rus. Мемориал жертвам депортации 1944 года) — 1992-ci ilin yayında Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş memorial abidə kompleksi idi, 1944-cü ilin fevralında çeçen xalqına qarşı Stalin rejiminin törətdiyi zorla Mərkəzi Asiyaya deportasiya edilməsi zamanı onların soyqırımı qurbanlarının xatirəsinə. 1994-1996-ci ildə olan Rusiya-Çeçenistan müharibənin təsiri altında dağıntılar alınmış və müharibədən sonra bərpa olunmuşdu, həmçinin 1999-2000-ci illərdə, Çeçenistana qarşı Rusiyanın hərbi kampaniya zamanı qismən ziyan dəymişdi, və 2008-ci ildə hakimiyyət tərəfindən onun sökülməsinə cəhd göstərərək eybəcərləşmişdi. O zaman hüquq müdafiəçilərinin, hiddət qarşısında belə "barbarlıq" və "vəhşiliklə" üz-üzə olaraq "şəhərin yeganə əsl çeçen abidəsini" sökülməsindən xilas etdilər, heç olmasa memorial, müstəqilliyin qaçılmaz simvolu kimi dərk edilən, və ətrafına başdan-başa hasar çəkilmişdi, tamamilə onu gözlərdən gizlədərək. Buna baxmayaraq, çeçen xalqının deportasiyasının 70-ci ildönümü ərəfəsində, 2014-cü ilin fevralında abidə kompleksi, "yuxarıdan əmri ilə" gizli və bu dəfə, tamamilə söküldü. Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı.
77-ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.Günün sonuna may ayının 9-da Sevastopol tamamilə azad edildi.
77 –ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial

Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir.Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.Muzey əməkdaşlarının səyi nəticəsində muzey nəinki öz işini bir gün belə dayandırmadı, hətta mövcudluğunun ən çətin illərində belə fəaliyyətini uğurla davam etdirdi. Birinci və İkinci Çeçen müharibələri illərində muzeyi federal qoşunların əsgərləri və yaxınlıqda xidmət edən Daxili İşlər Nazirliyinin əməkdaşları ziyarət edirdilər.
Avstraliya Müharibə Memorialı
Avstraliya Müharibə Memorialı (ing. Australian War Memorial) — Avstraliyanın iştirak etdiyi müharibələrdə və ya sülhməramlı əməliyyatlarda həlak olmuş avstraliyalılar üçün memorial. Memorial paytaxt Kanberrada yerləşir və üç hissədən ibarətdir: memorial zalın yerləşdiyi memorial zona, memorial qalereyaları və kitabxana. Memorial qalereyalar Avstraliyanın XIX əsrin ortalarından indiki dövrdə qədər müharibələrdə iştirakını əhatə edən geniş hərbi tarix kolleksiyasını ehtiva edir. Memorialın yaxınlıqlarında yerləşən "Anzak paradı"nın digər abidələri Milli Paytaxt Səlahiyyəti (MPS) tərəfindən ayrıca nəzarət olunur və Avstraliya Müharibə Memorialının bir hissəsi deyil. == İstinadlar == == Əlavə ədəbiyyat == Bligh Voller Architects; Australian War Memorial. Australian War Memorial Heritage Conservation Masterplan. 1997. Connor, J. R. A Guide to Canberra Buildings. Angus and Robertson.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Damnatio memoriae
Xatirənin lənətlənməsi və ya Xatirədən silinmə (latınca abolitio memoriae, memoria damnata, Damnatio memoriae) Roma imperiyasında ölüm cəzasının bir forması olub xüsusən dövlət cinayətkarlarına, uzurpatlara (qanunsuz hakimiyyəti ələ keçirənlər), sui-qəsd iştirakçılarına, öz imperator adına ləkə gətirənlərə (ölümündən sonra) tətbiq edilirdi. Cinayətkarı xatırladan və mövcudluğunu sübut edən hər bir material: büst, heykəl, qəbirüstü yazı, qanun və əlyazmalar məhv edilirdi. Bəzən bu sözü gedən şəxsin ailə üzvülərinə və ya bütünlüklə ailəsinə də şamil edilirdi. Bəzən bu damğa siyasi iradədən və maraqlardan asılı olaraq heç də mütləq xarakter daşımırdı, belə ki, Neronun xatirəsi ölümündən sonra lənətlənsə də, hakimiyyəti ələ keçirən Vitelliy onu ləğv etdirir və adını dövlətin şanına layiq görür. Domisian yeganə imperatordır kı, xatirənin lənətlənməsi damğası rəsmi olaraq ləğv edilməmişdir. Xatirənin lənətlənməsina layiqlərdən bir olan Kommodun adı Roma şəhərinin monumentləri üzərindən (Mark Avrelinin barelyefindən Kommodun təsviri silinmişdir ) silinsə də şəxsi evlərdə və əyalətlərdə saxlanılmaqda idi və hətta Septimiy Sever onu ilahiləşdirərək Allahlara aid etmişdir. Bu kodeks müasir dövrümüzdə də (SSRİ və Latın Amerika ölkələrində) tətbiq edilmişdir.
Gürcüstan tarixi memorialı
Gürcüstan tarixi memorialı (gürc. საქართველოს მემატიანე) – Tbilisi şəhərində, hündür təpə üzərində yerləşən və Zurab Seretelinin layihəsi əsasında hazırlanmış abidə kompleksi. == Tarixi == Zurab Seretelinin layihəsi əsasında işlənmiş abidə kompleksinin yerində ilkin olaraq İosif Stalinin 100 metrlik nəhəng heykəlinin ucaldılması planlaşdırılırdı. Lakin, ideya Stalin tərəfindən bəyənilmir. O, həmin ərazidə hansısa böyük layihənin gerçəkləşdirilməli olduğunu desə də, belə layihəni gerçəkləşdirəcək sənətkar olmadığını bildirir. Gürcüstan tarixinə həsr edilmiş dəbdəbəli abidənin yaradılmasından əvvəl 1980-ci illərin ortalarına kimi ərazi boş qalmışdır.Memorialın inşasına iyirmi il (1985-2003) vaxt sərf edilsə də, o, hələ də tamamlanmamış olaraq qalmaqdadır. Patriarx bəzi lövhələrdə qeyri-dəqiqliklər müşahidə etmiş və bundan sonra, həmin lövhələr yenidən işlənməsi üçün sökülərək emalatxanaya göndərilmişdir. == Təsviri == Gürcüstan tarixi memorialı şəhər mərkəzindən 13 km aralıda, Tbilisi dənizi adlandırılan su anbarının sahilindəki hündür təpə üzərində yerləşir. Abidə dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşir.Kompleks, hər biri 353 metr hündürlüyə malik olan 16 bədii tərtib olunmuş sütundan ibarətdir. Bürünc və misdən hazırlanmış sütunlar tematik barelyef və qorelyeflərlə bəzədilmişdir.Hər sütun üç hissəyə bölünmüş, aşağıda Bibliya çarları, ortada Gürcüstanın tanınmış ictimai-siyasi xadimləri, yuxarıda isə məişət səhnələri təsvir olunmuşdur.
Hideyo Noquçi Memorial Muzeyi
Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan) – Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey. Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. == Tarixi == Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır. 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır. == Xüsusiyyətlər == Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam".Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir. Onun Danimarka, Meksika, Peru, Ekvador və Afrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır."Əsl Hideyo" sərgi otağında Noquçinin Nyu-Yorkun Şandeken qəsəbəsində yerləşən evinin replikası yaradılmışdır. Evin divarları Noquçiyə aid olan rəsmlər və xəttatlıq işləri ilə bəzədilmişdir.
Hideyo Noquçi Memorial Zalı

Himeyuri memorialı
Himeyuri qülləsi (ひめゆりの塔, Himeyuri no to) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən memorial abidə. Abidə İkinci dünya müharibəsi zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. == Tarixi == "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur: Okinava Normal Məktəbi və Okinava 1 Saylı Qızlar Liseyi. Bu söz adıçəkilən təhsil müəssisələrinin 1916-cı ildə yaratdıqları jurnalın adından yaranmışdır. Tezliklə bu məktəblərdə təhsil alan şəxslər Himeyuri tələbələri adlanmağa başlanmışdır.İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür.İkinci dünya müharibəsindən sonra Himeyuri tələbələrinin birinin qohumu Kinco Vaşin ərazi sakinləri ilə birlikdə insan qalıqlarını toplamağa başlamış və 1946-cı ildə bu abidənin əsasını qoymuşdur. == Xüsusiyyətlər == Əsasən kenotaflardan ibarət olan abidə müharibə zamanı Himeyuri tələbələri tərəfindən yaradılmış Haebaru sahə xəstəxanasının ərazisində və eyniadlı mağaranın yaxınlığında yerləşir. Bu mağara Himeyuri tələbələri tərəfindən əsgərlərə tibbi yardım göstərmək üçün istifadə olunmuşdur. Abidənin yaxınlığında Himeyuri Sülh Muzeyi yerləşir. == Populyar mədəniyyətdə == Okinava yazıçısı İşino Keyiçiro bu hadisə əsasında "Himeyuri qülləsi" adlı əsər yazmışdır.
Hiroşima Sülh Memorialı
Hiroşima Sülh Memorialı (yap. 広島平和記念碑 - Hiroşima heiva kinenhi) və ya daha çox Atomik Bomb Dome (Atom bombası Gümbəzi) və ya Genbaku Domu (Atom bombası Günbəzi - yap. 原爆ドーム) adı ilə tanınır — Yaponiyada tarixi abidə. Eyni adlı parkın bir hissəsi olan Hiroşima Sülh Memorialı 1996-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Lakin bu proses də siyasi müdaxilələrdən yan keçməyib. Çin və ABŞ hökumətinin etirazlarına baxmayaraq, 1996-cı ilin dekabrında Genbaku Günbəzi ümumdünya mədəni və təbii irsin müdafiəsi Konvensiyasına əsasən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı ərazilərdə nüvə silahının istiafdə edilməsi nəticəsində atom bombasının dağıdıcı təsirindən "sağ çıxması" və daha vacibi tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb. Binanın qalıqları 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombasının təsiri nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə saxlanılıb. Bütövlükdə, atom bombasının təsiri nəticəsində Yaponiyada 70 mindən çox insan yerindəcə həlak olub daha 70 min nəfər isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalıblar. O qədər də qeyri-adi tarixçəsi olmayan tikili hazırda yaponlar üçün unudulmaz və bir o qədər də yaxın keçmişin, daha da önəmlisi isə, dəhşətli və faciəli günün tarixinə çevrilib.
Linkoln memorialı
Linkoln memorialı ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ prezidenti Abraham Linkolnun xatirəsinə inşa edilmiş bir abidədir. Dözümlülüyü, dəqiqliyi və qətiyyəti simvollaşdırır. Henry Bacon tərəfindən, Afina Akropolundakı Parfenonu xatırladacaq üslubda tərtib edilmişdir; Hündürlüyü 13.4 m olan 36 sütuna malikdir. Kolorado mərmərindən hazırlanmış bu sütunların sayı ABŞ-nin Linkolnun dövründəki əyalətlərinin sayı qədərdir. Linkolnun 5.80 m hündürlüyündəki heykəli ağ Corciya mərmərindən düzəldilib və Tennesse mərmərindən düzəldilmiş bir özül üzərindədir. Daniel Chester French tərəfindən hazırlanan heykəl Nyu-Yorkdakı Piccirilli qardaşları tərəfindən mərmərə həkk edilmişdir. Abidənin önündəki bir hovuzun üstündən şərqə, Vaşinqton abidəsi və Kapitola doğru baxır. Abidə içərisində, Lincolnun Gettyburg nitqi cənub divarına həkk edilmişdi və ikinci dəfə prezident seçildikdən sonra etdiyi çıxışı isə şimal divarına həkk olunmuşdur. Tavanda Jules Guerinin iki rəsm əsəri var; bunlardan biri Birləşmə və Tərəqqi, digəri Bir irqin azadlığını əldə etməsi adlanır.
Memorial Soyqırım Muzeyi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitablar hazırlayırlar.
Memorial skamya
Memorial skamya və ya memorial oturacaq — vəfat etmiş şəxsin xatirəsinə ithaf olunan oturacaq. Memorial skamyalar əsasən ağacdan hazırlansa da, metal, daş və ya sintetik materialdan hazırlanan skamyalara da rast gəlinir. Əsasən ictimai yerlərdə qurulur, şəxsi bağ ərazilərində də yerləşdirilə bilir. Memorial skamyalar ABŞ və Böyük Britaniyada geniş yayılmışdır və demək olar ki, bütün ictimai parklarda, tələbə kampuslarında və digər ictimai yerlərdə mövcuddur. Bəzi skamyalar çox məşhur insanlara həsr olunur, məsələn, ABŞ-də Kurt Kobeynin, Estoniyada isə Pyotr Çaykovskinin xatirəsinə həsr olunmuş memorial skamya var.
Memorial xəstəxanası
Memorial xəstəxanası — 1995-ci ildə qurulan Memorial Sağlamlıq İnvestisiyaları Korporasiyasının ilk sağlamlıq xidmətləri layihəsidir. Memorial xəstəxanası ilk xəstəsini 2000-ci ilin Fevral ayında qəbul etmişdir. Memorial xəstəxanası kardiologiya, ürək-damar əməliyyatları, orqan nəqli, sınaq borusundan uşaq və genetika kimi sahələrdə olduqca prestijli bir reputasiyaya malikdir və hər tibbi sahədə yüksək keyfiyyətli sağlamlıq xidmətləri təmin edir. Memorial xəstəxanası, 53000 m²-lik qapalı sahəsi, 200 yataqlı həcmi, avtoparkı (10000 m² və 300 maşın yerli), mərkəzi avtomatik sistemi, istilik və nəmliyi yoxlamaq üçün təzyiq dəstək sistemi, pnevmatik tunel transfer sistemi və 120 nəfərlik toplantı zalı ilə, yerli və beynəlxalq xəstələrinə beynəlxalq standartlarda yüksək keyfiyyətli sağlamlıq xidmətləri təqdim edir. == Səlahiyyətlər == Memorial xəstəxanası, JCI səlahiyyət sertifikatını alan və yeniləyən Türkiyədəki ilk sağlamlıq təşkilatıdır. JCI, bütün ölkələrdə beynəlxalq standartları müəyyən edən və bu standartlara uyğun təşkilatlara sertifikat verən bir quruluşdur. Memorial Sağlamlıq Qrupu quruluş mərhələsində JCI-yə müraciət etmiş və 2002-ci ildə dünya səviyyəsində istənən dərəcəni əldə etmişdir. Memorial xəstəxanası həmçinin Amerikan Xəstəxana Birliyinin (AHA) üzvüdür. Memorial xəstəxanası, ISO 9001 və TS-EN-ISO 9001 adlı keyfiyyət idarə sistemi sertifikatlarına malikdir.Genişlənmə layihələrindən başqa (İstanbulda 2007-ci ilin ortalarında açılan bir əlavə xəstəxana və İstanbulda 2007-ci ilin ilk kvartalında açılan bir əlavə gündəlik əməliyyat mərkəzi) Memorial Sağlamlıq Qrupu, ana Xəstəxana Kompleksini, İstanbulun müxtəlif rayonlarının ətrafındakı kiçik xəstəxanalarla dəstəklənən Təkmilləşdirmə Mərkəzinə çevirmək niyyətindədir.
Memories
Memories (メモリーズ, Memoridzu, azərb. Xatirələr‎) — 1995-ci ildə çəkilən elmi fantastika anime filmi.
Metyu Stenford Robison (memorial)
Matthew Stanford Robison — Solt Leyk Siti qəbiristanlığında yerləşən xatirə heykəl. O, Metyu Stanford Robisonun atası Ernest tərəfindən hazırlanmışdır. == Tarixi == 2000-ci ildə Ernest Robison oğluna xatirə abidəsi tikmək qərarına gəldi. Qəbiristanlıqdakı heykəl Metyu əlil arabasından qalxaraq göyə qalxdığını təsvir edir. Xatirə uşağı yer üzündəki əzab-əziyyətlərdən azad olaraq axirətdə olduğunu təsvir etmək üçün nəzərdə tutulub. Qəbiristanlıq Yuta ştatının turistik məkanı olub, bir neçə səyahət veb-saytında ziyarət etmək üçün yer kimi görünür. == Xarici keçidlər == Our Inspiration (ing.) Matthew: un bimbo disabile che ha donato amore e gioia da vivo e continua a farlo dal Cielo!
Qarabağ müharibəsi memorialı
Qarabağ müharibəsi memorialı (Xocalı) — Xocalı rayonu Badara kəndində erməni separatçılarının ucaltdığı memorial. Qarabağ müharibəsi tank memorialı (Əsgəran) — Xocalı rayonu Əsgəran qəsəbəsində erməni separatçılarının ucaltdığı memorial. Qarabağ müharibəsi memorialı (Tərtər) — Tərtər rayonu Talış kəndində erməni separatçılarının ucaltdığı memorial.
Qarabağ müharibəsi memorialı (Tərtər)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Talış kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan memorial kompleksi. 1990-cı illərdə ucaldılan memorial həmçinin, İkinci Dünya müharibəsində həlak olan erməni əsilli döyüşçülər üçündür. == Tarixi == Qarabağ müharibəsi memorialı Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən 1990-cı illərdə ucaldılmışdır. Memorial kompleksi ümummilli əhəmiyyətli abidə kimi Qondarma DQR-nın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına "062" nömrəsi altında daxil edilmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başladılmışdır. Azərbaycan hərbçiləri 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir. Döyüşlər zamanı memorial dağılmışdır. == Təsviri == Memorial kompleksinin hündürlüyü 48 metr, eni 38 isə metrdir. Memorial 3 hissədən – iki qartal heykəlindən, daşlardan və İkinci Dünya müharibəsində həlak olan Talış kəndi sakinləri üçün xatirə lövhəsindən ibarətdir.
Qarabağ müharibəsi memorialı (Xocalı)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Badara kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsində (1988–1994) həlak olan erməni hərbçilər üçün ucaldılan memorial kompleksi. == Tarixi == === Zəmin === Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə bölgənin erməni əhalisinin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə qoşulmaq istəməsi ilə başlamışdır. 1991-ci ildə münaqişə artıq müstəqil Azərbaycan ilə Ermənistan respublikaları arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Birinci Qarabağ müharibəsində Badara kəndindən 155 nəfər erməni hərbçi iştirak etmiş, onlardan 22-si döyüş əməliyyatları zamanı həlak olmuşdur. === Memorial kompleksi === 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən müharibədə həlak olan 22 erməni hərbçisinin xatirəsini yad etmək üçün Badara kəndinin girişində Qarabağ müharibəsi memorialı inşa edilmişdir. Memorial kompleksinin memarı Vladimir Sarkisyandır. İnşaat işləri üçün Suren Xaçatryan, Aleksandr Musayelyan, Gerasim Barseğyan və "Artsax Azadlıq Döyüşçüləri" Birliyi maliyyə ayırmışdır. Memorial kompleksinin açılış mərasimi 20 may 2013-cü il tarixində Qondarma DQR-nın keçmiş prezidenti Bako Saakyan, Qondarma DQR Milli Məclisinin sədri Aşot Qulyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Movzes Akopyan, Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının baş yepiskopu Parqev Martirosyan və digər rəsmi şəxslərin iştirakı ilə baş tutmuşdur. == Təsviri == Memorial kompleksi Badara kəndinə girən yoldan bir az yuxarıda yerləşən bir təpədə inşa edilmişdir.
Qarabağ müharibəsi tank memorialı (Əsgəran)
Qarabağ müharibəsi tank memorialı (erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան, Artsaxyan azatamarti tank-huşardzan) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Əsgəran qəsəbəsində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan tank memorialı. == Tarixi == Tank memorialı erməni separatçı qüvvələri tərəfindən 1992-ci ildə Şuşanın işğalının xatirəsinə ucaldılmışdır. Memorialı Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yüksək vəzifəli şəxsləri və hərbi xadimləri ziyarət etmişdir. Tank memorialı hərbi silahlı qüvvələrin andiçmə mərasimi zamanı ucalmışdır. Mərasimdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Levon Mnatsakanyan və digər yüksək vəzifəli şəxslər iştirak etmişdir. == Təsviri == Memorial Əsgəran–Ağdam yolunun sol tərəfindəki kiçik bir təpədə ucaldılmışdır. Memorial üzərində "T-72" tankı olan daş postamentdən və ona bitişik parkdan ibarətdir. Həmin "T-72" tankı Ağdamın işğalında iştirak etmişdir.
Quba Soyqırımı Memorial Kompleksi
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. == Tarixi == 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. == Memarlıq xüsusiyyətləri == Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. === İnteryeri === Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb.
Quba memorialı

Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. == Abidə == Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. == Tarix == Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.

"memori" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#memori nədir? #memori sözünün mənası #memori nə deməkdir? #memori sözünün izahı #memori sözünün yazılışı #memori necə yazılır? #memori sözünün düzgün yazılışı #memori leksik mənası #memori sözünün sinonimi #memori sözünün yaxın mənalı sözlər #memori sözünün əks mənası #memori sözünün etimologiyası #memori sözünün orfoqrafiyası #memori rusca #memori inglisça #memori fransızca #memori sözünün istifadəsi #sözlük